Tapılan ümumi test sayı : 153

Təbii çəmənliklərdə hansı bitkilər olur?
A) Çobanyastığı
B) Qamış
C) Kaktus
D) Cil
Palıd meşəsində hansı ağaclar bitir?
A) Fındıq
B) Nar
C) İnciçiçəyi
D) Cökə
Palıd meşəsində hansı kol bitkiləri bitir?
A) Çobanyastığı
B) Qoz
C) İnciçiçəyi
D) Fındıq
Palıd meşəsində hansı ot bitkiləri bitir?
A) Nar
B) Cökə
C) Fındıq
D) İnciçiçəyi
Canlı amillər hansılardır?
A) Mikroorqanizmlər
B) Torpaq
C) Rütubət
D) Daş
Ekologiya nəyə deyilir?
A) Tozlanmadan alınan toxuma
B) Xlorellanın ikinci adına
C) Yunanca “Hava” deməkdir.
D) Orqanizmlərin bir-biri ilə əlaqəsinə
Səhra qruplaşmalarında hansı bitkilər olur?
A) Cil
B) Yovşan
C) Qamış
D) İnciçiçəyi
Örtülütoxumlular neçə milyon ildir hökmranlıq edir?
A) 7 milyon
B) 60 milyon
C) 3 milyon
D) 80 milyon
Örtülütoxumlular təqribən Yer kürəsində neçə milyon il bundan əvvəl meydana gəlmişdir?
A) 3 milyon
B) 130 milyon
C) 4 milyon
D) 80 milyon
Qıjıkimilərin əcdadı aşağıdakılardan hansı hesab olunur?
A) Yosunlar
B) Psilofitlər
C) Mamırlar
D) Mədəni bitkilər
Yer kürəsinin yaşı nə qədərdir?
A) 2,5-3 milyon
B) 5 milyard
C) 1,5-2 milyard il
D) 9 milyard
Psilofitlərin hansı orqanı varmış?
A) İxtisaslaşmış kökləri
B) Gövdəyə oxşar orqanı
C) Yarpaqları
D) Çiçəkləri
Psilofitlər neçə milyon il bundan əvvəl yaşayıb?
A) 5 milyon
B) 300 milyon
C) 400-420 milyon
D) 3 milyon
İlk canlı orqanizmlər harada əmələ gəliblər?
A) Quru mühitdə
B) Hava mühitində
C) Gölməçələrdə
D) Okeanda
Çılpaqtoxumluların əcdadı hansı bitkilərdir?
A) Qıjıkimilər
B) Mamırlar
C) Örtülütoxumlular
D) Yosunlar
İlk quru bitkilər hesab olunurlar:
A) Yosunlar
B) Mamırlar
C) Qıjılar
D) Psilofitlər
Yosunlar neçə milyard il əvvəl meydana gəlmişdir?
A) 3 milyard
B) 1,5-2 milyard
C) 8 milyard
D) 1 milyard
Adi şamın qozalarının uzunluğu nə qədərdir?
A) 4-6sm
B) 3sm
C) 10-15sm
D) 2-4sm
Xırda dişi qoza nə rəngdə olur?
A) Yaşıl
B) Qonur
C) Qırmızımtıl
D) Sarı
Erkək qozada nə yerləşir?
A) Yumurtacıq
B) Yumurtalıq
C) Hava qovuqcuğu
D) Tozcuq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top