Tapılan ümumi test sayı : 39

Miqrasiya adlanır:
A) Əhalinin məcburi şəkildə ölkədən çıxarılması
B) Əhalinin könüllü olaraq başqa ölkəyə köçməsi
C) Əhalinin bir qisminin müvəqqəti şəkildə başqa ölkəyə köçürülməsi
D) Əhalinin bir yerdən başqa yerə köçməsi
Əhalinin ölkəyə gəlməsi adlanır:
A) Suburbanizasiya
B) İmmiqrasiya
C) Emmiqrasiya
D) Daxili miqrasiya
Dünyada əmək ehtiyatlarının cəmləşdiyi üç əsas mərkəzdən biri deyil:
A) Qərbi Avropa
B) ABŞ
C) Yaponiya
D) İran körfəzinin neft hasil edən ölkələri
Ərazisi böyük, əhali sıxlığı kəskin fərqlənən və bununla da daxili miqrasiyanın geniş yayıldığı ölkələr:
A) Rusiya, Kanada, Çin
B) Avstraliya, Fransa, Belçika
C) Norveç, Avstriya, Braziliya
D) İsveç, Norveç, Qazaxıstan
ABŞ – a immiqrantlar başlıca olaraq gəlirlər:
A) Cənubi Avropadan, Şimali Afrikadan, MDB ölkələrindən
B) Hindistandan, Pakistandan, Misirdən
C) Hindistandan, Kanadadan, Afrikadan
D) Latın Amerikasından, Asiyadan və Avropadan
Mexaniki artımın müsbət olduğu ölkə:
A) Pakistan
B) Çin
C) Kanada
D) İran
Fəal əhali dedikdə başa düşülür:
A) Əmək prosesində iştirak etmək qabiliyyəti olan əhali
B) Real olaraq maddi və qeyri – maddi istehsal sahələrində çalışan əhali
C) Yalnız maddi istehsal sahələrində çalışan əhali
D) 18 yaşına çatmış bütün əhali
Əhalisi sıx olan ölkələr:
a)Kanada
b) Yaponiya
c) Niderland
d) Avstraliya
e) Danimarka
A) a,d,e
B) a,b,d
C) a,d
D) b,c,e
Dağınıq yaşayış məskənləri yayılmamışdır:
A) Kanadada
B) ABŞ – da
C) Avstraliyada
D) İranda
Biri meqalapolis deyil:
A) Tokaydo
B) Bosvaş
C) Tokio
D) Sansan
Yalançı urbanizasiya prosesi geniş yayılmışdır:
A) İEÖ – də
B) Şimali Afrikada
C) Cənubi Asiyada
D) İEOÖ – də
Xidmət sahəsində çalışanların üstün olduğu ölkə:
A) İspaniya
B) Zair
C) Kuba
D) Pakistan
Avstroloid irqi yayılmışdır:
a)Şimali Asiyada
b) Avstraliyada
c) Okeaniyada
d) Cənubi Amerikada
e) Afrikada
ə) Cənub – Şərqi Asiyada
A) b,c,ə
B) a,d,ə
C) b,d,e
D) a,b,d
Birmillətli dövlət deyil:
A) Norveç
B) Türkiyə
C) Yaponiya
D) Niderland
Hind – Avropa dil ailəsinə aid olmayan dil qrupu:
A) Slavyan
B) Qafqaz
C) Roman
D) İran
Xristianlığın protestant təriqətinə sitayiş olunmur:
A) ABŞ – da
B) Yunanıstanda
C) Avstraliyada
D) Yeni Zelandiyada
Lamaizm dininə sitayiş olunur:
A) Melaneziyada
B) İsraildə
C) Kambocada
D) Monqolustanda
Buddizmə sitayiş edən dövlət deyil:
A) Kamboca
B) Yeni Zelandiya
C) Laos
D) Vyetnam
E) Tailand
Hansı fikir səhvdir?
A) Ən sıx region Şərqi Asiyadır
B) Urbanizasiyanın ən yüksək səviyyəsi meqalopolisdir
C) Suburbanizasiya İEOÖ-lərə aiddir
D) Şəhər əhalisinin çoxalması urbanizasiyadır
Hansı dünyəvi dindir?
A) İnduizm
B) Lamaizm
C) Sintoizm
D) İudaizm
E) Buddizm
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top