Tapılan ümumi test sayı : 27

Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir?
Şahbikə xala: "Bəs çörək yemirsən, bala?-" deyə soruşdu.
A) "V",-M,-v."
B) M:"V?"
C) "V",-m.
D) M:"V!"
E) M:"V?"-m.
Cümlələrdən birinin mübtədası I növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur:
A) Bu saat hamı ona qulaq asır.
B) Dağ havası onun əsəblərini sakitləşdirdi.
C) Səlim qızına ad günündə qızıl saat bağışladı.
D) Hər adam Vətənin müdafiəsində sayıq dayanmalıdır.
E) Onun şöhrəti dünyanın hər yerinə yayılmışdır.
Bu dil tipində sözün kökü sabit qalır, həmişə müstəqil lüğəvi məna verir, şəkilçi söz kökündən sonra gəlir:
A) həm iltisaqi, həm flektiv
B) kök dillər
C) iltisaqi
D) flektiv
E) həm kök, həm də flektiv dillər
Düzəltmə sözlərdən biri mücərrəd mənalı isimdir:
A) bitki
B) qorxu
C) qoruq
D) gözlük
E) meydança
Məsdər hansı cümlədə mənsubiyyətə görə dəyişib?
A) Bu sözdən sonra heç kəs dillənmək istəmədi.
B) Bizim dövrümüzdə oxumağa böyük həvəs var idi.
C) Bizim belə oxumağımız müəllimi çox sevindirdi.
D) Oxumağı, yazmağı ilk dəfə anamdan öyrənmişəm.
E) O, şer oxumaqdan böyük həzz alırdı.
Verilmiş söz sıralarından hansında [q] samiti [ğ], [x] kimi tələffüz olunmur?
A) yumşaq, bulaq, yaylaq, ovlaq
B) qaymaq, bayraq, uzaq, zanbaq
C) üfüq, şəfəq, müvafiq, sadiq
D) yarpaq, işıq, qabaq, otaq
E) buruq, sarıq, çarıq, saçaq
İsimdən sifət düzəldən şəkilçi kimi verilənlərdən biri səhvdir:
A) -sız4
B) -cıl4
C) -pərvər
D) -i, -vi
E) -aq2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top