Tapılan ümumi test sayı : 27

Bu gələn haralıdı?
Dağların maralıdı.
Gəl könlümü qırma sən, 
Ürəyim yaralıdı.
Nümunədə neçə mənsubiyyət şəkilçisi işlənib?
A) üç
B) iki
C) beş
D) dörd
E) bir
Hansı sıradakı bütün sözlər eyniköklüdür?
A) ürəkdən, ürəyi, ürəyə
B) yağış, yağlamaq, yağlayır
C) gözlük, gözətçi, gözləmək
D) istək, istəyir, isti
E) aldı, alır, almışdır
Hansı cərgə omonim sözlərdən ibarətdir?
A) kömək, qabaq, qax, kağız
B) baş, göz, bel
C) tut, qaz, al, bal
D) qovurma, dolma, səma
E) bölgə, alma, çəkmə, bölmə
Cümlələrin birində nidadan sonra vergül qoyulmamalıdır:
A) - Pəh, bu mənim işimdir, xanım!
B) - Ay arvad,nəyin va, gətir görək, acmışıq.
C) - Bıy, Şərəfnisə, necə uşaq-uşaq danışırsan?!
D) - A, gədə, Kərim, sənin mənim bağımda nə işin var?
E) - Vay, dədəm, vay, bu nə danışır?!
Saitlə başlanan şəkilçi artırdıqda hansı sözdə q-ğ əvəzlənməsi baş vermir?
A) Natiq
B) qatıq
C) yarpaq
D) torpaq
E) ocaq
"Nöqsan" sözünün fonetiktəhlilində səhv hansı  mərhələdə buraxılmışdır?
A) 6 səsdən və 6 hərfdən ibarətdir.
B) [n] və [q] cingiltili, [s] kar samitdir.
C)
[ö] incə,dodaqlanan; [a] qalın,dodaqlanmayan saitdir.
D) Vurğu 2-ci hecaya düşür.
E) İki hecalıdır (nöq-san).
Ahəng qanunu hansı sözdə pozulmamışdır?
A) mübarizə
B) ehtiram
C) südabə
D) qaranquş
E) qalib
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top