Tapılan ümumi test sayı : 289

Yeni Dövr Azərbaycan Ədəbiyyatı neçə inkişaf mərhələsinə bölünür?
A) 5
B) 2
C) 1
D) 4
E) 3
Ədəbiyyatımızda dodaqdəyməz təcnisin əsasını kim qoyub?
A) Səməd Vurğun
B) Asıq Ələsgər
C) Süleyman Rüstəm
D) Xaqani Şirvani
E) Nizami Gəncəvi
Azərbaycanın ilk dramaturqu kim olmuşdur?
A) Molla Pənah Vaqif
B) Mirzə Fətəli Axundov
C) Cəlil Məmmədquluzadə
D) Səməd Vurğun
E) Əhməd Bəy Topçubaşov
M. Füzulinin hansı əsərində XVI əsrin feodal – patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət - ənənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) “ Şikayətnamə ”
B) “ Leyli və Məcnun ”
C) “ Yeddi cam ”
D) “ Rindu – Zahid ”
“ Əql yar olsaydı ...” qəzəlini Füzuli əruzun hansı bəhrində yazmışdır?
A) Rəcəz
B) Xəfif
C) Rəməl
D) Həzəc
Bunlardan biri Füzulinin nəsr əsəridir:
A) “ Leyli və Məcnun ”
B) “ Yeddi cam ”
C) “ Bəngü Badə ”
D) “ Səhhət və Mərəz ”
Füzulinin dini – fəlsəfi əsəri hansıdır?
A) “ Mətləül – etiqad ”
B) “ Bəngü Badə ”
C) “ Səhhət və Mərəz ”
D) “ Şikayətnamə ”
“ Bir sınmışa mumiya dilərdim,
Bir xəstə üçün şəfa dilərdim.
Gördüm, görünür bu əmr müşkil,
Bimar degil, əlacə qabil ”. – bu sözlər Füzulinin “ Leyli və Məcnun ” poemasında kimin dilindən deyilir?
A) Zeydin
B) Nofəlin
C) Məcnunun
D) Şairin özünün
Fizulinin Xətaiyə ünvanladığı əsəri:
A) "Rindü Zahid"
B) "Şikayətnamə"
C) "Səhhət və Mərəz"
D) "Bəngü Badə"
E) "Çay dəsgahı"
Məhəmməd Füzulinin ana dilində yazdığı alleqorik poemalar hansılardır?
A) "Səhhət və Mərəz və "Mətləül-etiqad"
B) "Şikayətnamə və "Bəngü- Badə"
C) "Bəngü Badə" və "Söhbətül-əsmar"
D) .."Həft Cam və "Söhbətül-əsmar"
E) "Leyli və Məcnun və "Həfti- Cam"
Müəllifləri yaşadıqları dövrə görə ardıcıllıqla düzün.1.Füzuli 2.Q.Bürhanəddin3.Nəsimi 4.Qövsi Təbrizi 5.Həbibi
A) 4, 5, 1, 3, 2
B) 2, 3, 5, 1, 4
C) 2, 3, 4, 1, 5
D) 2, 4, 5, 3, 1
E) 5, 1, 2, 3, 4
Şah İsmayıl Xətainin “ Dəhnamə ” poemasında hansı rəmzi obrazlar vardır?
A) Ah, Huş, Səba, Göz yaşı
B) Pərvanə, Bülbül, Şam
C) Şam, Pərvanə, Ay, Səba
D) Bulud, Günəş, Meh
Ş.İ. Xətainin “ Dəhnamə ” məsnəvisində aparıcı mövzu:
A) Dostluq
B) Qəhrəmanlıq
C) Əmək
D) Məhəbbət
Ş.İ.Xətainin “ Ayrılır ” qəzəli əruzun hansı bəhrində yazılmışdır?
A) Rəməl
B) Xəfif
C) Rəcəz
D) Həzəc
Məhəbbətdir yerin – göyün dirəyi,
Məhəbbət edənin yanar çırağı.
Aşiqə beytullah – məşuq durağı,
Həq nəzər etdiyi yerdir məhəbbət. – misralarının müəllifi:
A) Nəsimi
B) Həbibi
C) Kişvəri
D) Xətai
Ş.İ. Xətainin ədəbi irsinə aid deyil:
A) “ Divan ”
B) “ Dəhnamə ”
C) “ Fərhadnamə ”
D) “ Nəsihətnamə ”
Ş.İ.Xətayi "Dəhnamə" poemasını neçənci ildə yazmışdır?
A) 1524
B) 1506
C) 1502
D) 1514
E) 1508
Hökmdar şairlər hansılardır?
A) Cahanşah Həqiqi, Zülfüqar Şirvani
B) Zülfüqar Şirvani, Ş.İ.Xətayi
C) Cahanşah Həqiqi, İmadəddin Nəsimi
D) Zülfüqar Şirvani, İmadəddin Nəsimi
E) Qazi Bürhanəddin, Ş.İ.Xətayi
Ş.İ.Xətainin neçə dildə və neçə ədəd divanı olmuşdur?
A) 3 dildə və 3 ədəd
B) 2 dildə və 2 ədəd
C) 2 dildə və 1 ədəd
D) 1 dildə və 2 ədəd
E) 1 dildə və bir 1 ədəd
Xətainin “Dəhnamə” poemasında aşıq və məşuqənin ayrılıq səhnəsində oxunan qəzəl hansıdır?
A) sevgi şeiri
B) vida şeiri
C) ayrılıq qəzəli
D) məhəbbət qəzəli
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top