Tapılan ümumi test sayı : 56

İqlim əmələ gətirən amillərə aid deyil:
A) Hava kütlələrinin hərəkəti
B) Coğrafi enlik
C) Səth örtüyünün xarakteri
D) Ay və Günəşin cazibə qüvvəsi
Hava kütlələrinin xarakterinə uyğun olaraq neçə iqlim qurşağı var?
A) 7
B) 11
C) 9
D) 13
Subtropik iqlim qurşağında:
A) Yayda mülayim, qışda tropik iqlim şəraiti yaranır
B) Yayda tropik, qışda mülayim iqlim şəraiti yaranır
C) Yayda tropik, qışda ekvatorial iqlim şəraiti yaranır
D) Yayda ekvatorial, qışda tropik iqlim şəraiti yaranır
Keçid iqlim qurşaqlarına aid deyil:
A) Subtropik
B) Subekvatorial
C) Subarktik
D) Antarktik
Tropik qurşağa aid deyil:
A) Havanın qalxan hərəkəti
B) Yağıntıların az düşməsi
C) Havanın enən hərəkəti
D) Yüksək təzyiq sahəsi
Hansı iqlim tiplərinin xüsusiyyətləri bir birinin əksidir?
A) Kontinental-quraq
B) Aralıq dəniz-kontinental
C) Aralıq dəniz-musson
D) Dəniz mülayim-musson
E) Ekvatorial-musson
İqliməmələgətirən amillərə aid deyil:
A) Yerin relyefi
B) Coğrafi enlik
C) Səth örtüyü
D) Hava kütlələrinin hərəkəti
Hava kütlələrinin xarakterinə görə iqlim qurşaqlarını kim ayırıb
A) Vegener
B) Prejevalski
C) Lomonosov
D) Alisov
Neçə iqlim qurşağı var?
A) 13
B) 10
C) 6
D) 7
İqlimi əmələ gətirən əsas amillər neçə dənədir?
A) 5
B) 1
C) 3
D) 4
E) 2
Subekvatorial iqlim qurşağında yağıntı niyə yayda düşür?
A) Cənubda yerləşir
B) Ekvatorial hava hakimdir
C) Qışda tropik hava təsir edir
D) Ekvatora yaxın yerləşir
Neçə keçid iqlim qurşağı var?
A) 3
B) 7
C) 4
D) 5
E) 6
A.İ.Voyeykov nəyi “iqlimin məhsulu” hesab edirdi?
A) Çayları
B) Dənizləri
C) Gölləri
D) Bataqlıqları
Subtropik iqlim üçün səciyyəvi torpaqlar
A) qəhvəyi, sarı
B) çimli-podzol
C) qırmızı-sarı ferralit
D) qara, şabalıdı
E) boz-qonur
Subarktik hansı iqlim qurşaqları arasında yerləşir
A) Mülayim-Antarktika
B) Mülayim-arktik
C) Heç birinin
D) Arktik-Antarktika
Günəş radiasiyasını daha çox əks etdirir:
A) Qum
B) Meşə
C) Qar
D) Su
Yağıntıların miqdarı eyni olan nöqtələri birləşdirən xətlər adlanır:
A) İzogiyet
B) Horizontal
C) İzobar
D) İzoterm
Bu qurşaq il boyu yüksək temperatur, güclü buxarlanma, qalxan hava axını, bol yağıntı düşməsi ilə seçilir:
A) Tropik qurşaq
B) Mülayim qurşaq
C) Subtropik qurşaq
D) Ekvatorial qurşaq
Yer kürəsində maksimum yağıntı müşahidə olunur:
A) Atakamada və Çində
B) Asiyanın cənub – şərq sahillərində və Misirdə
C) Çində və Kordilyer dağının ətəklərində
D) Havay adalarında və Himalay dağının cənub ətəklərində
Antisiklona aid deyil:
A) Qalxan hava yaranır
B) Buludsuz, aydın hava şəraiti yaranır
C) Külək mərkəzdən kənarlara doğru saat əqrəbinin hərəkəti istiqamətində əsir
D) Enən hava yaranır
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top