Tapılan ümumi test sayı : 47

Hansı sözlər mürəkkəbdir ?
A) enlikürək, ucaboy, aşsüzən
B) günə baxan, isti su, qara toyuq
C) Hüseynzadə, yoldaş, əmimgil
D) Dağıstan, Özbəkistan, Gürcüstan
E) enli küçə, uca dağ, aş yeyən
Sabit söz birləşmələrinin sırasını tapın:
A) sinif otağı, qırmızı bayraq, yaşıl qələm
B) oxuyan uşaq, güləyən adam, yatmış gözəl
C) əldən düşmək, qulaq asmaq, başa salmaq
D) yol getmək, kitab oxumaq, çay içmək
E) gülməli tamaşa, görüləsi iş, yazılacaq məktub
Əzəldən belədir çünli kainat,
Cahan daimidir, ömür amanat,
Əldən ələ keçir vəfasız həyat
Biz gəldi gedərik, sən yaşa, dünya!
Bu ş`er parçasındakı sinonim sözlər hansılardır?
A) kainat, cahan, dünya
B) biz, sən, ömür
C) kainat, həyat, vəfa
D) əzəl, daimi, gəldi-gedər
E) həyat, ömür, cahan
Antonim sözləri göstərin:
A) böyük, kiçik, pis, yaxşı
B) igid, cəsur, qoçaq, qəhrəman
C) gül, ev, bağça, ağac
D) göz, kök, qaz, qol
E) adam, insan, uşaq, ata
Hansı sıradakı sözlərin hamısı hecalara düzgün bölünmüşdür?
komandir, yazıçılıq, məs`uliyyət
A) ko-man-dir, ya-zıç-ıl-ıq, mə-s`u-liy-yət
B) ko-man-dir, yaz-ı-çı-lıq, mə-s`ul-iy-yət
C) ko-man-dir, ya-zı-çı-lıq, məs`-u-liy-yət
D) kom-an-dir, ya-zı-çıl-ıq, məs`-ul-iyy-ət
E) kom-an-dir, yaz-ıç-ıl-ıq, məs`-u-liy-yət
Kar samitlərin cərgəsini tapın:
A) p, ş, s ,t, f, x, k
B) b, p, r, t,z, x
C) c, t, r, b, n, k
D) z, n, s, b, f, r
E) r, ş, z, c, n, s
Aşağıdakı sözlərdə olan qalın saitlərin hamısı hansı sıradadır ?
qaranlıq, kitab, uşaq, ələk, dəniz, üz, eniş
A) ü, a, i
B) ü, ı, i
C) ə, i, ü, a
D) i, ü, ə
E) a, ı, o
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top