Tapılan ümumi test sayı : 27

H.Cavidin "İblis" əsərində Arifin faciəsinin əsas səbəbi:
A) hakimlərin zülmü, ədalətsizlik
B) təbiətindəki çirkin, alçaq ehtirasları boğa bilməməsi
C) köhnə adət-ən`ənələr
D) dini mövhumat və fanatizm
E) cəmiyyətin siyasi sistemindəki çatışmazlıqlar
Ailə-məişət problemlərini geniş epik lövhələrlə əks etdirən nəzm əsəri hansıdır?
A) S.Vurğun "Aygün"
B) R.Rza "Qızılgül olmayaydı"
C) S.Rüstəm "Ana və poçtalyon"
D) C.Cabbarlı "Solğun çiçəklər"
E) H.Cavid "Səyavuş"
"Molla Nəsrəddin" jurnalını sevdirən, məşhurlaşdıran səbəblərdən biri səhvdir:
A) Jurnalın ətrafında dövrün ən qüdrətli qələm sahibləri toplaşmışdı.
B) Müasirlik, aktuallıq jurnalın əsas ruhunu təşkil edirdi.
C) Senzura zəif olduğundan hökumət nümayəndələri jurnalın məzmunundan xəbərsiz idilər.
D) Jurnal fəaliyyəti müddətində həyat həqiqətinə həmişə sadiq qalmışdır.
E) Onun tənqid hədəfi böyük ictimai qüsurlar idi.
A. Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazehin yaradıcılığı üçün ortaq cəhət hansıdır?
A) Yaradıcılıqlarında romantik üslubda əsərlərə geniş yer verilməsi
B) Klassik üslubda şe`r yazmaları
C) Realist-maarifçi ədəbi cərəyanın nümayəndəsi olmaları
D) Xalq ədəbiyyatından və  aşıq şe`rindən geniş istifadə etmələri
E) Çar hakimlərinin zülmü əleyhinə mübarizə mövzusu
N.Vəzirovun "Müsibəti Fəxrəddin" əsəri ilə bağlı düzgün fikirləri seçin:
1. Azərbaycan ədbiyyatı tarixində ilk faciədir.
2. Əsərdə Mələk xanım və Şahmar bəy müsbət obraz kimi təsvir olunmuşdur.
3. Müəllif Rüstəm bəy obrazını yaratmaqla qan intiqamına susamış nadan bəylərə ibrət dərsi verir.
4. Sujeti iki mülkədar    ailəsi arasında gedən qan davası üzərində qurulmuşdur.
5. Əsər Fəxrəddin bəyin monoloqu ilə başlayır.
A) 1, 2, 3
B) 2, 4, 5
C) 1, 3, 4
D) 1, 4, 5
E) 2, 3, 4
Füzulinin "Məni candan usandırdı..."
qəzəlindən verilmiş aşağıdakı beyt haqqındakı fikirlərdən hansı səhvdir?
"Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?"
A) Qəzəlin mətlə beytidir.
B) Beytdə mübaliğə işlədilmişdir.
C) Beytdə bədii sualdan istifadə olunmuşdur.
D) Beytdə aşiq özünü gecələr yanan şama bənzətmişdir.
E) Beytdə daxili qafiyələr vardır.
Bu əsərlərdən birində ədaətli hökmdar ideyası əsas yer tutur:
A) Füzuli "Şikayətnamə"
B) Nizami "Yeddi gözəl"
C) Xətai "Dəhnamə"
D) Nizami "Leyli və Məcnun"
E) Məsihi "Vərqa və Gülşa"
"Hey, ana! Ərəbi atlar olan yerdə
Bir qulunu olmazmı olur?
Qızıl dəvələr olan yerdə
Bir köşəyi olmazmı olur?
Ağca qoyunlar olan yerdə
Bir quzusu olmazmı olur?" - sözlərini "Kitabi-Dədə Qorqud" dastanının hansı qəhrəmanı deyir?
A) Qaragünə oğlu Qarabudaq
B) Qaraca Çoban
C) Uruz
D) Dəli Dondar
E) Salur Qazan
Əzizim bağda dara,
Zülfünü bağda dara.
Bülbülü güldən ötrü,
Çəkdilər bağda dara.
Bayatıda daxili bölgünü göstərin:
A) 2-5
B) 3-4
C) 5-2
D) 3-2-2
E) 4-3
Bayatıda hansı bədii ifadə vasitəsi işlədilmişdir?
Mən aşiqəm sal yana,
Dara zülfün, sal yana.
Necəsən bir ah çəkim,
Kür quruya, sal yana.
A) litota
B) metafora
C) epitet
D) bənzətmə
E) mübaliğə
Dəqiqləşdirici xüsusiləşmiş üzvlər hansı cümlələrdə verilmişdir?
1. O, bə`zi vaxtlarda ailəsini, hətta özünü belə unudardı.
2. İcazə ver, bircə piyalə su için, susuzluğumu söndürüm.
3. Hava təmizlənmişdi, Kürün qıjıltısından başqa, heç nə eşidilmirdi.
4. Hamı, o cümlədən ustə Ramazanla Vasilyev də ovqatı təlx dayanmışdılar.
5. Zabit öz sualını inadla təkrar eləyəndə Abuzər bəy cavab verməyə məcbur oldu.
A) 1, 4
B) 3, 4
C) 1, 3
D) 2, 5
E) 1, 2, 5
"Kim ki öyrənməyi ar bilmir, sudan dürr, daşdan gövhər çıxarır" tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin:
A) təyin budaq cümləsi
B) tamamlıq budaq cümləsi
C) şərt budaq cümləsi
D) mübtəda budaq cümləsi
E) xəbər budaq cümləsi
"Biz zamanlar anam onu - kiçik oğlunu çox əzizləyirdi" cümləsində hansı cümlə üzvünün əlavəsi var?
A) tə`yinin
B) xəbərin
C) mübtədanın
D) zərfliyin
E) tamamlığın
"Xaqaninin yaradıcılığı Azərbaycan ədəbiyyatında yeni bir hadisə kimi qiymətləndirmişdir" cümləsində III növ ismi birləşmə hansı cümlə üzvü rolunda çıxış edir?
A) xəbər
B) tamamlıq
C) mübtəda
D) zərflik
E) tə`yin
Tabesizlik əlaqəsi ilə bağlananlar hansılardır?
A) mübtəda ilə xəbər
B) xəbərlə zərflik
C) xəbərlə tamamlıq
D) təyinlə mübtəda
E) həmcins üzvlər
Hansı cümlədə "düz" sözü "birbaşa" zərfinin sinonimidir?
A) Bir kəpənək hardansa gəlib, düz çiçəyin üstünə qondu.
B) Son zamanlar nəsə işi düz gətirmirdi.
C) Bir düz söylə görək nə hadisə baş verib?
D) Əhməd dəftərə düz xətt çəkdi.
E) Anası düz deyirdi.
"Başqa, qeyri, savayı, özgə" qoşmalarının mə`na növünü göstərin:
A) fərqlənmə
B) birgəlik
C) səbəb-məqsəd
D) məsafə
E) zaman
Zərflə sifətin oxşar əlamətləri kimi verilmiş cəhətlərdən biri yanlışdır:
A) Hər ikisi əsas nitq hissəsidir.
B) Hər ikisi cümlə üzvü kimi çıxış edir.
C) Hər ikisi  necə? nə cür? suallarına cavab verir.
D) Hər ikisi həm əşyaya, həm də hərəkətə aid olur.
E) Hər ikisi quruluşca sadə, düzəltmə, mürəkkəb olur.
Cümlələrin birində birgəlik növdə olan fe`l vardır:
A) Geoloqların tonqalı çoxdan alınmışdı.
B) Biz yazıçılara görüşə getdik.
C) Bu, çox maraqlı yarış idi.
D) Bu səhnəni görən tamaşaçılar gülüşdülər.
E) O, Türkiyədəki dostu ilə yazışırdı.
İsimlə sifətin birləşməsindən düzələn mürəkkəb sifətlərin cərgəsini  göstərin:
A) tünd-mavi, elmi-fantastik
B) qaraqaş, şirindilli
C) çoxmərtəbəli, xoşqədəm
D) dilişirin, qəlbitəmiz
E) ala-yarımçıq, yaşıl-qırmızı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top