Tapılan ümumi test sayı : 28

Tabe tərəfi sifətlə ifadə olunmuş I növ təyini söz birləşməsini göstərin:
A) dalğalanan dəniz
B) birinci məktub
C) hazırcavab uşaq
D) yun parça
E) görülmüş iş
İsmi xəbərli şəxssiz cümləni göstərin:
A) Gələn Vəli idi.
B) Padşahın əlacı kəsildi.
C) Tələbələr arasında tənbəllərə çox az təsadüf edilir.
D) O, nahaq yerə şübhəyə düşmüşdü.
E) Günəşli, sərin və xoş bir gün idi.
Düzəltmə sözü göstərin:
A) bilək
B) sınaq
C) çörək
D) kömək
E) ürək
Hansı söz verilən digər sözlərlə eyniköklü deyil?
A) yanıq
B) yanacaq
C) yanaq
D) yanğın
E) yanğı
"Sinif sözünə hansı şəkilçi qoşulduqda kökün son saiti düşür?
A) -in
B) -də
C) -siz
D) -dən
E) -lər
Felin xəbər şəklinin rəvayətində verilmiş nümunəni göstərin:
A) görmüşsə
B) yazacaqdı
C) görürmüş
D) oxunmuş
E) vermişdi
İsimdən sifət düzəldən şəkilçilərin cərgəsini göstərin:
A) -ıq4, -lı4, -cıl4, -ı4
B) -sız4, -lı4, -cıl4, -ı4
C) -ğın4, -aq2, -lar2, -lıq4
D) -ıcı4, -ıq4, - q,- k
E) -maz2, -unc2, -ar2, -çı4
Bu qoşmalardan biri fərqlənmə mənası ifadə etmir:
A) bəri
B) başqa
C) savayı
D) özgə
E) qeyri
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top