Tapılan ümumi test sayı : 28

"Nəsrəddin şah", "Dönüş", "Solğun çiçəklər" pyeslərinin müəllifi kimdir?
A) C.Cabbarlı
B) M.İbrahimov
C) S.S.Axundov
D) İ.Əfəndiyev
E) Ə.Haqverdiyev
Aşağıdakı misralar "Aygün" poemasındakı hansı obrazı səciyyələndirir?
O dedi ki: Mən nə dahi, nə qəhrəmanam,
Qoy  bəşərin dərdlərini onlar düşünsün.
Məni adi bir insancıq doğmuşdur anam
Ki, dünyada dövran sürüb, kef çəkim beş gün.
A) Aygünü
B) Elyarı
C) Neməti
D) Şəfiqəni
E) Əmirxanı
Göstərilən xüsusiyyətlərdən yalnız biri "Danabaş kəndinin əhvalatları" əsərindəki Xudayar bəy surətini səciyyələndirir:
A) Məzlumların, yoxsulların qayğısına qalır.
B) Xain, ikiüzlü, qəddar adamdır, kimsəsizlərin, gücsüzlərin qənimidir.
C) Dostluqda sədaqətlidir, xəyanətdən uzaq adamdır.
D) Ailəcanlıdır, övladlarını sevir.
E) Fanatikdir, mövhumatçıdır, harama meyl etmir.
A.Bakıxanovun "Təbriz əhlinə xitab" satirasında tənqid hədəfi kimlərdir?
A) xalqı cəhalətdə saxlayan hakimlər
B) savadsız müəllimlər, din xadimləri
C) yalançı kimyagər və münəccimlər
D) xalqı soyan, talayan mülkədarlar
E) xalqın cəhalətinə səbəb olan xanlar və ruhanilər
M.F.Axundovun ilk dram əsəri:
A) "Müsyö Jordon və dərviş Məstəli şah"
B) "Hekayəti-xırs quldurbasan"
C) "Mürafiə vəkillərinin hekayəti"
D) "Sərgüzəşti-mərdi-xəsis"
E) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
Cümlələrdən birində ara söz işlədilmişdir:
A) Görəsən, Eldarın işi düzəldimi?
B) Bir onun səliqəsini görəsən!
C) Çox istedadlı uşaqdır, onun gələcəyini görərsən.
D) Elə görərdin ki, hey oxuyur, kitabdan ayrılmır.
E) Bu işləri vaxtında görərsən.
Hansı cümlədə əlavə vardır?
A) Qazanc dövlət artırar, insaf şöhrət.
B) Ağac barı, insan yaxşılığı ilə qiymətlidir.
C) Ağac bar gətirəndə başını aşağı dikər.
D) Nizaminin əsərləri dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindəndir.
E) R.Rza - ədəbi gəncliyin bu xeyirxah hamisi hamının sevimlisi idi.
Nümunələrdən ikisi tabeli mürəkkəb cümlədir:
1. Sarvanın məqsədi bu idi ki, yarışda qalib gəlsin.
2. Gün çıxdı, ağacın şehli yarpaqları parıldadı.
3. Burada mənim dişim-dişimə dəyir, amma Bakıda bürküdən nəfəs almaq olmur.
4. Mən bir sönməz ulduzam ki, daim işıq saçıram.
5. Fasilə başladı və Ədilə ayağa qalxıb zaldan çıxdı.
A) 4, 5
B) 2, 4
C) 1, 4
D) 1, 2
E) 3, 5
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Cavid mənalı-mənalı gülümsünürdü.
B) Gedənin dalınca danışmazlar.
C) Yıxılana gülməzlər.
D) Yüz dəfə ölç, bir dəfə biç.
E) Bu, Müşkinazın xatirələrindəndir.
Epik növə daxil olmayan ədəbi janr bunlardan hansıdır?
A) hekayə
B) povest
C) qitə
D) təmsil
E) nağıl
Dövr üçün səciyyəvi olan, yazıçı tərəfindən dərk edilən və bədii əsərə gətirilən həyat hadisələri necə adlanır?
A) mövzu
B) zavyazka
C) kompozisiya
D) ekspozisiya
E) ideya
Məsəllər haqqında fikirlərdən hansı yanlışdır?
A) Məsəllər müəyyən rəvayətlə, hadisə ilə əlaqədar yaranır.
B) Atalar sözündən fərqli əsas cəhəti məsəllərdəki fikrin müstəqil işlənə bilməsidir.
C) Məsəllər yığcamlığı, sadəliyi, məna dərinliyi etibarilə atalar sözlərinə çox yaxındır.
D) Məsəllər atalar sözlərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir.
E) Məsəllər xalq müdrikliyini ifadə edir, böyük tərbiyəvi əhəmiyyətə malikdir.
Nizaminin hansı qəhrəmanının adı bütün Yaxın Şərq xalqları içərisində qüdrətli sənətkar, mərdlik, həqiqi aşiq rəmzinə çevrilmişdir?
A) Şapur
B) Fərhad
C) İsgəndər
D) Bəhram şah
E) Xosrov
Göstərilən əsərlərdən hansının müəllifi M.V.Vidadidir?
A) "Bax"
B) "Müsibətnamə"
C) "Dəhnamə"
D) "Şikayətnamə"
E) "Görmədim"
Cümlələrdən birində xəbər sifətlə ifadə olunmuşdur:
A) Eldar hansınızdır?
B) O, xalqın qəlbində yaşayan sənətkardır.
C) Bu dağlar mülkünün çələngi sənsən!
D) Qılınc döyüşündə məharətin var!
E) Bu dağların sərin havası gözəldir.
Şəkilçilərdən biri qeyri qəti gələcək zamanın şəkilçisidir:
A) -ıl4
B) -lar2
C) -acaq2
D) -ır4
E) -ar2
Miqdar zərfi olan cümləni göstərin:
A) Sevil bu barədə düşündü.
B) Tək əldən səs çıxmaz.
C) Onlar bazardan xeyli meyvə aldılar.
D) Az danışsan yaxşı olar.
E) Gecə şiddətli külək əsdi.
Təsirli fellərdən ibarət cərgəni göstərin:
A) yatmaq, gülmək, getmək
B) oturmaq, durmaq, gəlmək
C) görüşmək, görünmək, sevinmək
D) yazmaq, geymək, güldürmək
E) yaşamaq, yatmaq, oynamaq
Cümlələrin hansında ədat vardır?
A) Sən də, Sevda da növbətçisiniz.
B) Tez gəl, gecikirik.
C) Arif, kitabı yerinə qoy!
D) Sevil təkcə gəldi.
E) Qoy sözünü desin.
Sifətdən düzəlmiş isimlər hansı cərgədədir?
A) dərzilik, ustalıq, mühəndislik
B) yüzlük, onluq, çoxluq
C) birlik, gündəlik, həkimlik
D) dostluq, tanışlıq, qardaşlıq
E) şadlıq, təmizlik, zəiflik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top