Tapılan ümumi test sayı : 28

"Nuşirəvan və bayquşların söhbəti" Nizaminin hansı əsərindəndir ?
A) "İsgəndərnamə"
B) "Leyli və Məcnun"
C) "Xosrov və Şirin"
D) "Sirlər xəzinəsi"
E) "Yeddi gözəl"
Məsnəvinin qafiyə quruluşunu göstərin:
A) av, vv, ba
B) aa, bb, vv
C) aa, ba, ab
D) aa, bb, ba
E) ab, ba, vv
Aşıq Ələsgərin hansı şe`rində ilin dörd fəslinin e`cazkar təsviri verilir ?
A) "Düşdü" qoşmasında
B) "Dağlar" qoşmasında
C) "Çıxıbdı" gəraylısında
D) "Yaylaq" qoşmasında
E) "Dağlar" gəraylısında
Şifahi xalq ədəbiyyatının hansı növündə fikir daha yığcam, mə`nalı və müdrik şəkildə ifadə olunur ?
A) rəvayətlərdə
B) dastanlarda
C) tapmacalarda
D) nağıllarda
E) atalar sözündə
Hop-hop imzası kimə məxsusdur ?
A) Abbas Səhhətə
B) Cəlil Məmmədquluzadəyə
C) Mirzə Şəfi Vazehə
D) Mirzə Ələkbər Sabirə
E) Seyid Əzim Şirvaniyə
Azərbaycan dilində çıxan ilk satirik mətbuat orqanını göstərin:
A) "Dəbistan"
B) "Molla Nəsrəddin"
C) "Zənbur"
D) "Kəşkül"
E) "Kirpi"
Seyid Əzim Şirvani hansı ədəbi məclisə başçılıq etmişdir ?
A) "Məclisi-üns"
B) "Divani-hikmət"
C) "Məcməüş-şüəra"
D) "Beytüs-səfa"
E) "Fövcül-füsəha"
İsmayıl bəy Qutqaşınlının əsəri hansıdır ?
A) "Anamın kitabı"
B) "Hacı Qara"
C) "Nadir şah"
D) "Müsibəti-Fəxrəddin"
E) "Rəşid bəy və Səadət xanım"
Molla Pənah Vaqifin əsəri hansıdır?
A) "Məni candan usandırdı..."
B) "Keçdi növbəti-zimistan"
C) "Görmədim"
D) "Dağlar"
E) "Neçin gəlməz"
XII əsrdə yaşayıb-yaratmış və rübailəri ilə şöhrətlənmiş sənətkarı göstərin:
A) Qətran Təbrizi
B) Nizami Gəncəvi
C) Məhsəti Gəncəvi
D) Əbdülüla Gəncəvi
E) Xaqani Şirvani
Yalnız kar samitlərdən ibarət olan cərgəni göstərin :
A) x, b, t, v, ş, ğ
B) k,z, g, ç, h, j
C) p, t, ş, s, x, f
D) l, m, ş, s, n, d
E) p, f, x, t, q, y
Gəlməsələr hədə-qorxu, yada düşməz "Dədə Qorqud" - cümləsində budaq cümlənin növü hansıdır ?
A) şərt
B) qarşılıq-güzəşt
C) xəbər
D) tamamlıq
E) mübtəda
Hansı cümlədə xitab işlənməmişdir ?
A) Ey könül, min namə yaz, bir gülüzarın eşqinə
B) Səbr ilə halva bişər, ey qora, səndən
C) Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar
D) Dinmə, danışma, yat, bala, sən deyən olmayıb hələ
E) Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax
Cümlələrdən hansının xəbəri sifətlə ifadə olunmuşdur ?
A) Heydər bəy, yoldaşların bunlardımı?
B) Məni görcək hönkürtü ilə ağlaşdılar
C) Ay quşcuğazlar, nə yaraşıqlısınız
D) Sel kimi töküldü göydən yağışlar
E) Ən fərəhli yer insanın ev tikəcəyi yerdir
Hansı cümlədə mübtəda məsdərlə ifadə olunmuşdur ?
A) Yorulmaq bilməmiş insanın əli.
B) Oxumaq yaxşıdır.
C) Sən oxumaq bilmirsən.
D) O, şəhəri seyr etməkdə idi.
E) Atam isə işləməkdən doymurdu.
"Ana torpaq, əlin açıq, gözün tox,
Bu dünyada nəyim varsa, sənindir" - nümunəsində xitab nə ilə ifadə olunmuşdur ?
A) II növ ismi birləşmə ilə
B) fe`li sifətlə
C) isimlə
D) I növ ismi birləşmə ilə
E) III növ ismi birləşmə ilə
Dəqiqləşdirici ədatların sırasını göstərin:
A) bircə, kaş
B) da, ha
C) təki, barı
D) gör, bax
E) məhz, elə
Ancaq zaman zərfləri olan sıranı göstərin :
A) yuxarı, istidən, axşam
B) bərkdən, sonra, yavaşca
C) dünən, xeyli, əlüstü
D) asta, bu gün, qəfildən
E) həmişə, indi, çoxdan
Öz, hər, bütün sözləri əvəzliyin hansı növünə aidddir ?
A) tə`yini əvəzliklər
B) sual əvəzliyi
C) qayıdış əvəzliyi
D) qeyri-müəyyən əvəzlik
E) işarə əvəzliyi
Hansı sıradakı fe`llər qarşılıq-birgəlik növdədir ?
A) süzmək, basıb-bağlamaq, boşalmaq
B) yazdırılmaq, yoxlanılmaq, oxudulmaq
C) gəzdirtmək, kəsdirmək, qaldırtmaq
D) sevişmək,atışmaq, yazışmaq
E) şadlanmaq, qızınmaq, öyünmək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top