Tapılan ümumi test sayı : 27

Sifətdən düzəlmiş feli tapın:
A) ağıllanmaq
B) yanaşmaq
C) kəsilmək
D) gözəlləşmək
E) bağlamaq
Düzəltmə sözlərin cərgəsini göstərin:
A) yazı, qovurma, əkin
B) günəbaxan, susuz, tarla
C) əlüzyuyan, qaratoyuq, incəbel
D) istedad, qabiliyyət, həvəs
E) cəsur, igidlik, mərdlik
Sözlərdən hansı çoxmə`nalıdır?
A) dəniz
B) neft
C) köynək
D) divar
E) ağız
Terminlərdən ibarət olan cərgəni müəyyənləşdirin:
A) su, çörək, çinar
B) qılınc, hava, mismar
C) samit, isim, mübtəda
D) dərs, şənbə, bölmə
E) biçənək, bulaq, tüstü
Hansı hecada vurğu birinci hecaya düşür?
A) Sabir
B) uzun
C) tədbir
D) işarə
E) opera
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir:
A) [radiyo]
B) [Səyidə]
C) [lə:nət]
D) [mətbəə]
E) [bədi:]
Yalnız dodaqlanmayan saitlərdən ibarət olan cərgəni göstərin:
A) a, ı, o, u
B) a, ı, u, ü
C) ə, i, ö, ü
D) a, ı, ə, e, i
E) o, u, ö, ü
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top