Tapılan ümumi test sayı : 27

Cümlələrdən hansında o əvəzliyindən sonra vergül qoyulmalıdır ?
A) O əkir, bu isə buğda biçirdi.
B) O da Kərəm deyəni deyirdi.
C) Bu dünyanın o dünyaya və`dəsiyəm.
D) O günü illərin əlindən aldıq.
E) O tufan yıxmış bir ağacın üstündə oturub oxuyurdu.
"Artıq səni bürüməyə bir şeyim qalmadı, bala, gümanım bir ürəyimədir" - cümləsində adlıq halda olan neçə isim var ?
A) 5
B) 3
C) 2
D) 6
E) 4
Yalnız sözdəyişdirici şəkilçilər olan sıranı göstərin:
A) -dan, -daş, -ın, -ış
B) -sız, -sal, -sa, -sı
C) -acaq, -an, -a, -lı
D) -dır, -lı, -lıq, -çı
E) -da, -lar, -nın, -sı
Yalnız antonim sifətlər olan cərgəni göstərin:
A) hərb-sülh, cinayət-cəza, məkr-məhəbbət
B) böyük-iri, kiçik-balaca, hündür-uca
C) böyük-kiçik, uzun-qısa, şirin-acı
D) ağ-qara, gecə-gündüz, içəri-bayır
E) böyük-kiçik, qalxmaq-enmək, getmək-gəlmək
Köhnəlmiş sözlərdən ibarət olan cərgəni göstərin:
A) daraq, qamçı, qapı
B) xəstə, loğman, otaq
C) qovun, xırda, çimərlik
D) ələk, köynək, yataq
E) xış, yasavul, çarıq
Aşağıdakı cümlədə altından xətt çəkilmiş hansı sözün yazılışı səhvdir ?
        I            II                        III         IV                               V
Layih ənin məğzini anlamaq həmin məşhur mühəndisdən ötəri də çətin oldu. 
A) II
B) V
C) III
D) IV
E) I
Şəkil, fikir, sinif sözləri hallandıqda ismin neçə halında səs düşümü hadisəsi baş verir ?
A) 5
B) 3
C) 2
D) 1
E) 4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top