Tapılan ümumi test sayı : 153

Laminariyadan nə alınır?
A) Yod
B) Aqar-aqar maddəsi
C) Diatomit
D) Laminariyadan heç bir şey alınmır.
Sarılıq və raxitlik xəstəliyinin müalicəsində hansı yosundan istifadə olunur?
A) Laminariyadan
B) Qonur yosunlardan
C) Xlorelladan
D) Ulvadan
Çoxhüceyrəli yosunlar harada yaşayır?
A) Göllərdə
B) Gölməçələrdə
C) Nohurlarda
D) Dənizlərdə
Yosunların gövdəsi necə adlanır?
A) Kök
B) Ziqot
C) Tallom
D) Laminariya
Ulva yosunun hüceyrəsi hansı yosunun hüceyrəsi ilə eynidir?
A) Xlorella
B) Xlamidomonada
C) Spirogira
D) Ulotriks
Ulva yosununun qeyri-cinsi çoxalması nəyin vasitəsilə gedir?
A) Ziqotun vasitəsilə
B) İki qamçılı qametlərlə
C) Bölünmə yolu ilə
D) Dörd qamçılı zoosporlarla
Qonur yosunları nə üçün belə adlanır?
A) Qonur yosunların çiçəklərinin rəngi qonur rəngdə olduğu üçün
B) Qonur yosunların xromotoforunda qonur rəngli piqment olduğu üçün
C) Qonur yosunların kökü olmadığı üçün
D) Qonur yosunların avtotrof olduğu üçün
Laminariya nəyin vasitəsilə dənizin dibinə bərkiyir?
A) Ziqotlarla
B) Rizoidlərlə
C) Öz lövhəcikləri vasitəsilə
D) Spermatozoidlərlə
Laminariya necə qidalanır?
A) Miksotrof
B) Hetetrof
C) Qidalanmır
D) Avtotrof
Laminariya niyə nisbətən dayaz yerdə bitir?
A) Günəş işığının düşməsi üçün
B) Gövdəsi qısa olduğu üçün
C) Laminariya dayaz yerdə bitmir.
D) Kökünün dərinə getməsi üçün
Qırmızı yosunların xromotoforunda hansı piqment var?
A) Qırmızı piqment
B) Qonur piqment
C) Narıncı piqment
D) Yaşıl piqment
Qırmızı yosunlar necə qidalanır?
A) Hetetrof
B) Miksotrof
C) Qidalanmır
D) Avtotrof
Qırmızı yosunlar hazır üzvi maddələri necə əldə edirlər?
A) Ziqotun əmələ gəlməsi vasitəsilə
B) Quttasiya prosesi vasitəsilə
C) Tərkibindəki xüsusi maddə ilə
D) İşıqda fotosintez prosesi vasitəsilə
Qırmızı yosunlar harada yaşayırlar?
A) Ağac qabığında
B) Dənizin dibində
C) Ağacın yarpaqlarında
D) Dənizin üst hissəsində
Tallomu əl boydadır və parlaq yaşıl rənglidir. Kənarları lövhəşəkillidir. Söhbət hansı yosundan gedir?
A) Ulotriksdən
B) Xlorelladan
C) Ulvadan
D) Xlamidomonadadan
Ulva neçə cür çoxalır?
A) 3
B) 5
C) 4
D) 2
Yosunlar nədən ibarətdir
A) kökdən
B) tallomdan
C) yarpaqdan
D) çiçəkdən
E) gövdədən
Qırmızı rəngli gözcüyü olan yosun hansıdır?
A) xlorella
B) laminariya
C) ulotriks
D) spirogira
E) xlamidomonada
Xlorello karbon qazını hansı üzvü ilə qəbul edir?
A) Xloroplastlar vasitəsi ilə
B) Sitoplazma ilə
C) Bütün səthi ilə
D) Nüvə ilə
Xromotofor sözünün mənası nədir?
A) Rəng daşıyan
B) Dəniz
C) İşıq göstərən
D) Yaşıl
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top