Tapılan ümumi test sayı : 27

Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir?
Şahbikə xala: "Bəs çörək yemirsən, bala?-" deyə soruşdu.
A) M:"V?"
B) "V",-m.
C) "V",-M,-v."
D) M:"V!"
E) M:"V?"-m.
Cümlələrdən birinin mübtədası I növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur:
A) Onun şöhrəti dünyanın hər yerinə yayılmışdır.
B) Hər adam Vətənin müdafiəsində sayıq dayanmalıdır.
C) Səlim qızına ad günündə qızıl saat bağışladı.
D) Bu saat hamı ona qulaq asır.
E) Dağ havası onun əsəblərini sakitləşdirdi.
Bu dil tipində sözün kökü sabit qalır, həmişə müstəqil lüğəvi məna verir, şəkilçi söz kökündən sonra gəlir:
A) həm iltisaqi, həm flektiv
B) həm kök, həm də flektiv dillər
C) flektiv
D) kök dillər
E) iltisaqi
Düzəltmə sözlərdən biri mücərrəd mənalı isimdir:
A) qorxu
B) bitki
C) meydança
D) qoruq
E) gözlük
Məsdər hansı cümlədə mənsubiyyətə görə dəyişib?
A) Bizim dövrümüzdə oxumağa böyük həvəs var idi.
B) Oxumağı, yazmağı ilk dəfə anamdan öyrənmişəm.
C) Bu sözdən sonra heç kəs dillənmək istəmədi.
D) Bizim belə oxumağımız müəllimi çox sevindirdi.
E) O, şer oxumaqdan böyük həzz alırdı.
Verilmiş söz sıralarından hansında [q] samiti [ğ], [x] kimi tələffüz olunmur?
A) yarpaq, işıq, qabaq, otaq
B) qaymaq, bayraq, uzaq, zanbaq
C) yumşaq, bulaq, yaylaq, ovlaq
D) buruq, sarıq, çarıq, saçaq
E) üfüq, şəfəq, müvafiq, sadiq
İsimdən sifət düzəldən şəkilçi kimi verilənlərdən biri səhvdir:
A) -i, -vi
B) -cıl4
C) -aq2
D) -sız4
E) -pərvər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top