Tapılan ümumi test sayı : 95

Hansı bitkinin əlavə kökü şəklini dəyişib?
A) çiyələk
B) quşəppəyi
C) darı
D) lalə
E) daş sarmaşığı
Fırçaşəkilli kök qrupuna hansı bitki daxildir?
A) Badam
B) Daş sarmaşığı
C) Banyan
D) Banan
Kökümeyvəlilərin əmələ gəlməsində bitkinin hansı hissələri iştirak edir?
A) Əsas kökün üst hissəsi
B) Əsas kök və yan kökün alt hissəsi
C) Kök və gövdənin aşağı hissəsi
D) Yarpaq və kökün üst hissəsi
Hansı bitkinin saçaqlı köklərinə torpaqda yox hündür budaqlarda rast gəlmək olar?
A) səhləb
B) batat
C) turp
D) banyan
E) şalğam
Hansı köklər bitkinin daxilinə keçərək qida maddələrini sorur?
A) Hava kökləri
B) Sorucu kökləri
C) Meyvəköklər
D) Tənəffüs kökləri
Bunlardan hansısı bitkilərin toxumasına aiddir?
A) birləşdirici
B) sinir
C) mexaniki
D) epiteli
E) əzələ
Fırçaşəkilli kökə aiddir
A) yan kökün şəkildəyişməsi
B) heç biri
C) parazitdir
D) epifitdir
E) əlavə kökün şəkildəyişməsi
Meyvəköklər görünüşünə görə neçə qrupa ayrılır?
A) 5
B) 2
C) 4
D) 3
Hava köklərinin şəklini dəyişmiş hissələr hansılardır?
A) əsas və yan köklər
B) gövdənin aşağı hissəsi
C) əsas və əlavə köklər
D) əlavə və yan köklər
E) əlavə köklər
Hansı bitki öz köklərindən dirək kimi istifadə edir?
A) çuğundur
B) səhləb
C) banyan
D) batat
E) georgin
Hansı köklərə meyvəköklər deyilir?
A) Belə kök yoxdur.
B) Hava köklərinə
C) Ehtiyat qida maddələri toplayan köklərə
D) Tənəffüs köklərinə
Hava kökləri adətən hansı bitkilərdə əmələ gəlir?
A) Səhləb
B) Banyan
C) Şam
D) Söyüd
Hansında hava kökləri mövcuddur?
A) sarımsaqda
B) zirincdə
C) soğanda
D) kartofda
E) səhləbdə
Aşağıdakı sıralardan hansında yalnız üzvi gübrələr verilmişdir?
A) fosforlu, quş zılı, torf, kül
B) azotlu, fosforlu, kaliumlu
C) torf, çürüntü, fosforlu gübrə
D) torf, çürüntü, peyin, quş zılı
E) peyin, kül, azotlu gübrə, kaliumlu gübrə
Hansı gübrə kalium və fosforlu gübrəni eyni zamanda əvəz edə bilər?
A) ammonium fosfat
B) quş zılı
C) superfosfat
D) ocaq külü
E) kalium nitrat
Hansı gübrə meyvələrin məhsuldarlığını artırır?
A) azotlu və kaliumlu
B) kaliumlu
C) fosforlu
D) azotlu
E) fosforlu və kaliumlu
Üzvi gübrələrdən ən geniş istifadə olunan gübrə hansıdır?
A) Peyin
B) Torf
C) Azot
D) Kaliumxlorid
Quş zili gübrəsi hansı maddələrlə zəngindir?
A) Azot duzları ilə
B) Kaliumla
C) Kalsiumla
D) Fosforla
Hansı torpaq daha münbit hesab olunur?
A) qumlu
B) gilli
C) qəhvəyi
D) sarı
E) qara
Yerkökünün məhsuldarlığını artırmaq üçün hansı gübrə tətbiq oluna bilər?
A) azotlu
B) fosforlu
C) Kaliumlu
D) hər üçü
E) heç biri
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top