Tapılan ümumi test sayı : 47

Hansı sözlər mürəkkəbdir ?
A) enli küçə, uca dağ, aş yeyən
B) Dağıstan, Özbəkistan, Gürcüstan
C) enlikürək, ucaboy, aşsüzən
D) Hüseynzadə, yoldaş, əmimgil
E) günə baxan, isti su, qara toyuq
Sabit söz birləşmələrinin sırasını tapın:
A) gülməli tamaşa, görüləsi iş, yazılacaq məktub
B) oxuyan uşaq, güləyən adam, yatmış gözəl
C) sinif otağı, qırmızı bayraq, yaşıl qələm
D) əldən düşmək, qulaq asmaq, başa salmaq
E) yol getmək, kitab oxumaq, çay içmək
Əzəldən belədir çünli kainat,
Cahan daimidir, ömür amanat,
Əldən ələ keçir vəfasız həyat
Biz gəldi gedərik, sən yaşa, dünya!
Bu ş`er parçasındakı sinonim sözlər hansılardır?
A) kainat, cahan, dünya
B) həyat, ömür, cahan
C) biz, sən, ömür
D) kainat, həyat, vəfa
E) əzəl, daimi, gəldi-gedər
Antonim sözləri göstərin:
A) gül, ev, bağça, ağac
B) adam, insan, uşaq, ata
C) göz, kök, qaz, qol
D) böyük, kiçik, pis, yaxşı
E) igid, cəsur, qoçaq, qəhrəman
Hansı sıradakı sözlərin hamısı hecalara düzgün bölünmüşdür?
komandir, yazıçılıq, məs`uliyyət
A) kom-an-dir, yaz-ıç-ıl-ıq, məs`-u-liy-yət
B) kom-an-dir, ya-zı-çıl-ıq, məs`-ul-iyy-ət
C) ko-man-dir, ya-zı-çı-lıq, məs`-u-liy-yət
D) ko-man-dir, ya-zıç-ıl-ıq, mə-s`u-liy-yət
E) ko-man-dir, yaz-ı-çı-lıq, mə-s`ul-iy-yət
Kar samitlərin cərgəsini tapın:
A) p, ş, s ,t, f, x, k
B) r, ş, z, c, n, s
C) b, p, r, t,z, x
D) z, n, s, b, f, r
E) c, t, r, b, n, k
Aşağıdakı sözlərdə olan qalın saitlərin hamısı hansı sıradadır ?
qaranlıq, kitab, uşaq, ələk, dəniz, üz, eniş
A) ü, a, i
B) ə, i, ü, a
C) a, ı, o
D) ü, ı, i
E) i, ü, ə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top