Tapılan ümumi test sayı : 28

"Təki sənin arzuların çin olaydı" cümləsində ədatın hansı növü işlənmişdir?
A) əmr
B) arzu
C) məhdudlaşdırıcı
D) qüvvətləndirici
E) dəqiqləndirici
Eyni üzlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlər necə adlanır?
A) həmcins üzvlər
B) əlavələr
C) xitab
D) ara sözlər
E) əlavə sözlər
Xüsusiləşmiş tamamlıq və zərfliklərdən sonra hansı durğu işarəsi qoyulur?
A) nöqtəli vergül
B) iki nöqtə
C) tire
D) vergül, tire
E) vergül
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Gah külək əsir, gah da yağış yağır.
B) Divarı nəm yıxar, insanı qəm.
C) Sel gəldi, sular bənd-bərəni yuyub apardı.
D) Çox dedim, az eşitdi.
E) Gecə fikir, gündüz fikir,
 Nə yurd salır, nə ev tikir.
Qapalı saitlərin sırasını göstərin:
A) a, o, ö, ü
B) ı, i, u, ü
C) ə, i, e, ö, ü
D) o, u, ö, ü
E) a, ı, o, u
Köməkçi nitq hissələrinə xas olan xüsusiyyətlərdən biri yanlışdır:
A) ayrılıqda cümlə üzvü kimi işlənmir;
B) qrammatik mənaya malik olmur;
C) heç bir suala cavab olmur;
D) şəkilçi qəbul etmir;
E) leksik mənası yoxdur.
Hansı cərgə yalnız Azərbaycan mənşəli sözlərdən ibarətdir?
A) gəlin, qızıl, sevgi
B) şirin, maqnitofon, eynək
C) açar, dəhliz, şüur
D) şüşə, buldozer, fəsil
E) vərəq, səhifə, müalicə
Düzəltmə isimlərin sırasını göstərin:
A) dağlıq, qurucu, kəskin
B) balaca, qaçağan, dəmirçi
C) köməkçi, dadlı, qabaqcıl
D) gözəllik, otlaq, təmirçi
E) qızğın, meşəlik, alma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top