Tapılan ümumi test sayı : 28

"Oxuyan şagird bilik yarışında qalib gəlir." nümunəsində altından xətt çəkilmiş söz morfoloji baxımdan necə adlanmalıdır?
A) məsdər
B) isim
C) feli bağlama
D) feli sifət
E) sifət
Düzəltmə sözlərdən ibarət olan sıranı göstərin:
A) əzik, azğın, ağıllı
B) kənd, qoruq, bulaq
C) yataq, səliqə, təmiz
D) tufan, çovğun, təpə
E) gözəl, qəşəng, yaraşıqlı
Sinonim sözlərin cərgəsini göstərin:
A) gödək, alçaq, girdə
B) balaca, dolğun, sısqa
C) girdə, gödək, gövdəli
D) gödək, qısa, alçaq
E) girdə, yumru, balaca
"Güz", "sayru", "ayıtmaq" sözləri aşağıdakı söz qruplarından hansına aiddir?
A) yeni sözlər
B) alınma sözlər
C) köhnəlmiş sözlər
D) dialekt sözləri
E) ixtisas sözləri
Hansı sıradakı bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) opera, gömgöy, qapqara
B) traktor, orden, medal
C) kimya, tarix, ədəbiyyat
D) yalnız, yalqız, sapsarı
E) qalstuk, bomboz, sarımtıl
Səhv yazılmış sözü göstərin:
A) kosmonavt
B) sümbül
C) aerovağzal
D) abzas
E) santimetr
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir:
A) [sa:dət]
B) [zəyif]
C) [Nailə]
D) [sa:t]
E) [təbi:]
Tərkibində yalnız dodaqlanan, qalın saitlər işlənən sözü göstərin:
A) piyalə
B) uşaq
C) qoşun
D) könül
E) kino
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top