Tapılan ümumi test sayı : 28

"Oxuyan şagird bilik yarışında qalib gəlir." nümunəsində altından xətt çəkilmiş söz morfoloji baxımdan necə adlanmalıdır?
A) feli bağlama
B) məsdər
C) sifət
D) feli sifət
E) isim
Düzəltmə sözlərdən ibarət olan sıranı göstərin:
A) tufan, çovğun, təpə
B) kənd, qoruq, bulaq
C) yataq, səliqə, təmiz
D) gözəl, qəşəng, yaraşıqlı
E) əzik, azğın, ağıllı
Sinonim sözlərin cərgəsini göstərin:
A) gödək, qısa, alçaq
B) girdə, yumru, balaca
C) girdə, gödək, gövdəli
D) balaca, dolğun, sısqa
E) gödək, alçaq, girdə
"Güz", "sayru", "ayıtmaq" sözləri aşağıdakı söz qruplarından hansına aiddir?
A) yeni sözlər
B) dialekt sözləri
C) ixtisas sözləri
D) köhnəlmiş sözlər
E) alınma sözlər
Hansı sıradakı bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) yalnız, yalqız, sapsarı
B) qalstuk, bomboz, sarımtıl
C) kimya, tarix, ədəbiyyat
D) opera, gömgöy, qapqara
E) traktor, orden, medal
Səhv yazılmış sözü göstərin:
A) aerovağzal
B) kosmonavt
C) santimetr
D) abzas
E) sümbül
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir:
A) [sa:dət]
B) [sa:t]
C) [zəyif]
D) [təbi:]
E) [Nailə]
Tərkibində yalnız dodaqlanan, qalın saitlər işlənən sözü göstərin:
A) qoşun
B) piyalə
C) kino
D) uşaq
E) könül
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top