Tapılan ümumi test sayı : 43

Qeyri-müəyyənlik bildirən yiyəlik hala aid edilən əlamətlərdən biri səhvdir.
A) Bu halda olan söz, adlıq hal kimi, nə? sualına cavab verir.
B) Bu halda olan sözü bütün işlənmə vəziyyətlərində müəyyən yiyəlik hala çevirmək mümkündür.
C) Bu halda işlənən söz cümlənin xəbəri ola bilmir.
D) Bu hal II növ ismi söz birləşməsinin I tərəfi olur.
E) Mə`nasına görə ümumilik və qeyri-müəyyənlik bildirir.
"Aytəkin şəhərə yola düşdü" cümləsi nə üçün cüttərkibli müxtəsər cümlə sayılır ?
A) baş üzvlərin hər ikisi iştirak etdiyinə görə
B) daha geniş fikir ifadə etdiyinə görə
C) bitmə intonasiyası ilə tələffüz olunduğuna görə
D) baş üzvlər arsında uzlaşma əlaqəsi olduğuna görə
E) baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzv də iştirak etdiyinə görə
"Qapını örtmək" fe`li birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə vardır ?
A) tabesizlik
B) sintaktik əlaqə yoxdur
C) uzlaşma
D) idarə
E) yanaşma
Tabe tərəfi isimlə ifadə olunan I növ ismi sözbirləşməsini göstərin.
A) onuncu sıra
B) daş hasar
C) pıçıldaşan ləpələr
D) həmin şəkillər
E) kövrək qanadlar
İsmi xəbərli cüttərkibli sadə cümləni göstərin.
A) Bahar fəsli idi.
B) Ömür bizə yaşayıb yaratmaq üçün verilib.
C) Biz hamılıqla torpaqlarımızın müdafiəsinə qalxmalıyıq.
D) Xəstənin halı xeyli yaxşılaşmışdı.
E) Qardaşım uşaq həkimidir.
Hansı sıradakı qoşmalar həm yiyəlik, həm də yönlük halı ilə işlənir ?
A) -dək, -can(-cən)
B) üçün, ötrü
C) tərəf, doğru
D) qədər, kimi
E) qeyri, savayı
"Qatarla getmək" birləşməsində la nədir ?
A) fe`l düzəldən şəkilçi
B) qoşma
C) zərf düzəldən şəkilçi
D) bağlayıcı
E) ədat
Fe`li bağlama hansı cümlə üzvü vəzifəsində işlənir ?
A) tə`yin
B) tamamlıq
C) xəbər
D) mübtəda
E) zərflik
Aşağıdakılar fe`ldən sifət düzəldən şəkilçilər kimi verilmişdir. Səhv olanı göstərin.
A) -qın(-kin, -qun, -kün)
B) -qan(-kən)
C) -an(-ən)
D) -ıq(-ik, -uq, -ük)
E) -ıcı(-ici, -ucu, -ücü)
"Görünür bu məsələdə sən haqlısan" cümləsində xəbər hansı nitq hissəsi ilə ifadə olunmuşdur ?
A) isimlə
B) fe`llə
C) sayla
D) sifətlə
E) əvəzliklə
Hansı sırada vergül düzgün qoyulmamışdır ?
A) Biz, əlbəttə qalib gələcəyik!
B) Güləcəksən hər bir zaman, Azərbaycan, Azərbaycan! (S.V.)
C) Ana, Vətən çağırır, getməliyəm!
D) O, ancaq sənə inanır.
E) Bu, dostumun bağışladığı kitabdır.
"Motor" sözünün fonetik təlilində hansı mərhələdə səhvə yol verilmişdir ?
A) Sözdə dodaqlanan qalın saitlərin ahəngi gözlənmişdir.
B) o, qalın dodaqlanan saitdir.
C) Bu sözdə 5 səs (m, o, t, o, r) və 5 hərf (em, o, te, o, er) var.
D) İki hecalı sözdür, vurğu ikinci hecaya düşür.
E) m, r cingiltili, t kar samitdir.
Hansı sırada sözlər düzgün yazılış cəhətdən bütünlüklə səhvdir ?
A) qəhrəman, yəqinlik, doğrudan, səlist
B) sürtük, maqintafon, bulut, rəsmxət
C) tövsiyə, əlbətdə, məəttəl, poeziya
D) əsr, mə`sul, kran, istedad
E) məcara, lahiyə, doğurdan, səhf
Fe`lin arzu forması hansı şəkilçi ilə düzəlir ?
A) -malı(-məli)
B) -acaq(-əcək)
C) -ası(-əsi)
D) -a(-ə)
E) -sa(-sə)
Fe`l qrammatik mənasına görə nə bildirir ?
A) fe`lin konkret qrammatik mə`nası yoxdur
B) miqdar
C) əşya
D) əlamət
E) hərəkət
Verilmiş sözlərin içərisində vurğusu birinci hecaya düşən neçə söz var ?
Barışmazlıq, opera, ehkam, bəlkə, insaflı, lirika, dalğın
A) 4
B) 3
C) 5
D) 1
E) 2
İşarə əvəzlikləri hansı sırada verilmişdir ?
A) o, bu, elə, belə
B) öz, hər, bütün, filan
C) kim, nə, hara, necə
D) hamı, birisi, heç kim, kimsə
E) mən, sən, biz, siz
Qeyri-müəyyən miqdar sayı hansı cümlədə işlənmişdir ?
A) Müzakirədə xeyli adam var idi.
B) Səkkiz dördə qalıqsız bölünür.
C) Mən bu gün xeyli yorulmuşam.
D) Üçüncü sinif yarışlarda fərqlənirdi.
E) Bizə on kitab lazımdır.
Fe`ldən düzələn isimlərin verildiyi sıranı göstərin.
A) güldan, dənizçi, bəstəkar
B) bitki, basqın, anlayış
C) yaxşılıq, bərklik, saflıq
D) bağça, yoldaş, meydança
E) Gülüstan, Dağıstan, meşəlik
Mənsubiyyət şəkilçili sözlər hansı sıradadır ?
A) həyatı öyrənmək, zehni möhkəmləndirmək
B) onun zehni, şairin həyatı
C) həyati əsər, zehni iş
D) armudu stəkan, gümüşü saç
E) yorğun adam, sınıq qəlb
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top