Tapılan ümumi test sayı : 28

"Oxuyan şagird bilik yarışında qalib gəlir."
nümunəsində altından xətt çəkilmiş söz morfoloji baxımdan necə adlanmalıdır?
A) sifət
B) fe`li sifət
C) isim
D) fe`li bağlama
E) məsdər
Düzəltmə sözlərdən ibarət olan sıranı göstərin:
A) əzik, azğın, ağıllı
B) tufan, çovğun, təpə
C) yataq, səliqə, təmiz
D) kənd, qoruq, bulaq
E) gözə, qəşəng, yaraşıqlı
Sinonim sözlərin cərgəsini göstərin:
A) gödək, qısa, alçaq
B) balaca, dolğun, sısqa
C) gödək, alçaq, girdə
D) girdə, gödək, gövdəli
E) girdə, yumru, balaca
"Güz", "sayru", "ayıtmaq" sözləri aşağıdakı söz qruplarından hansına aiddir?
A) dialekt sözləri
B) ixtisas sözləri
C) köhnəlmiş sözlər
D) yeni sözlər
E) alınma sözlər
Hansı sıradakı bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) opera, gömgöy, qapqara
B) qalstuk, bomboz, sarımtıl
C) traktor, orden, medal
D) yalnız, yalqız, sapsarı
E) kimya, tarix, ədəbiyyat
Səhv yazılmış sözü göstərin:
A) kosmonavt
B) santimetr
C) abzas
D) aerovağzal
E) sümbül
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir:
A) [sa:dət]
B) [zəyif]
C) [sa:t]
D) [Nailə]
E) [təbi:]
Tərkibində yalnnız dodaqlanan qalın saitlər işlənən sözü göstərin:
A) uşaq
B) könül
C) kino
D) qoşun
E) piyalə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top