Tapılan ümumi test sayı : 289

Ş.İ.Xətainin “Ayrılır” qəzəli ilə İ.Nəsiminin “Ayrılır” qəzəli arasındakı fərq nədədir?
A) Ş.İ.Xətai şeiri ana dilində yazmışdır
B) Ş.İ.Xətai əruz vəzninin rəməl bəhrində yazmışdır
C) Ş.İ.Xətai şeirində dörd müraciət obyekti vermişdir
D) Ş.İ.Xətainin şeiri məhəbbət məzmunludur
E) Ş.İ.Xətainin şeiri müsəlmanlara müraciətlə başlayır
Hürufilik cərəyanının əsasını qoyan və bu sahədə Nəsiminin mürşidi kimdir?
A) Qazi Bürhanəddin
B) Xaqani Şirvani
C) Nizami Gəncəvi
D) Fəzlullah Nəimi
Qazi Bürhanəddindən sonra türk əruzunun formalaşmasında müstəsna rol oynamışdır:
A) Məhəmməd Füzuli
B) İmadəddin Nəsimi
C) Arif Ərdəbili
D) Fəzlullah Nəimi
Yaradıcılığının ilk dövründə “ Hüseyni ”, “ Seyyid ” təxəllüsü ilə yazıb – yaradan sənətkar:
A) F. Nəimi
B) Həbibi
C) İ. Həsənoğlu
D) İ. Nəsimi
Səndən iraq, ey sənəm, şamü səhər yanaram,
Vəslini arzularam, daxi betər yanaram, – qəzəli İ. Nəsiminin hansı əsərindəndir?
A) “ Bulunmaz ”
B) “ Sığmazam ”
C) “ Ağrımaz ”
D) “ Yanaram ”
“ Mən mülki – cahan ... ” qəzəli yaradıcılığına aiddir:
A) Xaqaninin
B) Həbibinin
C) Nəsiminin
D) Nizaminin
İmadəddin Nəsimi hansı növdə yazmışdır?
A) epik, dramatik
B) lirik, dramatik
C) lirik, epik
D) epik
E) lirik
Beyti tamamlayın: "Səndən iraq,ey sənəm,şamü səhər yanaram, "......................................."
A) Badi-həvadan degil, qəmdən əgər yanaram
B) Gör necə tabəndə, ey şəmsü qəmər, yanaram
C) Qəmdə yanan yar üçüçn yar sevər, yanaram
D) Gör ki, nə atəşdəyəm, gör nə qədər yanaram
E) Vəslini arzularam, dəxi betər yanaram
Bunlardan biri Nəsiminin nisbəsidir:
A) Seyid
B) Şirvani
C) Hüseyni
D) İmadəddin
E) Nəsimi
"Çıxdı içimdən tütün,çərxi boyadı bütün, "Gör ki,nə atəşdəyəm,gör nə qədər yanaram"? Nəsiminin "Yanaram" qəzəlinə aid olan bu beytdə hansı bədii ifadə vasitəsi işlənmişdir?
A) mübaliğə
B) kinayə
C) litota
D) bədii təzad
E) epifora
Nəsiminin "Yanaram" qəzəlinin neçənci beytində mübaliğə işlənib?
A) 2-ci
B) 4-cü
C) 3-cü
D) 1-ci
E) 6-cı
Şairin əsl adı nədir və nəyə görə onu "Seyid" adlandırmışlar?
A) Əsl adı Imadəddindir və "Seyid" təxəllüsünü bəyəndiyinə görə götürmüşdür
B) Əsl adi Nəsimidir və " Seyid" ədəbi təxəllüsüdür
C) Əsl adi Hüseynidir və " Seyid " təxəllüsü ilə şeirlər yazmışdır
D) Əsl adi Fəzullahdır və "Seyid" təxəllüsü ən çox işlətdiyi ədəbi təxəllüsdür
E) Əsl adı Əlidir və Peyğəmbər nəslindən olduğu üçün " Seyid " adlandırılmışdır
Azərbaycan ədəbiyyatına tuyuğ janrını kim gətirmişdir?
A) Marağalı Övhədi
B) Qazi Bürhanəddin
C) Şah İsmayıl Xətai
D) Əssar Təbrizi
Aşağıdakılardan kim “ Xəmsə ” mövzusunda əsər yazmışdır?
A) Fədai
B) Saib Təbrizi
C) Arif Ərdəbili
D) Həbibi
Aşağıdakı əsərlərdən birinin müəllifi məlum deyil?
A) “ Dastani – Əhməd Hərami ”
B) “ Rindü Zahid ”
C) “ Nəsihatnamə ”
D) “ Mehr və Müştəri ”
“ Vərqa və Gülşa “ poemasının müəllifidir :
A) Arif Ərdəbili
B) Yusif Məddah
C) Marağalı Övhədi
D) Əssar Təbrizi
Əssar Təbrizinin yaradıcılığına aiddir:
A) “ Mehr və Müştəri ”
B) “ Dastani – Əhməd Hərami ”
C) “ Vərqa və Gülşa ”
D) “ Dəhnamə ”
Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayında yaşamış şair
A) Nemətullah Kişvəri
B) Cahanşah Həqiqi
C) Şeyx Şəfi
D) Həqiri Təbrizi
E) Şah Qasım Ənvar
Bu əsərlərdən birinin müəllifi "Dəhnamə" adlı poema yazmışdır:
A) "Cami-Cəm"
B) "Yusif və Züleyxa"
C) "Əxlaqi-Nasiri"
D) "Mehr və Müştəri"
E) "Fərhadnamə"
Nizami Gəncəvinin “XƏMSƏ”sinin motivləri əsasında “Xəmsə” yazan şair?
A) Zülfüqar Şirvani
B) Əşrəf Marağayi
C) Məhəmməd Füzuli
D) Qazi Bürhanəddin
E) Şah İsmayıl Xətai
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top