Tapılan ümumi test sayı : 30

Hansı ədəbi obrazı iste`dadlı, qəhrəman, milli azadlıq uğrunda mübariz kimi səciyyələndirmək olar?
A) C.Məmmədquluzadənin "Ananın kitabı" pyesində Gülbaharı
B) S.Vurğunun "Aygün" poemasında Aygünü
C) C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Oqtayı
D) H.Cavidin "İblis" əsərində Arifi
E) Ə.Cavadın "Səsli qız" poemasında Saranı
H.Cavidin "İblis" əsərində İblisin dediyi bu sözlərin əsas məğzi harada daha dəqiq ifadə olunub?
Siz nə qədər məndən uzaqlaşsanız,
Yer deyil, əflakə uçub qaçsanız,
Qarşılaşıb birləşiriz daima.
Ayrı deyil, çünki biriz daima.
A) Burada Arifin şəraba qurşandığı, altun əsiri olduğu, onlardan qurtula bilmədiyi ifadə olunub.
B) Bəlkə, başqa planetlərə qaçmaqla İblisdən qurtulmaq mümkün ola.
C) İblis uzaqda deyil, insanların lap yanındadır.
D) İnsan şeytanın əsiridir,ondan qurtula bilməz.
E) İblis insanın içindədir, o, insandakı murdar nəfsdir, alçaq ehtiraslardır.
C.Məmmədquluzadə və M.Ə.Sabir yaradıcılığı üçün ortaq cəhətlər:
1. ifrat dindarlığın və mövhumatın tənqidi
2. cəmiyyətdəki nöqsanları tənqid etmək üçün felyetonlardan geniş istifadə
3. bədii yaradıcılığa nəsr əsəri yazmaqla başlanılması
4. qadın azadlığı probleminə xüsusi diqqət yetirilməsi
5. yeni məktəb və müasir tə`lim-tərbiyə uğrunda mübarizə, məsləksiz ziyalıların tənqidi
A) 2, 4, 5
B) 1, 2, 3
C) 1, 2, 4
D) 1, 4, 5
E) 1, 3, 5
Bu ədəbi məclislərin ikisi Qarabağda fəaliyyət göstərmişdir:
1. "Məcməüş-şüəra"
2. "Məclisi-üns"
3. "Beytüs-Səfa"
4."Əcnüməni-şüəra"
5. "Fövcül-füsəha"
6. "Məclisi-fəramuşan"
7. "Divani-hikmət"
A) 4, 5
B) 6, 7
C) 2, 6
D) 1, 3
E) 1, 4
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsindən seçilmiş bu sözlər kimin dilindən deyilir?
"Ay kişi,belə də murdar vilayət olar, bu mərtəbədə vəhşilik, nadanlıq olar? Tfu!... Nə qədər yalvardım, təvəqqe elədim ki, xəta olmasın, ahaq qan tökülməsin, genə olmadı... Kimdir müqəssir?... Müsəlmən qardaşın vəhşi nadanlığı..."
A) Rüstəm bəy
B) Fəxrəddin bəy
C) Əhməd
D) Mahmud bəy
E) Cahangir bəy
Nizaminin "Xosrov və Şirin" poemasının qəhrəmanı Xosrovla bağlı düzgün fikirləri seçin:
1. Sarayda böyüyən Xosrovun gəncliyində zahiri gözəlliyi ilə mənəvi aləmi arasında kəskin bir təzad vardı.
2. Xosrov əsər boyu inkişafada verilir.
3. Xosrov dastan qəhrəmanları kimi, uşaqlıqdn qeyri-adi xüsusiyyətlərə malikdir.
4. Xosrov əsərin əvvəlində ciddi təbiətli, ölkənin müqəddəratını düşünən, məhəbbətə ülvi hiss kimi baxan gənc kimi təsvür olunur.
5. Xosrov Məryəm və Şəkərin təsiri ilə dəyişir, müsbət şəxsiyyətə çevrilir.
A) 1, 2, 4
B) 3, 4, 5
C) 1, 4, 5
D) 2, 3, 4
E) 1, 2, 3
Nizami və Füzulinin "Leyli və Məcnun"ları ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Hər iki əsər faciəvi sonluqla bitir.
B) Hər iki əsər məsnəvi şəklində yazılıb.
C) Hər iki əsər Azərbaycan dilində yazılıb.
D) Hər iki əsərdə insan təbiətinə zidd olan adət-ən`ənələr tənqid olunur.
E) Hər iki əsərdə iki gəncin məhəbbətindən söz açılır.
Hansı fikir "Kitabi Dədə Qorqud" əsərinin  qəhrəmanı Dədə Qorquda aid edilə bilməz?
A) Qəhrəmanlar qələbə çalandan sonra Dədə Qorqud onlara xeyir-dua verir, dastan qoşur.
B) Dədə Qorqud müqəddəs şəxsiyyət kimi təsvir olunur.
C) Dədə Qorqud döyüşlərdə iştirak edir, qəhrəmanlıq göstərir.
D) Dədə Qorqud qəhrəmanlıq göstərən igidlərə ad verir.
E) Dədə Qorqud bir çox xaqların şifahi ədəbiyyatda şer, sənət hamisi kimi məşhurdur.
Beytdə işlənmiş bədii ifadə vasitəsini tapın:
Öldürüb yüz sən kimi bidərdi bu dərdim mənim,
Gəl Füzuli dərdini sanma çox asan,ey təbib!
A) epitet
B) mübaliğə
C) sinekdoxa
D) kinayə
E) litota
Verilmiş bəndin daxili bölgüsünü göstərin:
Könlüm qaranquş tək uçub qoynuna,
Gəzir hər yamacı, hər yalı, yaylaq!
Ruhum təmizlənir, məst olur ürək,
Görəndə bu çağı, bu halı yaylaq!
A) 7+4
B) 3+4+4
C) 6+5
D) 4+4+3
E) 5+6
Nümunələrdən biri tabesiz mürəkkəb cümlədir:
A) Hamı bilir ki, çəkilən əmək itmir.
B) Elə dost qazanmalısan ki, çətin gündə dayağın olsun.
C) O da məlumdur ki, işləməyən dişləməz.
D) Qazan xan yuxuladı, xorultusundan dağ-daş lərzəyə gəldi.
E) Koroğlu elə nərə çəkdi ki, düşmən qoşunu pərən-pərən düşdü.
"Gəncliyin arzusu budur ki, mükəmməl təhsil alıb vətənə sədaqətlə xidmət etsin" tabeli mürəkkəb cümləsindəki budaq cümlənin növünü müəyyənləşdirin.
A) mübtəda budaq cümləsi
B) tamamlıq budaq cümləsi
C) tərzi-hərəkət budaq cümləsi
D) xəbər budaq cümləsi
E) təyin budaq cümləsi
Cümlələrin hansında mübtədanın əlavəsi vardır?
A) Füzuli - xalqımızın bu qüdrətli sənətkarı dünya şöhrəti qazanmışdır.
B) Mən onu - on ildən bəri görmədiyim dostumu böyük sevinclə qarşıladım.
C) Bilik yarışında qalib gələn Səidədir - bizim məktəbin şagirdidir.
D) O, bizə yazda - Kür daşanda gəldi.
E) Ana öz oğlunu - boya-başa çatdırdığı igidi fərəhlə süzdü.
Təyinin ifadə vasitələri verilmiş cərgəni göstərin:
A) sifət, fel, feli bağlama, feli sifət
B) sifət, feli sifət, isim, say
C) məsdər, say, fel, zərf
D) feli sifət, isim, feli bağlama
E) isim, fel, sifət, zərf
I növ ismi birləşmələrdən ibarət olan cərgəni göstərin:
A) el sözü, vətən eşqi
B) məktəbin direktoru,şəhərin qapısı
C) dəmir darvaza, mis məftil
D) məzəli əhvalat, çay gəmisi
E) şad olmaq, ürəyi düşmək
Hansı cümlədə mürəkkəb zərf işlənməmişdir?
A) O, məqsədinə çatmaq üçün gecə-gündüz çalışırdı.
B) Çiçək səssiz-səmirsiz evdən çıxdı.
C) Əvvəl-axır mən deyənə gələcəksən.
D) O, bu əsər üzərində xeyli işlədi.
E) Bulağın dupduru suyu səhə-axşam dərəyə tökülürdü.
"Tərəf " qoşmasının sinonimləri olan cərgəni göstərin:
A) -dək, ötrü
B) qədər, kimi
C) sarı, doğru
D) qarşı, görə
E) bəri, özgə
Feli sifət tərkibləri işlənmiş cümlələri göstərin:
1. Oxuyan Xandır, çalan Mənsur.
2. Zəhmət sevən biləklərdə bir pəhləvan qüvvəti var.
3. Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı.
4. Gedəni saxlamazlar.
5. Keçmiş günləri xatırlmağın, əzab çəkməyin mənası yoxdur.
A) 1, 4
B) 2, 5
C) 4, 5
D) 2, 3
E) 1, 3
"Oxuyurdu" felinin morfoloji təhlilində hansı mərhələdə səhvə yol verilib?
A) Üçüncü şəxsin təkindədir.
B) Məlum feldir.
C) Təsdiq feldir.
D) Xəbər formasının hekayəsindədir.
E) Şühudi keçmiş zamandadır.
Feldən sifət düzəldən şəkilçi hansıdır?
A) -çı4
B) 4
C) -ıq4
D) -lı4
E) -sız4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top