Tapılan ümumi test sayı : 31

Nüvə hansı komponentlərdən təşkil olunmuşdur?
A) Xromatin, nüvə pərdəsi, DNT və RNT
B) Nüvə şirəsi, fermentlər, membran
C) Nüvə pərdəsi, nüvə şirəsi, xromatin və nüvəcik
D) Nüvə pərdəsi, nüvə şirəsi, DNT və RNT
Nüvə şirəsində yerləşir:
A) Xromatin, karbohidratlar, fermentlər
B) Müxtəlif zülallar, nukleotidlər, amin turşuları
C) Nukleotidlər, karbohidratlar
D) Karbohidratlar, su, fermentlər
Xromosomlar təşkil olunmuşdur:
A) Nukleotid və zülallardan
B) DNT və RNT – dən
C) RNT və zülallardan
D) DNT və zülallardan
Membran quruluşuna malik deyil:
A) Xromatin
B) Vakuol
C) Nüvəcik
D) Nüvə
Robert Braun hüceyrədə nüvəni neçənci ildə kəşf etmişdir?
A) 1841-ci ildə
B) 1837-ci ildə
C) 1838-ci ildə
D) 1831-ci ildə
E) 1833-cü ildə
Hansı orqanoid 2 membranlıdır?
A) Vakuol
B) Lizosom
C) Mitoxondri
D) Ribosom
Mitoxondri ilə xloroplastlar üçün ümumi deyil:
A) Qlükozanın sintezi
B) Daxili membranın olması
C) ATF – nin sintezi
D) İkiyə bölünməklə çoxalmaq
Hansı hüceyrə orqanoidi sayılır?
A) Xloroplast
B) DNT
C) RNT
D) Piqment
Hansı orqanizmin hüceyrəsində xlorofilə rast gəlmək olar?
A) İnfuzor – tərlik
B) Yaşıl evqlena
C) Öküz soliteri
D) Şirin su hidrası
Digər plastidlərdən fərqli olaraq leykoplastlarda yoxdur:
A) Fermentlər
B) Piqmentlər
C) DNT və RNT
D) İki membran
Hüceyrə mərkəzi bölünmə zamanı nə əmələ gətirir?
A) tək sentriol
B) sentriol
C) bölünmə vətəri
D) qız hüceyrəsi
Hansı orqanoid holci kompleksində formalaşır?
A) Xromosom
B) Hüceyrə mərkəzi
C) Ribosom
D) Lizosom
Aşağıdakı maddələrdən hansını ribosom sintez edir?
A) Karbohidratları
B) Zülalları
C) ATF
D) Yağları
Hansı orqanoid membrana malikdir?
A) Lizosom
B) Xromosom
C) Ribosom
D) Nüvəcik
Hansı hüceyrə orqanoidi deyil?
A) Ferment
B) Holci kompleksi
C) Lisozom
D) Ribosom
Hansı orqanoid təzə membran verir?
A) hüceyrə mərkəzi
B) mitoxondri
C) xromosom
D) ribasom
E) holci kompleksi
Hansı hüceyrələrdə xarici qlaf hüceyrə divarı adlanır?
A) Bitki və heyvan hüceyrələri
B) Bitki hüceyrələri
C) Bitki, göbələk, bakteriya və göy – yaşıl yosun hüceyrələri
D) Heyvan hüceyrələri
Heyvan hüceyrələrindəki xarici qlaf üçün xarakterikdir:
A) Nazik divarlı və elastikdir
B) Nazik divarlı, bərkdir
C) Elastik olub mikroskopda görünür
D) Qalın divarlı olub mikroskopda görünür
Qlikokaliks nədir?
A) Plazmatik membran
B) Heyvan hüceyrəsinin xarici qlafı
C) Hüceyrənin daxili divarı
D) Hüceyrə divarı
Qlikokaliks üçün xarakterik olan əlamət hansıdır?
A) Hüceyrəyə möhkəmlik verir
B) Hüceyrənin xarici mühitlə əlaqəsini dayandırır
C) Dayaq funksiyasını daşıyır
D) Hüceyrənin mühitlə əlaqəsini təmin edir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top