Tapılan ümumi test sayı : 27

Aşağıdakı cümlədə yiyəlik halda olan neçə söz vardır ?
O vaxtlar mənim dostum məktəb direktoru idi və onun məktəbinin həyətində ərik ağacı çox idi.
A) 2
B) 1
C) 5
D) 3
E) 4
Hansı cümlədə həm mənsubiyyət, həm də tə'sirlik hal şəkilçisi vardır ?
I. Nuriyyənin bacısı oxumağı çox sevir.
II. Vətənimi sevirəm.
III. Vətəni sevməyən insan olmaz.
A) II
B) I və III
C) III
D) I və II
E) I
"Gözəlliklərdəndir" sözünün kökü hansıdır ?
A) göz
B) gözəlliklər
C) gözəllik
D) gözəlliklərdən
E) gözəl
Əsl Azərbaycan sözləri olan cərgəni göstərin:
A) demotrat, iqtidar, namus, göz, səksən
B) əmək, kitab, saat, kişi, oxumaq
C) vətən, dəftər, savad, yazmaq, ürək, xiyar
D) əl, dil, əmək, qaçmaq, sarı
E) mərd, dinc, ümman, kişi, çəmən
"Əldən düşmək" frazeoloji birləşməsinin sinonimi hansıdır ?
A) dildən-dilə düşmək
B) ayağa qalxmaq
C) dincəlmək
D) yorulmaq
E) ələ salmaq
Hansı cərgədəki sözlərdə vurğu birinci hecaya düşür:
I. Mexanika, kataloq, dovşan
II. Benzin, Berlin, qurbağa
III. Yumor, qospital, marşal
A) I
B) I, II, III
C) III
D) II
E) II, III
Verilmiş sözlərdən neçəsi ahəng qanununa tabedir:
içəri, səma, düstur, meşə, möhür
A) beşi
B) biri
C) ikisi
D) dördü
E) üçü
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top