Tapılan ümumi test sayı : 27

S.Vurğunun aşağıdakı əsərlərindən biri müharibə mövzusunda deyil:
A) "Ananın öyüdü"
B) "Zəncinin arzuları"
C) "Mənə belə söylədilər..."
D) "Qızıl şahinlər"
E) "Şəfqət bacısı"
Hekayələrinin, demək olar ki, hamısını qadın azadlığı mövzusuna həsr etmiş yazıçı:
A) M.Hüseyn
B) C.Məmmədquluzadə
C) İ.Əfəndiyev
D) M.İbrahimov
E) C.Cabbarlı
" ..... İndiki halında ... bənzəyirdi bir elə şəxsə, hansı ki zəhər şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, ya yox. İçməsə, dərd, qəm və qüssə onu öldürəcək, içsə, zəhər öldürəcək. Bəs məsləhət budur ki, içim deyib şüşəni çəkir başına"
Bu parça C.Məmmədquluzadənin hansı obrazının həyatından bir məqamı əks etdirir?
A) İzzət
B) Gülbahar
C) Şərəf
D) Zəhrabəyim
E) Zeynəb
N. Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsində Rüstəm bəy hansı səhnədə özünü "biiman" adlandırır, etdiyi hərəkətlərin acı nəticəsindən sarsılır və özünə ölüm arzulayır?
A) Qızı Səadət xanımla söhbət səhnəsində
B) Fəxrəddin bəyin təhsildən qayıtmasını eşitdiyi səhnədə
C) Fəxrəddinin ölümü səhnəsində
D) Mahmudun ölümü səhnəsində
E) Oğlu Mahmudla söhbət səhnəsində
M.F.Axundovun "Hekayəti-müsyö Jordon həkimi - nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" əsərinin qəhrəmanı Şahbaz bəy haqqındakı fikirlərdən biri yanlışdır:
A) Təhsilini artırmağa çalışan, böyük arzularla yaşayan gəncdir.
B) Kənddə xəstəxana, məktəb açmaq, xalqı maarifləndirmək üçün mübarizə aparır.
C) Avamlar mühitində bir qığılcım kimi parlayan obrazdır.
D) XIX əsr Azərbaycan ədəbiyytında mütərəqqi ideyaların ifadəçisi olan gənc ziyalıların nümayəndəsidir.
E) Parisə getmək, fransız dilini öyrənmək arzusundadır.
Füzulinin hansı əsərində XVI əsrin feodal-patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ən`ənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) "Məni candan usandırdı"
B) "Söz"
C) "Padişahi-mülk"
D) "Şikayətnamə"
E) "Leyli və Məcnun"
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxslun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?
A) Hörmüz
B) Xosrov
C) İsgəndər
D) Məhinbanu
E) Bəhram
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
A) epiloq
B) proloq
C) peyzaj
D) portret
E) epiqraf
Yazıçının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaət , çıxardığı nəticə, oxuyucuya çatdırmaq istədiyi başlıca fikir necə adlanır?
A) ideya
B) zavyazka
C) kompozisiya
D) mövzu
E) ekspozisiya
Şifahi xalq ədəbiyyatının janrlarını seçin:
1. Müxəmməs                         2. Bayatı                                3. Qəzəl
4. Layla                                   5. Mərsiyə                              6. Ağı
7. Rübai
A) 1, 2, 6
B) 1, 3, 7
C) 3, 5, 6
D) 2, 4, 6
E) 4, 6, 7
Şəxssiz cümləni göstərin:
A) Bahar fəslini hamı sevir.
B) Poçtalyon bir söz demədi.                      
C) El bilir ki, sən mənimsən.
D) Səlimin məsələsinə baxıldı.
E) Çox oxuyan çox bilər.
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) mübtəda budaq cümləsi
B) tə`yin budaq cümləsi
C) tamamlıq budaq cümləsi
D) xəbər budaq cümləsi
E) səbəb budaq cümləsi
İsmi xəbərli cüttərkibli müxtəsər cümləni göstərin
A) Zərifə qabaqcıl şagirddir.
B) Mənim bacım həkimdir.
C) Həyat bizi sınayır.
D) Hamı susmuşdu.
E) Biz kənddə yaşayırıq.
"Demək, sənin qərarın qətidir" - cümləsində işlənən ara sözün mənaca növünü tapın.
A) burada ara söz yoxdur.
B) yəqinlik
C) nəticə fikrin sırası
D) güman və şübhə
E) mlumatın mənbəyi
"Yuxarı" sözü cümlələrdən birində tə`yin kimi işlənmişdir:
A) O, Cəmildən cavab almamış, pilləkənlə yuxarı qalxdı.
B) Alpinist yuxarı qalxırdı.
C) Yuxarı - bu yüksəklik möhtəşəm qalaya bənzəyirdi.
D) Kişi həmin araba ilə yuxarı kəndə su daşıyırmış.
E) Onların evi bizdən yuxarıdadır.
Hanssı cümlədə "O" əvəzliyindən sonra vergül qoyulmalıdır?
A) Bu gün o da şəhərə yola düşür.
B) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
C) O mahir ovçudur.
D) O uşaq bağçasında işləyir.
E) O yaxşı ad qazanıb.
Yaxın mənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb ismi göstərin:
A) acıdil
B) uzunsaç
C) dost-tanış
D) üzüyumşaq
E) yavaş-yavaş
Hansı fe`l şərt şəklinin hekayəsində işlənib?
A) gələsi idi
B) gəlsə imiş
C) gəlməli idisə
D) gəlməli imiş
E) gəlsə idi
Qüvətləndirici ədatların cərgəsini tapın.
A) ki, təkcə, axı
B) gəl, məgər, axı
C) ən, daha, lap
D) yalnız, ancaq, bəs
E) -mı4, bəs, yə`ni
Verilmiş cümlələrin hansında zərf yoxdur?
A) İstidən nəfəs almaq olmurdu.
B) Şəhərdə havalar istidir.
C) Hava birdən tutuldu.
D) Qız cəld mətbəxə girdi.
E) Yayda kəndə gələrsən.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top