Tapılan ümumi test sayı : 82

Hansı cümlədə zaman zərfi işlənmişdir?
A) Mən kənddən dünən qayıtdım
B) Uşaqlar dərsi diqqətlə dinlədilər
C) O, xeyli danışdı
D) Düşmən geri çəkildi
Dördündən biri fərqlidir
A) ötəri
B) geri
C) içəri
D) irəli
Zərflərdən hansında vurğu birinci hecaya düşür?
A) zorla
B) igidcəsinə
C) gündə
D) ucadan
E) diqqətlə
Biri məntiqi pozur:
A) bikef-bikef
B) dərdli-dərdli
C) yeyin-yeyin
D) yanıqlı-yanıqlı
E) qəmli-qəmli
Hansı cümlədə zərf feli bağlamaya aiddir?
A) Ucadan danışan oğlan Turaldır
B) Kişi təəccüblə mənə baxaraq dedi
C) Mən sakit danışmağı xoşlayıram
D) Maşın sürətlə gedirdi
“Əvvəl-axır mən öz arzuma çatacağam”-cümləsində işlənmiş əvvəl-axır mürəkkəb zərfi hansı yolla düzəlmişdir?
A) Eyni sözün təkrarı ilə
B) Düzəltmə sözlərin təkrarı ilə
C) Antonim sözlərin birləşməsi ilə
D) Yaxın mənalı sözlərin birləşməsi ilə
Aşağıdakılardan biri felə aid edilə bilməz:
A) Ümumi və xüsusi olması
B) Şəxs kateqoriyası
C) Zaman kateqoriyası
D) Növ kateqoriyası
İş felləri verilən sıranı göstərin:
A) Tikmək, sökmək, kəsmək
B) Anlamaq, fikirləşmək, ağarmaq
C) Söyləmək, danışmaq, demək
D) Getmək, qaçmaq, gəlmək
Fel düzəldən şəkilçilərin sırasını göstərin:
A) 2, -qın4, -ğın4, -ıcı4
B) 2, - lan2, -ır4,-ış4
C) 4 –lıq4, -cığaz2, -tı4
D) 4, - ca2, -lı4, -la2
Verilənlərdən biri felin şəkilərinə aid deyil:
A) şərt
B) Xəbər
C) icbar
D) əmr
Felin vacib şəkli hansı şəkilçinin köməyi ilə düzəlir?
A) -ası2
B) -sa2
C) -malı2
D) -mış4
Sən bizim ellərin ruhuna bir bax,                                                            Bizdən inciməmiş bir əziz qonaq.                                                                  Nişanlı qızların görüşdən qabaq,                                                                       Telini saymağı yadıma düşdü. (S.Vurğun)                                                     Neçənci misrada nəqli keçmiş zamanda işlənmiş fel var?
A) 4-cü
B) 2-ci
C) 1-ci
D) 3-cü
“Tez yat, oğlum,                                                                                 Qalma oyaq.                                                                                          Uç, gəl səhər,                                                                                          Mənə qonaq” (T.Elçin)                                                                             Şeir nümunəsində neçə fel işlənib?
A) 3
B) 4
C) 5
D) 2
Tərkibi əvəzliklərin verildiyi sıranı müəyyən edin:
A) Mən, sən, biz
B) Heç kim, heç kəs, hər şey
C) Biri, birisi, kimi
D) Bütün, kimsə, kimisi
Təyini əvəzliklərin sırasını göstərin:
A) Bu, elə, belə, həmin
B) Biri, birisi, nə isə
C) Bütün, filan, öz
D) Mən, sən, o
İşarə əvəzlikləri əsasən hansı nitq hissələrini əvəz edir?
A) İsmi, sifəti
B) Sifəti, əvəzliyi
C) Sifəti, zərfi
D) İsmi, sayı
“ Kimsə dənizə düşdü ” cümləsində əvəzliyin mənaca növünü göstərin:
A) Qeyri – müəyyən
B) Sual
C) İşarə
D) Şəxs
Əvəzliyin hansı məna növü bütün əsas nitq hissələrini əvəz edə bilər?
A) Təyini əvəzliklər
B) Qeyri – müəyyən əvəzliklər
C) Sual əvəzlikləri
D) İşarə əvəzlikləri
Öz əvəzliyi əvəzliyin hansı məna növünü də əvəz edə bilər?
A) təyini əvəzliyi
B) işarə əvəzliyini
C) şəxs əvəzliyini
D) sual əvəzliyini
Aşağıdakı əvəzliklərdən hansılar yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hallanır?
A) hər, öz
B) sən, kim
C) o, bu
D) bəzi, elə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top