Tapılan ümumi test sayı : 28
| 1) | "Xəmsə"ni və müxəmməsi birləşdirən ümjmi cəhət nədir ? | Xəta bildir |
| A) | Hər ikisinə yalnız Nizami yaradıcılığında təsadüf edilir. |
| B) | Hər ikisi şe'r janrıdır. |
| C) | Hər ikisi yalnız Azərbaycan ədəbiyyatına xasdır. |
| D) | "Xəmsə" müxəmməs janrında yazılmışdır. |
| E) | Hər ikisi beş rəqəmi ilə bağlıdır. |
| 2) | S.Vurğun Nizami Gəncəvinin hansı poemasını Azərbaycan dilinə tərcümə etmişdir ? | Xəta bildir |
| A) | "Yeddi gözəl" |
| B) | "İsgəndərnamə" |
| C) | "Sirlər xəzinəsi" |
| D) | "Leyli və Məcnun" |
| E) | "Xosrov və Şirin" |
| 3) |
Verilmiş şe'r parçası əruz vəzninin hansı bəhrindədir:
Millət necə tarac olur olsun, nə işim var ?
Düşmənlərə möhtac olur olsun, nə kşim var ? (M.Ə.Sabir)
|
Xəta bildir |
| A) | həcəz |
| B) | rəməl |
| C) | rəcəz |
| D) | xəfif |
| E) | səri |
| 4) |
Verilmiş şe'r parçasında misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
Yaxşı gündə yarı yoldaş çox olur,
Yaman gündə heç bulunmaz, yox olur.
Yad ellərin tə'nə sözü ox olur,
Bir gün olur "vətən" deyib ağlarsan. (Vidadi)
|
Xəta bildir |
| A) | 4+4+3 |
| B) | 3+4+4 |
| C) | 4+3+4 |
| D) | 5+6 |
| E) | 6+5 |
| 5) |
"Ustad dərin, kamal dərin, söz dərin;
Birin boşa, birin boşla, birin sat" - misralarında işlənmiş bədii ifadə vasitəsi hansıdır ?
|
Xəta bildir |
| A) | bədii sual |
| B) | təkrir |
| C) | mübaliğə |
| D) | təzad |
| E) | litota |
| 6) | "Məndə sığar iki cahan..." qəzəlində Nəsimi nəyi göstərmək istəmişdir ? | Xəta bildir |
| A) | insanın böyüklüyünü |
| B) | eşqin ucalığını |
| C) | insan duyğularının saflığını |
| D) | ədalətin qələbə çalmasını |
| E) | insan elminin gücünü |
| 7) |
C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş aşağıdakı parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
"... ortabab, qara və arıq övrətdi. Yaşı olar qırx, bəlkədə bir az artıq.
... Xudayar bəyə gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskik deyil idi. Amma ruzigar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayarın ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda, yə'ni hörməti artdı və övrətinə nisbətən özü oldu ağa, övrəti oldu qaravaş".
|
Xəta bildir |
| A) | Şərəf |
| B) | İzzət |
| C) | Fizzə |
| D) | Zeynəb |
| E) | Ziba |
| 8) |
On yaşa girəndə bu nadir cavan
Otuz yaşlıları qoyurdu heyran.
Şirlər pəncəsinə pəncə verərdi,
Qılıncla sütunu yerə sərərdi.
Beytlərdə Nizaminin "Xosrov və Şirin" poemasının hansı qəhrəmanı təsvir edilir ?
|
Xəta bildir |
| A) | Şirin |
| B) | Xosrov |
| C) | Şiruyə |
| D) | Fərhad |
| E) | Şapur |
| 9) | Yalnız məhəbbət dastanları verilmiş cərgəni göstərin: | Xəta bildir |
| A) | "Dastani-Əhməd Harami", "Koroğlu" |
| B) | "Koroğlu", "Aşıq Qərib" |
| C) | "Kitabi-Dədə Qorqud", "Qaçaq Nəbi" |
| D) | "Aşıq Qərib", "Abbas və Gülgəz" |
| E) | "Şah İsmayıl", "Qaçaq Nəbi" |
| 10) | Azərbaycan dilində rübai yazan şair kimdir ? | Xəta bildir |
| A) | Məhsəti Gəncəvi |
| B) | Əfzələddin Xaqani |
| C) | Qətran Təbrizi |
| D) | Nizami Gəncəvi |
| E) | İmadəddin Nəsimi |
| 11) |
Verilmiş tabeli mürəkkəb cümlənin birinci tərəfi nədir:
Biz sahildən yenicə aralanmışdıq ki, duman çökməyə başladı.
|
Xəta bildir |
| A) | mübtəda budaq cümləsi |
| B) | yer budaq cümləsi |
| C) | zaman budaq cümləsi |
| D) | baş cümlə |
| E) | səbəb budaq cümləsi |
| 12) | "Biz hamımız qarşıdakı imtahanlara ciddi hazlrlaşırıq" - nümunəsində cümlə üzvlərinin düzümünü göstərin: | Xəta bildir |
| A) | mübtəda - tamamlıq - tə'yin - xəbər |
| B) | tə'yin - mübtəda - zərflik - xəbər |
| C) | mübtəda - zərflik - tamamlıq -xəbər |
| D) | mübtəda - tə'yin - tamamlıq - zərflik - xəbər |
| E) | mübtəda - tamamlıq - tə'yin - zərflik - xəbər |
| 13) | "Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri" - cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur ? | Xəta bildir |
| A) | fe'li sifət tərkibi ilə |
| B) | sifətlə |
| C) | fe'li sifətlə |
| D) | fe'llə |
| E) | ismi birləşmə ilə |
| 14) | Hansı cümlədə mübtəda fe'li sifətlə ifadə olunmuşdur ? | Xəta bildir |
| A) | Ata nə qədər ciddi və tələbkar olarsa, oğul bir o qədər tərbiyəli və intizamlı olar. |
| B) | Oxuyan bülbüldür, dinləyən qazdır. |
| C) | Sizin sözünüzün kəsəri azdır. |
| D) | Dünyanın hər bir bucağına səpələnən soydaşlarımızın əsas dərdi vətən dərdidir. |
| E) | Söz var, gələr keçər, söz var, dələr keçər. |
| 15) |
Aşağıdakı cümlədə II növ ismi birləşməni (tə'yini söz birləşməsini) göstərin:
Mənim yaxın dostum Faiq də şahmat yarışında iştirak etmək istəyir.
|
Xəta bildir |
| A) | mənim dostum |
| B) | iştirak etmək |
| C) | dostum Faiq |
| D) | yaxın dostum |
| E) | şahmat yarışında |
| 16) | Yalnız təqlidi sözlərdən ibarət olan cərgəni göstərin: | Xəta bildir |
| A) | zarıltı, tapıntı, çıxıntı, mələmək |
| B) | şırıltı, gurultu, civilti, nərilti |
| C) | mışıltı, sıxıntı, çöküntü, göyümtül |
| D) | hey, vay, paho, axıntı |
| E) | yumru-yumru, yastı-yastı, miyoltu, xorultu |
| 17) | Tərkibində zaman zərfi olan cümləni göstərin: | Xəta bildir |
| A) | Samirə içəri daxil oldu. |
| B) | Axşam güclü yağış yağdı. |
| C) | Ordumuz cəsarətlə irəliləyirdi. |
| D) | Firidun cəld ayağa durdu. |
| E) | İstidən nəfəsi tutulurdu. |
| 18) | Hansı cümlədə məsdər vardır ? | Xəta bildir |
| A) | Yemək dostundan uzaq ol. |
| B) | Demək, evi tapmadınız ? |
| C) | Burada çimmək qadağandır. |
| D) | Əmək insanı ucaldar. |
| E) | Dadaş qardaşına kömək etdi. |
| 19) | Cümlələrin hansında nəqli keçmiş zamana aid nümunə yoxdur: | Xəta bildir |
| A) | Neçə şair yola salıb. |
| B) | Gözəl, səndə bir nişanə görmüşəm. |
| C) | Bir qaməti əlif bağrımı dəlib. |
| D) | İlahim veribdi dərdi bol mana. |
| E) | İşarət eylədim, dərdimi bildi. |
| 20) | Yalnız məchul növdə olan fe'llərin verildiyi cərgəni göstərin: | Xəta bildir |
| A) | Yedirtmək, gəzdirmək, daşıtmaq. |
| B) | Vurulmaq, yorulmaq, evlənmək. |
| C) | Verilmək, atılmaq, yazılmaq. |
| D) | Yazışmaq, gəzişmək, qaçışmaq. |
| E) | Qucaqlaşmaq, toplaşmaq, oynaşmaq. |
|
Yoxlamadan sonra nəticə burada göstəriləcək
|