Tapılan ümumi test sayı : 37

Qeyri - ənənəvi enerji ehtiyatlarına aiddir:
a) kömür
b) günəş və külək enerjisi
c) yanar şist
d) yerin daxili enerjisi
e) aqroiqlim ehtiyatları
A) a,c,d
B) a,c,e
C) b,d,e
D) a,b,d
Yerin daxili enerjisindən istifadə edən ölkələr:
A) CAR, Misir, Nigeriya
B) İslandiya, İtaliya, Çin
C) Qazaxıstan, Sinqapur, Kamboca
D) Meksika, Yeni Zelandiya, İslandiya
Təbii rekreasiya ehtiyatlarına aid deyil:
A) Havay adaları
B) Palma adaları
C) Qara dəniz
D) Alp dağları
Ətraf mühitin təbii çirklənməsinə aid deyil:
A) Meteorit düşməsi
B) Şüalanma
C) Vulkan püskürmələri
D) Radioaktiv radiasiya
Ətraf mühitin ekoloji vəziyyətinin kollaps vəziyyəti nədir?
A) Ətraf mühitdə təbii bərpaolunma antropogen təsirdən üstün olur və təbii komplekslər əsasən öz strukturunu qoruyur
B) Antropogen təsirlər təbii özünü bərpadan üstün olur, təbii komplekslər özlərinin strukturunu itirir, lakin əvvəlki vəziyyətinə qayıtmaq imkanına malik olur
C) Bioloji potensialın və məhsuldarlığın tam itirilməsi, məzmunca yeni, antropogen mənşəli kompleksin yaranması
D) Ətraf mühit kəskin dəyişmə, transformasiya nəticəsində əvvəlki vəziyyətini bərpa edə bilmir
Su ehtiyatı ilə yaxşı təmin olunub:
A) Misir
B) Türkmənistan
C) Mərakeş
D) Kanada
Torpaq ehtiyatı ilə yaxşı təmin olunan ölkə:
A) Niderland
B) Danimarka
C) Braziliya
D) Belçika
Hansı dəniz sahilindən turizm məqsədilə daha çox istifadə edilir?
A) Karib
B) Baffin
C) Berinq
D) Ağ
Turizmin daha çox inkişaf etdiyi ada:
A) Saxalin
B) Baham
C) Azor
D) Fici
Meşə ehtiyatları aşağıdakı göstəricilərə görə qiymətləndirilir:
a) ağacların növünə görə
b) sahəsinə görə
c) oduncaq ehtiyatına görə
d) bitki və heyvan aləminə görə
e) ərazinin meşəliliyinə görə
A) b,c,d
B) a,c,d
C) a,d,e
D) b,c,e
Yüksək meşəlilik əmsalı ilə seçilən ölkələr:
A) Surinam, Qayana, Kamboca
B) Fransa, İtaliya, İspaniya
C) Kanada, Kolumbiya, Türkiyə
D) Braziliya, İran, Yaponiya
Şimal meşə qurşağı üçün xarakterik deyil:
A) Enliyarpaqlı ağaclar üstünlük təşkil edir
B) İynəyarpaqlı ağaclar üstünlük təşkil edir
C) Növ tərkibi az olur, oduncağı gec bərpa olunur
D) Mülayim, qismən subtropik iqlim qurşağını əhatə edir
Dünyada adam başına düşən meşə sahəsi:
A) 0,3 ha
B) 0,6 ha
C) 1,2 ha
D) 3,8 ha
Balıq ovu ilə daha çox məşğul olan ölkələr:
A) İran, Belçika, AFR
B) Türkiyə, Yaponiya, Belçika
C) Yaponiya, ABŞ, Rusiya
D) Finlandiya, Avstriya, AFR
Mineral ehtiyatlar mənşəyinə görə bölünür:
a) filiz
b) bioloji
c) qeyri – filiz
d) yanar
e) torpaq
A) b,c,e
B) a,c,d
C) a,c,e
D) b,d,e
Yanar faydalı qazıntılara aid deyil:
A) Boksit
B) Torf
C) Neft
D) Kömür
Tükənən, lakin bərpa olunan təbii sərvətlərdən biri:
A) Torpaq
B) İqlim
C) Torf
D) Mineral
Qalayın ən iri yataqları cəmlənmişdir:
A) Yaponiya, İtaliya, İspaniyada
B) Boliviya, Qabon, Malayziyada
C) Çin, Yaponiya, Sinqapurda
D) Avstraliya, Fransa, Belçikada
Mineral ehtiyatlar mənşəyinə görə hansı qrupa aiddir?
A) Tükənməyən
B) Tükənən, lakin bərpa olunan
C) Rekreasiya ehtiyatlarına
D) Tükənən, lakin bərpa olunmayan
Mis filizi ixrac və idxal edən ölkələr uyğun olaraq hansıdır?
A) Misir-Qayana
B) Peru-İtaliya
C) Fransa-Çili
D) Fransa-AFR
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top