Tapılan ümumi test sayı : 46

Aşağıdakı sözlərdə toplu isimləri göstərin.
A) gül, dəniz
B) xalq, ordu
C) məktəb, şəhər
D) kənd, dağ
E) kitab, həyat
Aşağıdakı sözlərdən hansı çoxmənalı söz deyil ?
A) çalmaq
B) ağız
C) detal
D) göz
E) baş
"Koroğlu" dastanında Giziroğlu Mustafa bəy kimdir; O, Koroğlu ilə hansı qolda qarşılaşır, onu nə məqsədlə axtarırdı ?
A) Giziroğlu Mustafa bəy də Koroğlu kimi xalq içərisindən çıxmış igiddir; "Koroğlunun Bağdad səfəri"ndə qarşılaşırlar; məqsədi kimin güclü və igid olduğunu yoxlamaq idi.
B) Giziroğlu Koroğlunun dəlilərindəndir; onlar "Dəmirçioğlunun Çənlibelə gəlməsi" qolunda yoldaş olurlar. Koroğlunu müdafiə edirdi.
C) Giziroğlu Mustafa bəy cavan oğlandır, Koroğlu ilə "Koroğlunun İstanbul səfəri" qolunda görüşürlər, onu görmək arzusunda idi.
D) Giziroğlu Mustafa bəy hökumdardır. O, Koroğlu ilə "Alı kişi" qolunda görüşür, onun var-dövlətini əlindən almaq istəyirdi.
E) Giziroğlu Mustafa bəy bir kəndlidir, "Koroğlunun Ərzurum səfəri"ndə rastlaşırlar;  Onu Koroğlu çağırmışdır.
Saya-saya sayadan,
Qoyun gəlir qayadan.
Sayaçıya pay verin,
Damazlığı mayadan.
Şe`r məzmununa görə əmək nəğməsinin hansı növüdür ? Misralar necə qafiyələnir ? (hərfi işarələrlə göstər); tələffüzcə yaxın olan sözlər necə qafiyələrdir ?
A) tapmacadır; dördlükdür; bütöv qafiyədir.
B) lirik növdür; qafiyə quruluşu -a-a-b-a; oxşar sözlərdir.
C) layladır; a-b-a-b formasındadır; cinas qafiyədir.
D) bayatıdır; dörd misralıdır; tələffüzcə yaxın sözlərdir.
E) sayaçı sözüdür; qafiyə quruluşu -a-a-b-a; tam qafiyədir.
Nizaminin "Xosrov və Şirin" əsərində Xosrovun çəmənlikdə Şirinə rast olan şəklini çəkən mahir sənətkar kim idi, O, sənəti harada öyrənmişdir ?
A) Şapur - rəssamlığı Çində öyrənmişdir
B) Nikisa - sənəti Rumda öyrənmişdir
C) Barbəd - rəssamlığı İranda öyrənmişdir
D) Şuriyə - sənəti Yəməndə öyrənmişdir
E) Fərhad - İranda təhsil almışdır
Hürufilik cərəyanının əsasını qoyan və bu sahədə Nəsiminin müəllifi kimdir ?
A) Fəzlullah Nəimi
B) Nizami Gəncəvi
C) Qazi Bürhanəddin
D) Arif Ərdəbili
E) Xaqani Şirvani
M.Füzulinin "Padşahi mülk..." şe`ri klassik şe`rin hansı formasındadır, həmin şe`rdə şair kimləri qarşılaşdırır və üstünlüyü kimə verir?
A) Füzulinin adı çəkilən əsəri qit"ə şe`r formasındadır; şair söz sənətkarını padşahla qarşılaşdırır və üstünlüyü sənətkara verir.
B) Şe`r fəxriyyədir; şair özünü padşaha qarşı qoyur.
C) Şe`r  məsnəvi formasındadır; padşahla pəhləvan müqayisə edilir, üstünlük padşaha verilir.
D) Şe`r qəsidədir; padşahla ordu başçısı müqayisə edilir.
E) Şe`r qəzəl formasındadır. Bu şe`rdə pəhləvanla hökmdar müqayisə olunur, üstünlük pəhləvana verilir.
"Nazik bədən ilə bərgi-gülsən
Əmma nə deyim ikən yünülsən!"
misralarında hansı təsvir vasitəsindən istifadə edilmişdir ?
A) təşbeh
B) istiarə
C) metonimiya
D) epitet
E) mübaliğə
M.P.Vaqifin yaradıcılığının əsas xüsusiyyətləri nədən ibarətdir; Füzuli şe`rləri ilə Vaqif şe`rləri arasında hansı fərqi görürsünüz ?
A) Heca vəznində yazmışdır.
B) M.P.Vaqifin yaradıcılığı Füzuli yaradıcılığına nisbətən nikbindir, sadədir, aydındır, real həyatla daha çox bağlıdır.
C) M.P.Vaqif xalq ruhunda yazmışdır.
D) Həm klassik şe`r ən`ənələrindən, həm də aşıq şe`ri ən`ənənələrindən bəhrələnmişdir.
E) Hər ikisinin yaradıcılığında aşiqanə şe`rlər əsas yer tutur, lakin Vaqifin şe`rləri heca vəznindədir.
N.Vəzirovun "Müsibəti Fəxrəddin" əsəri dramaturqun "Daldan atılan daş toppuğa dəyər", "Adı var, özü yox", "Yağışdan çıxdıq, yağmura düşdük" əsərlərindən janr fərqi nədir ?
Rüstəm bəy obrazı bu əsərlərdən hansının qəhrəmanlarındandır ?
A) "Müsibəti-Fəxrəddin"  yazıçının göstərilən digər əsərlərinə nisbətən genişdir; Rüstəm bəy "Daldan atılan daş topuğa dəyər" əsərindəndir
B) "Müsibəti-Fəxrəddin" komediya, başqa əsərlər faciədir. Rüstəm bəy "Müsibəti-Fəxrəddin" əsərindədir.
C) "Müsibəti-Fəxrəddin" yazıçının daha kamil əsridir; Rüstəm bəy "Adı var, özü yox" əsərinin əsas obrazlarındandır.
D) "Müsibəti-Fəxrəddin" əsəri dram, göstərilən digər əsərlər hekayədir; Rüstəm bəy "Müsibəti-Fəxrəddin"dəndir.
E) Vəzirovun adı göstərilən əsərləri komediya, "Müsibəti-Fəxrəddin" əsəri isə faciədir; Rüstəm bəy "Müsibəti-Fəxrəddin" əsərinin əsas obrazlarından biridir.
M.Hüseynin hansı əsərləri mövzu baxımından bir-birini tamamlayır ?
A) "Səhər","Daşqın", "Fəryad"
B) "Kin", "Yeraltı çaylar dənizə axır"
C) "Tərlan", "Abşeron", "Daşqın"
D) "Fəryad", "Daşqın", "Kin"
E) "Abşeron", "Qara daşlar", "Yeraltı çaylar dənizə axır"
C.Cabbarlı hansı əsərlərinin kino-film kimi meydana çıxmasında şəxsən iştirak etmişdir ?
A) "Aydın", "Dönüş"
B) "1905-ci ildə", "Yaşar"
C) "Od gəlini", Aydın"
D) "Solğun çiçəklər", "Ulduz"
E) "Sevil", "Almaz"
Aşıq Ələsgərin qoşmalarında Azərbaycanın gözəlliyini tərənnüm üçün hansı dağların adı çəkilir ?
A) Yelligədik, Elbrus, Şahdağ
B) Elbrus, Kiçik Qafqaz dağları
C) Kəlbəcər dağları, Böyük Qafqaz dağları
D) Qoşqar, Murğuz, Kəpəz
E) Göyəzən, Şahdağ, Gözəl dağ
N.Nərimanovun hansı əsərinin nəşri və tamaşası əvvəlcə çar senzurası tərəfindən qadağan olunmuşdu ?
A) "Şamdan bəy"
B) "Nadir şah"
C) "Bahadır və Sona"
D) "Nadanlıq"
E) "Bir kəndin sərgüzəşti"
M.Ə.Sabir üslubunda yazanlar arasında Sabir ədəbi məktəbinin davamçıları kimlərdir ?
A) Məmməd Səid Ordubadi,Cəfər Cabbarlı
B) Əliqulu Qəmküsar
C) Abdulla Şaiq, Hüseyn Cavid
D) Abbas Səhhət, Məhəmməd Hadi
E) Əli Nəzmi, Mirzə Əli Mö`cüz Şəbüstəri
C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində ana dilini yad dillərdən üstün tutub onu müqəddəs hesab edən obraz hansıdır ?
A) Mirzə Məhəmmədəli
B) Gülbahar
C) Zəhra bəyim
D) Rüstəm bəy
E) Səməd Vahid
"Kiçicik bir sudur yer üzündə Kür
Baxsan bu dünyanın xəritəsinə.
Bəs niyə qəlbimdə ümman döyünür
Mən qulaq asdıqca Kürün səsinə!.."
Misralar S.Vurğunun hansı poemasından götürülmüşdür və həmin parça şairin hansı duyğularını ifadə edir ?
A) "Aygün", ailə sədaqəti
B) "Muğan", vətənpərvərlik
C) "Talıstan", təbiət təsviri
D) "Zəncinin arzuları", imperializmin ifşası
E) "Aslan qayası", işğalçılığa qarşı nifrət
Mübtədanın ifadə vasitələri hansı cərgədə düzgün göstərilmişdir ?
1. fe`li sifət, fe`li bağlama, isim
2. fe`li bağlama, fe`l, sifət
3. tə`yini əvəzlik, sual əvəzliyi, məsdər
4. şəxs əvəzliyi, isim, sifət, mürəkkəb adlar, məsdər
5. zərf, sifət, fe`l, məsdər
A) 4
B) 5
C) 3
D) 2
E) 1
Ş`er parçasında işarə, şəxs və tə`yini əvəzliyi müəyyənləşdirin.
"Məni qanadının üstünə götür,
Ahunu gördüyün o yerə yetir.
Toru dişlərimlə doğrayım, didim,
Ahunu o tordan tez xilas edim"
Bəyəndi tədbiri bütün yoldaşlar,
Bu işə ürəkdən şad oldu onlar.
A) 2 tə`yini; 1 şəxs; 2 işarə əvəzliyi
B) 1 şəxs; 3 tə`yini; 1 işarə əvəzliyi
C) 1 tə`yini; 2 şəxs; 3 işarə əvəzliyi
D) 2 şəxs; 1 tə`yini; 2 işarə əvəzliyi
E) 1 işarə; 1 tə`yini; 3 şəxs əvəzliyi
Hansı sırada qarşılığı olan kar samitlər düzgün göstərilmişdir ?
A) p, f, s, k, ğ
B) l, m, n, r, f, x, ş
C) p, f, x, ş, s, k
D) f,x, ş, y
E) l, m, n, r, h
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top