Tapılan ümumi test sayı : 47

İsimdən sifət düzəldən şəkilçilər hansılardır ?
A) -ağan2 , -qan2 , -ğın4 , -ıcı4
B) -lı4 , -sız4 , -dakı2 , -cıl4 
C) -ın4, -da4, -dan4
D) -ıq4 , -ı4 , -lıq4
E) -ıntı4 , -ğı4 , -ış4
Epik növün əsas janrları hansılardır ?
A) qoşma, təcnis, bayatı
B) dram, faciə,komediya
C) oçerk, povest, təmsil, hekayə
D) gəraylı, müxəmməs, qit`ə
E) qəzəl, qəsidə, rübai
H.Cavidin "Səyavuş" faciəsində aşağıdakı xüsusiyyətlərdən hansılar Səyavuşun xarakterinə daha çox uyğun gəlir ?
A) lovğalıq, dikbaşlıq
B) səxavət, uzaqgörənlik
C) vəzifəpərəstlik, şöhrətpərəstlik
D) qəhrəmanlıq, mə`nəvi saflıq
E) elmə, maarifə bağlılıq
S.Rüstəmin "Cənub şe`rləri" hansılardır ?
A) "Ana və poçtalyon", "Dənizdə şəhər"
B) "Gecənin romantikası", "Yaxşı yoldaş"
C) "Ələmdən nəş`əyə", "Qərəmanın vəsiyyəti"
D) "Gün o gün olsunki...","İldırım"
E) "İki sahil", "Bir məktəbin qapısında", "On ikinci tüfəng"
Azərbaycan ədəbiyyatında tarixi romanlar müəllifi kimi tanınmış ən məşhur yazıçı.
A) M.Hüseyn
B) Ə.Əbülhəsən
C) M.İbrahimov
D) S.Rəhimov
E) M.S.Ordubadi
C.Cabbarlının ilk tarixi dram əsəri.
A) "1905-ci ildə"
B) "Sevil"
C) "Nəsrəddin şah"
D) "Od gəlini"
E) "Almaz"
Əsərin süjet xəttinin inkişaf mərhələlərində zirvə nöqtəsi  hansıdır ?
A) zavyazka
B) ekspozisiya
C) kulminasiya
D) final
E) razvyazka
Avropa intibahının böyük sənətkarı.
A) Balzak
B) Hüqo
C) Şekspir
D) Molyar
E) L.Tolstoy
C.Məmmədquluzadənin "Ölülər" komediyasındakı qadın obrazları hansılardır ?
A) Səadət, Mələk
B) Tükəz, Sona
C) Zeynəb, İzzət, Şərəf
D) Nazlı, Kərbəlayı Fatma
E) Kərbalayı Fatmansa, Yaxşı
M.F.Axundovun "Hacı Qara" komediyasının yazıldığı il:
A) 1852
B) 1857
C) 1855
D) 1850
E) 1851
Dörd misra və yeddi hecadan ibarət bitkin şe`r janrı hansıdır ?
A) Bayatı
B) Qoşma
C) Tapmaca
D) Rübai
E) Gəraylı
Diyari qürbətdə çoxdandı varam,
Axşam-səhər vətən deyib ağlaram
Mən də sizin kimi qəribü zaram,
Eyləməyin, məndən haşa, durnalar !
Laçın yatağıdır bizim məkanlar
Yavaş-yavaş gedin səsiniz anlar...
Yuxarıdakı şe`r parçasında hansı misralar səhv verilmişdir.?
A) 3-cü və 6-cı
B) 3-cü və 5-ci
C) 1-ci və 2-ci
D) 3-cü və 4-cü
E) 5-ci və 6-cı
A.S.Puşkinin nəsr əsərləri:
A) "Ruslan və Lyudmila", "Qafqaz əsəri"
B) "Azadlıq", "Çaadayevə"
C) "Boris Qodunov", "Xəsis çəngavər"
D) "Yevgeni Onegin", "Tunc atlı"
E) "Kapitan qızı", "Dubrovski"
M.Füzulinin alleqorik nəsr əsəri:
A) "Leyli və Məcnun"
B) "Rindü Zahid"
C) "Səhhət və Mərəz"
D) "Meyvələrin söhbəti"
E) "Şikayətnamə"
Aşağıda göstərilən fikirlərdən "Xosrov və Şirin" poemasının əsas ideyasına ən çox uyğun gələni hansıdır ?
A) qəhrəmanlıq
B) ədalətli şah
C) saf məhəbbət
D) qadın azadlığı
E) əməkçi insanın tərənnümü
Azərbaycan dilində əsəri bizə gəlib çatan ilk sənətkar.
A) Həsənoğlu
B) Xətai
C) Nəsimi
D) Xaqani
E) Nizami
Hansı cərgədə bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılmışdır ?
A) şücaət, e`zamiyət, kambinat, beynəlmiləl, samovar
B) çamadan, qəhqəhə, qürur, kəşviyyat, koridor
C) məs`ul, ne`mət, məşhur, hökmdar, xeyirxah
D) yə`qin, nəsiyət, səhv, dörd, professor
E) xasiyət, vağzal, institut, kabnet, stadiyon
"Kimin ki ağlı, bacarığı var, udur" - cümləsində budaq cümlənin növünü tapın: 
A) xəbər budaq cümləsi
B) zərflik budaq cümləsi
C) tamamlıq budaq cümləsi
D) tə`yin budaq cümləsi
E) mübtəda budaq cümləsi
Tabeli mürəkkəb cümləni göstərin.
A) Payız gəldi, havalar soyudu.
B) Gah yağış yağır, gah da gün çıxırdı.
C) Nailə yer göstərdi, Kəmalə oturmadı.
D) Bayırda yağan qar ağarır, xoş bir menzere yaranırdı.
E) Kim dərsi bilir, əlini qaldırsın.
"Əzizin dizi titrədi, yavaşcadan çamadanın üstündə oturdu" - tabesiz mürəkkəb cümləsində hansı mə`na əlaqəsi vardır ?
A) aydınlaşdırma
B) səbəb və nəticə
C) ardıcıllıq
D) zaman
E) ziddiyyət-qarşılaşdırma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top