Tapılan ümumi test sayı : 27

"Xəmsə"ni və müxəmməsi birləşdirən ümumi cəhət nədir ?
A) Hər ikisi beş rəqəmi ilə bağlıdır
B) Hər ikisi şe`r janrıdır.
C) "Xəmsə" müxəmməs janrında yazılmışdır.
D) Hər ikisi yalnız Azərbaycan ədəbiyyatına xasdır.
E) Hər ikisinə yalnız Nizami yaradıcılığında təsadüf edilir.
S.Vurğun Nizami Gəncəvinin hansı poemasını Azərbaycan dilinə tərcümə etmişdir ?
A) "İsgəndərnamə"
B) "Xosrov və Şirin"
C) "Sirlər xəzinəsi"
D) "Leyli və Məcnun"
E) "Yeddi gözəl"
Verilmiş şe`r parçası əruz vəzninin hansı bəhrindədir:
Millət necə tarac olur olsun, nə işim var ?
Düşmənlərə möhtac olur olsun, nə işim var ? (M.Ə.Sabir)
A) səri
B) həcəz
C) rəməl
D) rəcəz
E) xəfif
Verilmiş şe`r parçasında misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
Yaxşı gündə yarı yoldaş çox olur,
Yaman gündə heç bulunmaz, yox olur.
Yad ellərin tə`nə sözü ox olur,
Bir gün olur "vətən" deyib ağlarsan. (Vidadi)
A) 6+5
B) 4+4+3
C) 4+3+4
D) 5+6
E) 3+4+4
"Ustad dərin, kamal dərin, söz dərin;
Birin boşa, birin boşla, birin sat" - misralarında işlənmiş bədii ifadə vasitəsi hansıdır ?
A) litota
B) bədii sual
C) təzad
D) mübaliğə
E) təkrir
"Məndə sığar iki cahan..." qəzəlində Nəsimi nəyi göstərmək istəmişdir ?
A) insan elminin gücünü
B) insanın böyüklüyünü
C) ədalətin qələbə çalmasını
D) insan duyğularının saflığını
E) Eşqin ucalığını
C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş aşağıdakı parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
"... ortabab, qara və arıq övrətdi. Yaşı olar qırx, bəlkədə bir az artıq. Xudayar bəyə gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskik deyil idi. Amma rüzigar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayarın ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda, yə`ni hörməti artdı və övrətinə nisbətən özü oldu ağa, övrəti oldu qaravaş".
A) Şərəf
B) İzzət
C) Fizzə
D) Zeynəb
E) Ziba
On yaşa girəndə bu nadir cavan
Otuz yaşlıları qoyurdu heyran.
Şirlər pəncəsinə pəncə verərdi,
Qılıncla sütunu yerə sərərdi.
Beytlərdə Nizaminin "Xosrov və Şirin" poemasının hansı qəhrəmanı təvsir edilir ?
A) Xosrov
B) Şirin
C) Şiruyə
D) Şapur
E) Fərhad
Yalnız məhəbbət dastanları verilmiş cərgəni göstərin:
A) "Koroğlu", "Aşıq Qərib"
B) "Kİtabi-Dədə Qorqud", Qaçaq Nəbi"
C) "Aşıq Qərib", "Abbas və Gülgəz"
D) "Dastani-Əhməd Hərami", "Koroğlu"
E) "Şah İsmayıl", "Qaçaq Nəbi"
Azərbaycan dilində rübai yazan şair kimdir ?
A) Əfzələddin Xaqani
B) Nizami Gəncəvi
C) Məhsəti Gəncəvi
D) Qətran Təbrizi
E) İmadəddin Nəsimi
Verilmiş tabeli mürəkkəb cümlənin birirnci tərəfi nədir:
Biz sahildən yenicə aralanmışdıq ki, duman çökməyə başladı.
A) zaman budaq cümləsi
B) yer budaq cümləsi
C) baş cümlə
D) səbəb budaq cümləsi
E) mübtəda budaq cümləsi
"Biz hamımız qarşıdakı imtahanlara ciddi hazırlaşırıq" - nümunəsində cümlə üzvlərinin düzümünü göstərin:
A) mübtəda - tamamlıq - tə`yin - zərflik - xəbər
B) mübtəda - zərflik - tamamlıq - xəbər
C) tə`yin - mübtəda - zərflik - xəbər
D) mübtəda -tamamlıq - tə`yin - xəbər
E) mübtəda - tə`yin - tamamlıq - zərflik - xəbər
"Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri" - cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur ?
A)  fe`llə
B) sifətlə
C) ismi birləşmə ilə
D) fe`li sifət tərkibi ilə
E) fe`li sifətlə
Hansı cümlədə fe`li sifətlə ifadə olunmuşdur ?
A) Söz var, gələr keçər, söz var, dələr keçər.
B) Ata nə qədər ciddi və tələbkar olarsa, oğul bir o qədər tərbiyəli və intizmlı olar.
C) Sizin sözünüzün kəsəri azdır.
D) Dünyanın hər bir bucağına səpələnən soydaşlarımızın əsas dərdi vətən dərdidir.
E) Oxuyan bülbüldür, dinləyən qazdır.
Aşağıdakı cümlədə II növ ismi birləşməni (tə`yini söz birləşməsini) göstərin:
Mənim yaxın dostum Faiq də şahmat yarışında iştirak etmək istəyir.
A) dostum Faiq
B) mənim dostum
C) yaxın dostum
D) iştirak etmək
E) şahmat yarışında
Yalnız təqlidi sözlərdən ibarət olan cərgəni göstərin:
A) zarıltı, tapıntı, çıxıntı, mələmək
B) yumru-yumru, yastı-yastı, miyoltu, xorultu
C) şırıltı, gurultu, civilti, nərilti
D) mışıltı, sıxıntı, çöküntü, göyümtül
E) hey, vay, paho, axıntı
Tərkibində zaman zərfi olan cümləni göstərin:
A) Samirə içəri daxil oldu.
B) Axşam güclü yağış yağdı.
C) Ordumuz cəsarətlə irəliləyirdi.
D) İstidən nəfəsi tutulurdu.
E) Firidun cəld ayağa durdu.
Hansı cümlədə məsdər vardır ?
A) Dümək, evi tapmadınız ?
B) Yemək dostundan uzaq ol.
C) Burda çimmək qadağandır.
D) Dadaş qardaşına kömək etdi.
E) Əmək insanı ucaldır.
Cümlələrin hansında nəqli keçmiş zamana aid nümunə yoxdur:
A) İlahim veribdi dərdi bol mana.
B) Neçə şair yola salıb.
C) Bir qaməti əlif bağrımı dəlib.
D) İşarət eylədim, dərdimi bildi.
E) Gözəl, səndə bir nişanə görmüşəm.
Yalnız məchul növdə olan fe`llərin verildiyi cərgəni göstərin:
A) Qucaqlaşmaq, toplaşmaq, oynaşmaq.
B) Yedirtmək, gəzdirmək, daşıtmaq.
C) Verilmək, atılmaq, yazılmaq.
D) Yazışmaq, gəzişmək, qaçışmaq
E) Vurulmaq, yorulmaq, evlənmək.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top