Tapılan ümumi test sayı : 46

Nümunələrdə tə`yin yerində işlənən fe`li birləşməni  və cümlənin növünü müəyyənləşdirin.
1.Çiçəkləri dəstələyib qonaqlara verdik.
2.Xaricdə təhsil alan tələbələr vətənə qayıtdı.
3.Ə`la qiymətlə oxuyanlara təqaüd verildi.
4.Ən böyük arzum vətənimin düşmən caynağından xilas olmasıdır.
5.Ömür sənə verilir ki, yana-yana yaşayasan.
A) məsdər tərkibi; sadə geniş cümlə
B) fe`li bağlama; şəxssiz cümlə
C) fe`li sifət; sadə geniş cümlə
D) məsdər tərkibi; müxtəsər cümlə
E) fe`li sifət; adlıq cümlə
Fəqət, səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə,
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
Verilmiş ş`er parçasında fe`li birləşmə tərkiblərini tapın və onların hansı cümlə üzvü olduğunu müəyyənləşdirin.
A) fe`li bağlama tərkibi; zərflik
B) fe`li sifət tərkibi; tə`yin
C) fe`li sifət tərkibi; tamamlıq
D) fe`li bağlama tərkibi; xəbər
E) məsdər tərkibi; mübtəda
Verilmiş cümlənin quruluşunu və əlaqə növünü (tabeli, tabesiz) göstərin.
Arzum budur ki, azğın düşmən torpaqlarımızdan qovulsun.
A) sadə, xəbər əsasında formalaşmış
B) sadə, şəxssiz cümlə
C) mürəkkəb, tabeli mürəkkəb cümlə, xəbər budaq cümləsi
D) mürəkkəb, tabesizlik əlaqəsi
E) mürəkkəb, tamamlıq budaq cümləsi
Hansı cərgədəki ismi birləşmələrin tərəfləri bir cümlə üzvü yerində işlənə bilir ?
A) I, II, III növ ismi birləşmələr
B) II, III növ ismi birləşmələr
C) I,II növ ismi birləşmələr
D) I növ ismi birləşmə
E) I, III növ ismi birləşmələr
Aşağıdakı sözlərdə fe`lin qayıdış və icbar növündə işlənənləri göstərin.
A) baxılmaq, alınmaq, baxmaq, üzülmək
B) qalanmaq, duyulmaq, sildirmək, əkdirmək
C) çalışmaq, yazışmaq, gəzdirmək, yazdırmaq
D) yazılmaq, açılmaq, baxdırmaq, çalışmaq
E) aldırmaq, alışmaq, vuruşmaq, dondurmaq
Həm fe`lin, həm də ismin xüsusiyyətlərini daşıyan sözlərin hansı cümlə üzvü yerində işləndiyini göstərin.
A) mübtəda; tə`yin; tamamlıq
B) tə`yin; mübtəda; xəbər
C) mübtəda; tamamlıq; xəbər
D) zərflik; tamamlıq; tə`yin
E) xəbər; tə`yin; zərflik
Hansı sıradakı sözlər dilimizə başqa dillərdən (ərəb-fars, Avropa dilləri) keçmişdir və onlara  ön şəkilçiləri artırmaq mümkündür.
A) naxoş, torpaq, hava, yer
B) mə`lum, piyalə, gözəl, dalğa
C) mərd, razı, insaf, savad
D) narahat, yarpaq, boru, stəkan
E) vəfa, elm, termin, stol
"Mətin, şucaətli və qorxmas insanlar nəfisli olmazlar" - cümləsində neçə imla (orfoqrafik) səhvi buraxılmışdır ?
A) 1
B) 5
C) 3
D) 4
E) 2
Həm fe`lin, həm də zərfin xüsusiyyətlərini daşıyan sözlər necə adlanır ?
A) fe`li sifət, fe`li bağlama
B) fe`li bağlama
C) məsdər, fe`li bağlama
D) fe`li sifət, məsdər
E) fe`li sifət
Hansı cərgədə kar samitlər düzgün göstərilmişdir ?
A) p, r, t, f, x, ş
B) y, p, r, t, f, x
C) p, ş, k, x, t, f
D) r, p, y, x, t, f
E) s, p, r, f, t, x, ş
"Kim tez gəldi, ona hədiyyə verdilər" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir ?
Baş, yoxsa budaq cümlə əvvəldə işlənmişdir ?
A) xəbər budaq cümləsi; baş cümlə əvvəldə
B) zərflik budaq cümləsi; budaq cümlə əvvəldə
C) mübtəda budaq cümləsi; budaq cümlə əvvəldə
D) tə`yin budaq cümləsi;  baş cümlə əvvəldə
E) tamamlıq budaq cümləsi; budaq cümlə əvvəldə
Hansı cərgədəki sözlər fe`l formalarından (hekayə, rəvayət, şərt) hər üçünü əhatə edir ?
A) oxuyardı, qorudu, bilməliyəm
B) güldük, üzmüşdü, yığmalıdı
C) saxlamalıyam, görmüşmüş, yazdı
D) yanasıdı, oxudum, əkərmiş
E) qoruyursa, gözləmişdi, yazmışmış
[ 1T + 2T ; 1T +  2Tm ] - sxemlərinə uyğun ismi birməşləri seçin.
Əlimdə tikdiyim bax bu ağ çuxa
Hansı bir igidin əyninə olsa,
Bir də ağ atımı kim minə bilsə
O şah da deyilsə, xan da deyilsə,
Olsa da adi bir qapı nökəri
Onundur qəlbimin gizli telləri.
A) 5
B) 1
C) 2
D) 4
E) 3
Aşağıdakı mətndə fe`li bağlama və fe`li sifət  tərkiblərinin sayını müəyyənləşdirin.
O, öz mühafizəçiləri ilə meydanın ortasında cəzanı icraya hazırlaşan hökumət və şəriət adamlarından ayrılıb mahmızlı çəkmələr ilə səs salaraq camaata tərəf gələndə tamaşaçılar pıçıldaşdılar.
A) 2
B) 4
C) 5
D) 3
E) 1
Aşağıdakı cümlə tipi hansı sxemə uyğun gəlir ?
"Həyat çox qəribədir, - dedi, -ondan baş açmaq mümkün deyildir"
A) M: "V!"
B) "V", -M
C) M:"V"
D) M:"V", M
E) "V, -M, -V"
İki hecalı sözlərə saitlə başlanan hal və ya mənsubiyyat şəkilçisi qoşulduqda söz kökünün ikinci hecasındakı sait düşür. Bu tipli sözlərdən yalnız hal şəkilçisi qoşularkən ikinci hecasındakı saiti düşən cərgəni tapın.
A) qisim, alın, qoyun, səbir
B) eyib, ağız, burun, oğul
C) burun, alın, fikir, cisim
D) boyun, abır, isim, sətir
E) ağıl, sinif, sətir, qisim
Verilmiş cümlədə fe`ldən düzələn sifət hansı cümlə üzvü yerində işlənmişdir ? Sürücü Hüseyn alıcılara tərəfdar çıxdı.
A) tə`yin
B) mübtəda, tə`yin
C) mübtəda, tamamlıq
D) mübtəda
E) tə`yin, tamamlıq
Aşağıdakı sözlərdən hansında hərflərin sayı səslərin sayından bir vahid azdır ?
A) meydan
B) qayalıq
C) dalğa
D) zəif
E) dəniz
Sıra saylarının yazılışında səhv variantları göstərin.
1. XX -inci əsr                   2. 3-üncü cərgə
3. 2-ci dərs                       4. V sinif
5. 9-ncu bina
A) 2, 4
B) 1, 2, 3
C) 2, 3, 5
D) 1, 3, 4
E) 1, 2, 5
Aşağıda verilmiş sözlərdən tə`sirli və tə`sirsiz fe`llər cərgəsini tapın.
A) alınmış torpaq, güləndə
B) gəncləşən, gözə gəlmək
C) yuyunmaq, yazmaq
D) oxumaq, görməli yerlər
E) çalıb-oynamaq, vuruşmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top