Tapılan ümumi test sayı : 27

Cümlələrdən hansında o əvəzliyindən sonra vergül qoyulmalıdır ?
A) O da Kərəm deyəni deyirdi.
B) O günü illərin əlindən aldıq.
C) Bu dünyanın o dünyaya və`dəsiyəm.
D) O əkir, bu isə buğda biçirdi.
E) O tufan yıxmış bir ağacın üstündə oturub oxuyurdu.
"Artıq səni bürüməyə bir şeyim qalmadı, bala, gümanım bir ürəyimədir" - cümləsində adlıq halda olan neçə isim var ?
A) 4
B) 3
C) 2
D) 5
E) 6
Yalnız sözdəyişdirici şəkilçilər olan sıranı göstərin:
A) -dır, -lı, -lıq, -çı
B) -acaq, -an, -a, -lı
C) -sız, -sal, -sa, -sı
D) -dan, -daş, -ın, -ış
E) -da, -lar, -nın, -sı
Yalnız antonim sifətlər olan cərgəni göstərin:
A) hərb-sülh, cinayət-cəza, məkr-məhəbbət
B) böyük-kiçik, qalxmaq-enmək, getmək-gəlmək
C) böyük-iri, kiçik-balaca, hündür-uca
D) ağ-qara, gecə-gündüz, içəri-bayır
E) böyük-kiçik, uzun-qısa, şirin-acı
Köhnəlmiş sözlərdən ibarət olan cərgəni göstərin:
A) xış, yasavul, çarıq
B) ələk, köynək, yataq
C) xəstə, loğman, otaq
D) qovun, xırda, çimərlik
E) daraq, qamçı, qapı
Aşağıdakı cümlədə altından xətt çəkilmiş hansı sözün yazılışı səhvdir ?
        I            II                        III         IV                               V
Layih ənin məğzini anlamaq həmin məşhur mühəndisdən ötəri də çətin oldu. 
A) V
B) II
C) III
D) I
E) IV
Şəkil, fikir, sinif sözləri hallandıqda ismin neçə halında səs düşümü hadisəsi baş verir ?
A) 5
B) 3
C) 1
D) 4
E) 2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top