Tapılan ümumi test sayı : 25

Aşağıdakı şe'r nümunələrinin hansında epitetdən istifadə edilmişdir ?
A) Meşələr ağlayır dərddən, kədərdən.
B) Vuruşur döyüşdə qılınclarımız.
C) Quş kimi uçurdu göylərdə insan.
D) Yanır dənizlərin buz kimi suyu.
E) Quşqonmaz zirvələr görünür aydın.
Əruz vəzninin hansı bəhri dəvənin ləngərli yerişinə bənzədilir ?
A) həcəz
B) rəcəz
C) xəfif
D) mütəqarib
E) rəməl
"Çərşənbə günündə, çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən,
Cadu qəmzələri canıma düşdü" - nümunəsində misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
A) 4+3+4
B) 5+6
C) 3+4+4
D) 4+4+3
E) 6+5
"... olardı on-on iki yaşında ki, atası Hacı Rza vəfat elədi. İki il keçməmişdi anası öldü. Yaxşı dövlət qalmışdı mərhum atasından: neçə zəmilər, neçə ilxılar, nə qədər fərş, çoxluca pul. Amma çox heyf! Elə ki, Hacı Rza və övrəti öldülər, ... qaldı başsız-paraxsız. Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaq hesanı göstərdilər".
Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş bu parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
A) Şərəf
B) Zeynəb
C) Vəliqulu
D) Məhəmmədhəsən əmi
E) Xudayar bəy
S.Rəhimovun "Mehman" povestində hüquq sistemində çalışan mənfi surət kimdir ?
A) Cabbarov
B) Məmmədxan
C) Kamilov
D) Vahidov
E) Murtuzov
Məhəmməd Füzuli "Padşahi-mülk..." qit'əsində kimləri qarşılaşdırır ?
A) Bir padşahla başqa bir hökmdarı
B) Padşahla ordu başçısını
C)
 
Padşahı pəhləvanla
D) Padşahı söz sənətkarı ilə
E) Söz sənətkarını pəhləvanla
M.F.Axundovun "Hacı Qara" komediyasında hadisələrin düyününün açıldığı  (razvyazka) hissəni göstərin:
A) Qaçaq mal alverinə vedə lərin Təbrizdən qayıtması
B) Hacı Qaranın Xəlil yüzbaşı tərəfindən tutulub naçalnikə verilməsi
C) Hacı Qara və bəylərin həbs olunması, Kərəməlinin həbs olunduğunu görən Hacı Qaranın özündən getməsi
D) Heydər bəyin naçalnikin qarşısında e'tirafı
E) Bəylərin və Hacı Qaranın zaminə buraxılması
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından verilən şe'r parçasında hansı surət haqqında danışılır ?
"Böyük dağ gövdəli, o dağlar yaran
Gələndə camaat qalmışdı heyran.
Görkəmli böyük bir filmə oxşardı.
Onda iki filin qüvvəti vardı."
A) Xosrov
B) Fərhad
C) Şiruyə
D) Bəhram Çubin
E) Şapur
"Kitabi-Dədə Qorqud" dastanı neçə boydan ibarətdir ?
A) 16
B) 17
C) 12
D) 6
E) 2
Verilmiş tabeli mürəkkəb cümlənin ikinci tərəfi nədir ?
"Təranə özünü nə qədər şən göstərməyə çalışırdısa da, pərtliyi hiss olunurdu".
A) şərt budaq cümləsi
B) kəmiyyət budaq cümləsi
C) məqsəd budaq cümləsi
D) qarşılıq-güzəşt budaq cümləsi
E) baş cümlə
Vasitəsiz tamamlıq ismin hansı halında olur ?
A) yiyəlik halında
B) yönlük halında
C) çıxışlıq halında
D) yerlik halında
E) tə'sirlik halında
Hansı cümlənin mübtədası məsdər tərkibi ilə ifadə olunmuşdur ?
A) Xəyalından çıxmaz hərgiz xəyalın.
B) Hər gələn qəmli gedər, şad gəlib yanımıza.
C) Kafər ağlar bizim əhvali-pərişanimizə.
D) Lalə tək qızarmaq üz qaydasıdır.
E) Aşiqlik işi qıza nə layiq?!
Nidalar verilən cərgəni göstərin:
A) ay, bəh-bəh, oho, bəs
B) bəs, -mı4, ox, bəh-bəh
C) vah, ah, vay, gurultu, di
D) ya, ay, bəli, of, paho
E) ox, ay, of, ah, oho
Tərkibində miqdar zərfi olan cümləni göstərin:
A) Biz qonaqları mehribancasına qarşıladıq.
B) Biz bu haqda xeyli danışdıq.
C) Bazardan xeyli meyvə aldıq.
D) Dünən maraqlı filmə baxdıq.
E) Qonaqlar dünəndən gəliblər.
Yalnız fe'li bağlamalardan ibarət olan sıranı göstərin:
A) yazdıqda, qarşılamaq, danışmayan
B) göstərmək, qurduqda, aparanda
C) təmizləyəndə, yanaşaraq, öyrəndikdə
D) işləməli, oxumadan, gözləyəndə
E) saxlayaraq, yaşamaqda, öyrənən
Hansı cərgədə yalnız məchul növdə olan fe'llər verilmişdir ?
A) çatdırdı, inandırdı, çaldı, aldı
B) görüşdü, mələşdi, gülüşdü, bildirdi
C) oturdu, güldürtdü, sildirdi, vuruşdu
D) çəkildi, qalandı, çalındı, sürüldü
E) çəkildi, yazdırdı, geyindi, açıldı
Hansı cümlədə qeyri-qəti gələcək zamanda olan fe'l işlənmişdir ?
A) Gələcəkdir babam mənim yanıma.
B) Zimistanın novbaharı gələydi.
C) Qalmaz belə, qalmaz dünya.
D) Bu atı Murad sürəcəkmiş.
E) Hər tərəf yumşaq qarla örtülmüşdür.
Verilmiş cümlələrdə "o" əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı halda doğrudur ?
A) O, məktəb yarışda qalib gəldi.
B) O, ağacları məktəblilər əkmişlər.
C) O, ağaclara qulluq etməyi çox sevir.
D) O, şagird hamının sevimlisidir.
E) O, hadisədən sonra çox sarsılmışam.
"Dənizin sahilində ikimərtəbəli binanın bünövrəsi qoyulur" - cümləsindəki mənsubiyyət şəkilçili isimlərin sayını müəyyənləşdirin:
A) 3
B) 2
C) 1
D) 5
E) 4
Yalnız sözdüzəldici şəkilçilər olan sıranı göstərin:
A) -in, -çu, -im, -lər
B) -dən, -li, -süz, -da
C) -lar, -lı, -çi, -lük
D) -imiz, -ış, -un, -lar
E) -sız, -lik, -çı, -dəki
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top