Tapılan ümumi test sayı : 56

Qərb küləkləri üçün doğru deyil:
A) Şimal yarımkürəsində cənub-qərbdən əsirlər
B) Şərqə meyl edirlər
C) Cənub yarımkürəsində şimal-qərbdən əsirlər
D) Daimi küləklərə aid deyil
E) Tropikdən mülayimə əsirlər
Hansı doğru deyil:
A) Qütblərdən mülayimə əsən küləklər şimal-şərq küləkləri adlanır
B) Qərb küləkləri tropikdən mülayimə əsirlər
C) Passatlar tropikdən ekvatora əsirlər
D) Mussonlar daimi küləklərə aiddir
Hansı hava kütlələri üçün yüksək yay temperaturu və az rütubətlilik xarakterikdir:
A) Arktik
B) Mülayim
C) Ekvatorial
D) Qütb
E) Tropik
“ istixana effekti ” nin yaranmasına səbəb olur:
A) Atmosferə atılan tullantılar
B) Yağıntıların illik miqdarının azalması
C) Atmosferin tərkibində karbon və digər qazların miqdarının artması
D) İnsanların təsərrüfat fəaliyyəti nəticəsində səhralaşma prosesinin artması
Temperaturun paylanması göstərilir:
A) İzobarla
B) İzotermlə
C) Termometrlə
D) İzogiyetlə
Günəş radiasiyası azalır:
A) Qütblərdən tropiklərə doğru
B) Tropiklərdən qütblərə doğru
C) Ekvatordan qütblərə doğru
D) Qütblərdən ekvatora doğru
Düz və səpələnən radiasiya birlikdə nə adlanır?
A) Udulan radiasiya
B) Albedo
C) Ümumi radiasiya
D) Əks olunan radiasiya
Hansı əraziyə səpələnən radiasiya düşür?
A) Buludsuz ərazilərə
B) Buludlu ərazilərə
C) Düzənliklərə
D) Tropik ərazilərə
Albedo nədir?
A) Udulan radiasiyanın əks olunan radiasiyaya nisbəti
B) Əks olunan radiasiyanın ümumi radiasiyaya nisbəti
C) Səpələnən radiasiyanın bütün radiasiyalara cemi
D) Udulan radiasiyanın ümumi radiasiyaya nisbəti
E) Düz radiasiyanın səpələnən radiasiyaya fərqi
Dünyanın ən böyük sınma zonası hansı materikin daxilində yerləşir?
A) Cənubi Amerika
B) Avrasiyanın şimali
C) Şimali Amerika
D) Afrikanın şərqi
E) Avrasiyanın şərqi
Radiasiya neçə növə ayrılır?
A) 2
B) 5
C) 4
D) 3
İstilik qurşaqlarının sərhədləri nəyə əsasən müəyyən edilir?
A) İzoterm xətlərinə əsasən
B) Temperaturlarla
C) İzobarlarla
D) Horizontallarla
E) İzogiyetlərlə
Aşağıdakı ardıcıllıqlardan doğrularını seçin?
A) Ekzosfer, Termosfer, Mezosfer, Stratosfer, Troposfer
B) Termosfer, Mezosfer, Ekzosfer, Troposfer, Stratosfer
C) Troposfer, Stratosfer, Mezosfer, Termosfer, Ekzosfer
D) Mezosfer, Stratosfer, Termosfer, Ekzosfer, Troposfer
Küləyin istiqamətini ölçən cihaz necə adlanır?
A) flüger
B) termometr
C) hiqrometr
D) yağıntı ölçən
E) barometr-aneorid
Müəyyən Vaxt ərzində troposferin aşağı qatının fiziki vəziyyətinə nə deyilir?
A) kütlə
B) külək
C) hava
D) temperatur
Əks olunan radiasiya necə adlanır
A) udulan radiasiya
B) düz radiasiya
C) günəş radiasiyası
D) albedo
E) səpələnən radiasiya
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top