Tapılan ümumi test sayı : 153

1784-cü ildə Ərdəbil və Meşkini tutmuşdu
A) Sərablı Əli xan Şəqaqi
B) Urmiyalı İmamqulu xan Əfşar
C) Ağa Məhəmməd xan Qacar
D) Təbrizli Nəcəfqulu xan
E) Qubalı Fətəli xan
Aşağıdakılardan hansı Təbriz xanlığının ən görkəmli xanlarından biri olub?
A) Pənahəli xan
B) Əmiraslan xan
C) Hüseyn xan
D) Mir Mehdi xan
E) Fətəli xan
Xoy xanlığının sonuncu hökmdarı kim olub?
A) Cəfərqulu xan
B) Hüseynqulu xan
C) Əhməd xan
D) Şahbaz xan
E) Mir Mehdi xan
Xoy xanlığı ilə hansı xanlıq arasında düşmənçilik əlaqələri var idi?
A) Urmiya xanlığı
B) İrəvan xanlığı
C) Qarabağ xanlığı
D) Təbriz xanlığı
E) Maku xanlığı
Hansı hökmdarın ölümündən sonra Təbriz xanlığı müstəqil oldu?
A) Pənahəli xanın
B) Nəsir xanın
C) Mir Mehdi xanın
D) Fətəli xan Əfşarın
E) Həsən əli xanın
Hansı hökmdar Təbriz xanlığına hücum edərək paytaxt Təbrizi ələ keçirdi?
A) Bəbir xan
B) Fətəli xan Əfşar
C) Mir Mehdi xan
D) Nəsir xan
E) Nəzərəli xan
Aşağıdakı xanlardan hansı Xoy xanlığının daxilində çəkişmələrə səbəb oldu?
A) Fətəli xan
B) İbrahimxəlil xan
C) Nadir xan
D) Kərim xan Zənd
E) Ağaməhəmməd şah Qacar
Təbriz şəhəri ələ keçirilərək hansı xanlığın paytaxtına çevrildi?
A) Maku xanlığının
B) Qaradağ xanlığının
C) İrəvan xanlığının
D) Ərdəbil xanlığının
E) Urmiya xanlığının
Xoy xanlığı aşağıdakı xanlıqlardan hansı ilə sərhəddə yerləmişdi?
A) İrəvan xanlığı
B) Urmiya xanlığı
C) Təbriz xanlığı
D) Naxçıvan xanlığı
E) Maku xanlığı
Hansı Xoy xanı İrəvan, Naxçıvan və Qaradağ xanlığını da özünə tabe etmişdi?
A) Cəfərqulu xan
B) Həsən Əli xan
C) Əhməd xan
D) Şahbaz xan
E) Hüseynqulu xan
Şamaxıda ilk zəlzələ neçənci ildə baş vermişdir?
A) 1192
B) 1187
C) 1182
D) 1193
E) 1212
İlk Xoy xanı kim olub?
A) Əhməd xan Dünbili
B) Cəfərqulu xan Dünbili
C) Hüseynqulu xan Dünbili
D) Məhəmməd xan Dünbili
E) Şahbaz xan Dünbili
Təbriz xanlığı kim tərəfindən yaradılmışdır?
A) Əmiraslan xan Araşlı
B) Əli xan Əfşar
C) Nəcəf-Qulu xan
D) Kazım xan
E) Əmiraslan xan
Xoy və Qarabağ xanlıqları bu xanlığı işğal edib öz aralarında bölüşdürmüşdülər
A) Qaradağ
B) Maku
C) Naxçıvan
D) Təbriz
E) Urmiya
Nadir şah, Əliqulu(Adil şah) şah ... Məntiqi ardıcıllığı tamamlayın
A) Cəfərqulu xan
B) İbrahim Mirzə
C) Fətəli xan Əfşar
D) Əli xan Şəqaqi
E) Rüstəm bəy Əfşar
Kərim xan Zənd Urmiya xanlığının idarəsini tapşırdı
A) Əhməd xan Dünbülüyə
B) Pənahəli xana
C) Nəcəfqulu xana
D) Rüstəm bəy Əfşara
E) Xoylu Şahbaz xana
1761-ci ilin yazında Qaraçəmən kəndi yaxınlığında döyüş baş verdi
A) Kərim xan Zəndlə Məhəmmədhəsən xan Qacar arasında
B) Pənahəli xanla Fətəli xan Əfşar arasında
C) Kərim xan Zəndlə xoylu Şahbaz xan arasında
D) Kərim xan Zəndlə Fətəli xan Əfşar arasında
E) Kərim xan Zəndlə Rüstəm bəy Əfşar arasında
Şiraz qonaqlığının iştirakçısı olmuşdur. a)Qubalı Fətəli xan. b)Qarabağlı Pənahəli xan c)Mir Mehdi xan. d)Xoylu Şahbaz xan. e)Qaradağlı Kazım xan
A) b.d
B) a.b
C) d.e
D) a.e
E) c.d
Qaraçəmən döyüşü nə zaman baş verib?
A) 1765
B) 1761
C) 1762
D) 1763
E) 1764
Kərim xan Zənd Urmiyanı 1763-cü ildə neçə ay mühasirədə saxlayır?
A) 14
B) 11
C) 8
D) 9
E) 6
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top