Tapılan ümumi test sayı : 34

Azərbaycan Respublikası ərazisində 8 iqlim tipi olduğunu göstərən alimlər:
a) Ə. Şıxlinski
b) Ş. Əzizbəyov
c) M. Qaşqay
d) Ə. Mədətzadə
A) a,d
B) b,c
C) a,c
D) c,d
Kür – Araz ovalığında hansı iqlim tipi hakimdir?
A) Qışı soyuq, yayı mülayim keçən yarımsəhra və quru çöl iqlimi
B) Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi
C) Qışı soyuq, yayı quraq isti yarımsəhra və quru çöl iqlimi
D) Qışı quraq, yayı rütubətli isti keçən yarımsəhra və quru çöl iqlimi
Mülayim – isti iqlim yayılmışdır:
A) Böyük və Kiçik Qafqazın, Zəngəzur silsiləsinin mütləq yüksəkliyi 2700 m – dən artıq olan hissələrində
B) Böyük və Kiçik Qafqaz dağlarının, eləcə də Naxçıvanın ortadağlıq və qismən də yüksəkdağlıq hissələrində
C) Böyük və Kiçik Qafqazın və Talışın alçaq və ortadağlıq zonalarında
D) Naxçıvan MR – nın Arazboyu düzənliyi və alçaqdağlıq ərazilərdə
Böyük və Kiçik Qafqaz dağlarının, eləcə də Naxçıvanın ortadağlıq və qismən də yüksəkdağlıq hissələrində hansı iqlim tipi yayılmışdır:
A) Soyuq iqlimin müxtəlif tipləri
B) Dağ – tundra iqlimi
C) Yarımsəhra və quru çöl iqlimi
D) Mülayim isti iqlim
Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim müşahidə edilir:
A) Böyük Qafqazın cənub yamaclarında, 1500 – 2700 m yüksəkliklərdə
B) Talış dağlarında
C) Böyük Qafqazın şimal – şərq yamaclarında
D) Naxçıvan MR – nın alçaqdağlıq hissələrində
Azərbaycan hansı iqlim qurşaqlarında yerləşir?
A) Ssubtropik və mülayim
B) Mülayim və tropik
C) Subekvatorial və tropik
D) Subtropik və subekvatorial
E) Subtropik və subarktik
Azərbaycanın iqlimi necədir?
A) subarktik
B) subtropik
C) tropik
D) kontinental
E) mülayim
Respublikamızda ən çox yağıntı düşür:
A) Abşeron yarımadasına
B) Talış dağlarının ətəklərinə
C) Böyük Qafqaz dağlarının ətəklərinə
D) Kiçik Qafqaz dağlarının ətəklərinə
Talış dağlarında respublikamızın digər dağlıq ərazilərindən fərqli olaraq:
A) Yüksəklik artdıqca yağıntının miqdarı artır
B) Yüksəklik artdıqca yağıntının miqdarı azalır
C) Yüksəklik artdıqca buxarlanma azalır
D) Yüksəklik artdıqca yağıntının miqdarı dəyişmir
Hansı ərazilərdə rütubətlənmə əmsalı 0,3 – dən kiçikdir?
a) Kür – Araz ovalığında
b) Talış dağlarında
c) Abşeron yarımadasında
d) Kiçik Qafqaz dağlarında
A) a,d
B) a,c
C) b,d
D) b,c
İllik yağıntıların miqdarı 600 – 1400 mm - ə çatan sahələrdə mövcud olur:
A) Səhralar
B) Dağ çölləri
C) Yarımsəhralar
D) Meşələr
Bütün Qafqazda mümkün buxarlanmanın ən yüksək göstəricisi respublikamızın hansı ərazisində müşahidə olunur:
A) Culfada
B) Abşeronda
C) Kür – Araz ovalığında
D) Qobustanda
Ölkəmizə ən az yağıntı nə qədər düşür?
A) 100mm
B) 200mm
C) 500mm
D) 300mm
Lənkəran ərazisinə yağıntılar daha çox hansı fəsildə düşür?
A) Qış
B) Yaz
C) Payız
D) Yay
Hansı ərazidə yağıntı buxarlanmadan üstündür?
A) Lənkəran
B) Abşeron
C) Şirvan
D) Acınohur
Qobustan alçaqdağlığının hündürlüyü 2000m-dən yüksək olsaydı, Abşeronun təbii şəraiti necə olardı?
A) Rütubətli
B) Dəyişməzdi
C) Yay ayları soyuq
D) İndikindən quraq
Hansı ərazidə yağıntının bol olmasına baxmayaraq suvarma əkinçiliyindən istifadə olunur:
A) Naxçıvan
B) Kür-Araz ovalığı
C) Qanıx-Əyriçay
D) Lənkəran ovalığı
Arktik hava kütlələri Azərbaycan ərazisinə daxil olur:
A) Avropa üzərindən
B) Xəzər dənizindən keçərək
C) Şimaldan, şimal – şərqdən və şimal – qərbdən
D) Cənubdan və cənub – şərqdən
Azərbaycana cənub – şərqdən və cənubdan daxil olan külək adlanır:
A) Ağyel
B) Gilavar
C) Xəzri
D) Föhn
İlin soyuq dövründə dağlıq ərazilərdə əsən isti və quru küləklər adlanır:
A) Qarayel
B) Ağyel
C) Xəzri
D) Föhn
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top