Tapılan ümumi test sayı : 28

Təsirli fellərdən ibarət cərgəni göstərin.
A) yaşamaq, yatmaq, oynamaq
B) yazmaq, geymək, güldürmək
C) oturmaq, durmaq, gəlmək
D) yatmaq, gülmək, getmək
E) görüşmək, görünmək, sevinmək
Yaxın mənalı sözlərin  birləşməsi ilə yaranan mürəkkəb ismi göstərin:
A) üzüyumşaq
B) yavaş-yavaş
C) dost-tanış
D) uzunsaç
E) acıdil
Antonim sözlərin cərgəsini göstərin:
A) el-oba, yurd-yuva, dərə-təpə
B) əziz-hörmətli, nikbin-bədbin, tünd-açıq
C) xeyir-şər, oğul-uşaq, sülh-müharibə
D) sevinc-kədər, qəm-qüssə, az-çox
E) ağ-qara, tez-gec, axşam-səhər
Köhnəlmiş sözlərin cərgəsini göstərin?
A) dəsmal, döşəmə, tavan
B) yanacaq, çırpı, odun
C) girvənkə, ayıtmaq, güz
D) sürü, qoyun, quzu
E) qapı, qarmaq, qonur
Verilmiş saylardan biri yazılışından fərqli tələffüz edilir:
A) beş
B) on iki
C) qırx
D) altı
E) səkkiz
Nümunələrdən birinin yazılışında səhvə yol verilmişdir:
A) göyümtül
B) tünd bənövşəyi
C) ən nümunəvi
D) olduqca acıqlı
E) açıq - yaşıl
Hansı sözdə vurğu birinci hecaya düşür?
A) opera
B) Sabir
C) uzun
D) işarə
E) tədbir
 Hansı sıradakı sözlərdə qalın saitlərin hamısı iştirak edir?
A) qoyun, arı
B) quzu, qoç
C) otaq, qapı
D) ana, qohum
E) qatıq, gül
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top