Tapılan ümumi test sayı : 55

Şəxssiz cümləni göstərin:
A) Səlimin məsələsinə baxıldı.
B) El bilir ki, sən mənimsən.
C) Bahar fəslini hamı sevir.
D) Poçtalyon bir söz demədi.
E) Çox oxuyan çox bilər.
"Var olsun şerimizin bayraqdarları!" misrasında mübtəda nə ilə ifadə olunmuşdur?
A) II növ ismi birləşmə ilə
B) sifətlə
C) isimlə
D) III növ ismi birləşmə ilə
E) feli sifətlə
Saydan düzəlmiş mücərrəd mənalı ismi göstərin:
A) birdən
B) birlik
C) çoxlu
D) birləşmək
E) birgə
Sifətdən düzəlmiş feli tapın:
A) ağıllanmaq
B) kəsilmək
C) çoxalmaq
D) gözəlləşmək
E) bağlamaq
Hansı cümlədə "O" əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O uşaq bağçasında işləyir.
B) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
C) O yaxşı ad qazanıb.
D) Bu gün o da şəhərə yola düşür.
E) O mahir ovçudur.
"Tahir ona zəhmət verdiyinə görə əvvəlcədən üzr istədi" cümləsində "görə" qoşması hansı mənanı ifadə edir?
A) səbəb
B) birgəlik
C) fərqlənmə
D) məsafə
E) bənzətmə
Yer zərfi olan cümləni göstərin:
A) Biz dəniz kənarına getdik.
B) Biz geri döndük.
C) Ağacalrın kölgəsində uşaqlar oynayırdılar.
D) Qağayılar ləpələrin üstündə uçuşurdular.
E) Gəmi limandan aralandı.
Şəkilçilərdən biri qeyri-qəti gələcək zamanın şəkilçisidir:
A) -lar2
B) -ar2
C) -ır4
D) -acaq2
E) -ıl4
İki müxtəlif mənalı sözün birləşməsi ilə yaranan mürəkkəb sözü göstərin.
A) oğul-uşaq
B) tez-tez
C) ayaqqabı
D) gec-tez
E) yorğan-döşək
Sözlərdən hansı çoxmənalıdır?
A) köynək
B) neft
C) dəniz
D) divar
E) ağız
Sinonim sözlərin cərgəsini göstərin:
A) gödək, alçaq, girdə
B) girdə, yumru, balaca
C) balaca, dolğun, sısqa
D) gödək, qısa, alçaq
E) girdə, gödək, gövdəli
Hansı say yazılışından fərqli tələffüz edilir?
A) altı
B) bir
C) on iki
D) beş
E) doqquz
Yazılışında səhvə yol verilmiş sözü göstərin:
A) çayın mənbəsi
B) onun taleyi
C) qumbaranın qəlpəsi
D) hakimin mövqeyi
E) xalqın mənafeyi
Hansı sıradakı bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) yalnız, yalqız, sapsarı
B) kimya, tarix, ədəbiyyat
C) qalstuk, bomboz, sarımtıl
D) traktor, orden, medal
E) opera, gömgöy, qapqara
Qalın saitli sözlərin cərgəsini göstərin:
A) tütək, ağac, əmi
B) üzüm, qoşun, sakit
C) baba, quzu, qış
D) dərin, maşın, oyun
E) sərin, süzmə, görüş
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top