Tapılan ümumi test sayı : 82

"Belə" sözü hansı cümlədə əvəzlikdir və sifəti əvəz etmişdir?
A) Belə mən deyəndir
B) Ay belə səni min yaşa!
C) Belə demə
D) Belə adam az tapılar
Şəxs əvəzlikləri quruluşca necə olur?
A) düzəltmə
B) mürəkkəb
C) sadə
D) tərkibi
Bir kiçik quş idim,                                                                                    Budağa qonmuş idim.                                                                                         Niyə uçurtdun məni,                                                                          Mən sənin olmuş idim. (bayatı)                                                                             Şeirdə əvəzliyin hansı məna növləri işlənib?
A) sual, şəxs
B) sual, işarə
C) şəxs, təyini
D) qeyri-müəyyən, işarə
Şəxs əvəzliklərinə aid olan fikirlərdən biri səhvdir:
A) Ad bildirmir
B) Mən və sən əvəzlikləri cəm şəkilçisi qəbul edir
C) Hallanır(qeyri-müəyyən təsirlik haldan başqa)
D) Mənsubiyyətə görə dəyişmir
E) Cümlədə mübtəda, tamamlıq və xəbər olur
Say haqqında verilmiş fikirlərdən biri səhvdir:
A) Onlarca, yüzlərlə müəyyən miqdar saylarıdır
B) Sıra sayları hansı? sualına da cavab olur
C) Sayın mənaca iki növü var
D) Kəsr sayları quruluşca mürəkkəb olur
Qeyri – müəyyən miqdar sayları hansı sıradadır?
A) Tək – tək danışmaq məsləhət idi
B) Az danışmaq da faydadır
C) Sərnişinlər xeyli gözlədilər
D) Çoxları qaydalara əməl edir
Sayın mənaca hansı növü quruluşuna görə yalnız sadə və mürəkkəb olur?
A) Müəyyən miqdar sayları
B) Kəsr sayları
C) Sıra sayları
D) Qeyri – müəyyən miqdar sayları
Düzəltmə sayları müəyyənləşdirin:
A) Bir qədər, onlarla
B) Çoxlu, onlarca
C) Milyon, üçdə bir
D) Minlərlə, xeyli
Məntiqi ardıcıllığı tamamlayın:
A) Xeyli, külli miqdarda ...
B) Otuz üç
C) Bir sıra
D) Azlıq
Omonim sayları göstərin.
A) beş, yeddi
B) bir, səksən
C) yüz, xeyli
D) üç, dörd
“Mənim .......maraqlı rəsmlərim var”-cümləsində nöqtələrin yerinə hansı say bildirən söz yazıla bilər?
A) iki
B) ikinci
C) Üç
D) saysız-hesabsız
Dilimizdə quruluşca sadə olan neçə miqdar sayı var?
A) 25
B) 10
C) 23
D) 5
Biri türk mənşəli saydır:
A) həştad
B) min
C) milyard
D) sıfır
E) milyon
Aşağıdakılardan hansı 1659-cu sayını bildirir?
A) MDCXIX
B) MCDXIX
C) MDCLIX
D) MDCLXIX
Dad bildirən sifətləri göstərin:
A) Uzun, qısa, balaca
B) Mavi, sarı, qırmızı
C) Qəşəng, gözəl, yaraşıqlı
D) Şirin, acı, turş
Adlardan sifət düzəldən leksik şəkilçilər:
A) -gın4, - qın4, - aq2
B) -lı4, -ğın4, - ıkı4
C) -kı4, -dakı2, - sız4
D) -lı4, - aq2, - ağan2
Çoxaltma dərəcəsində olan sifət hansıdır?
A) Uzunsov
B) Dəlisov
C) Göyümtül
D) Zorbaca
Hansı əvəzlikdən düzələn sifətdir?
A) nəhayətsiz
B) filanıncı
C) əvəzsiz
D) kimsəsiz
Bunlardan biri sifətin çoxaltma dərəcəsini əmələ gətirmir:
A) -lap
B) -ca
C) -tünd
D) -şın4
Neçə söz azaltma dərəcəsinə aiddir? Yaraşıqlı, xırdaca, balaca, uzunsov, gödərək
A) 5
B) 4
C) 3
D) 2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top