Tapılan ümumi test sayı : 28

İ.Əfəndiyevin əsərləri cərgəsində biri dram əsəri deyil:
A) "Atayevlər ailəsində"
B) "Körpüsalanlar"
C) "Sən həmişə mənimləsən"
D) "Unuda bilmirəm"
E) "Məhv olmuş gündəliklər"
Aşağıdakı bənd haqqında fikirlərdən hansı səhvdir?
Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin.
O lalə rüxsarın, mişkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?
A) Real, dünyəvi məhəbbətdən bəhs edilir
B) "Ənbər" sözü epitetdir
C) Gəraylıdan bir bənddir
D) Bədii sual işlənmişdir
E) "aaab" şəklində qafiyələnmişdir
Qəsidənin hansı növündə Allahın fəzilətləri tərənnüm edilir?
A) mədhiyyə
B) fəxriyyə
C) minacat
D) nət
E) mərsiyə
Necə baxım ev-eşiyə,
Yaralı könlüm üşüyə.
Toz bürümüş boş beşiyə
Şirin layla çalan yoxdur.
Bu misralar "Koroğlu"  dastanında kimin dilindən verilmişdir?
A) Dona xanımın
B) Telli xanımın
C) Məhbub xanımın
D) Ruqiyyə xanımın
E) Nigar xanımın
Nizami Gəncəviyə Azərbaycan və dünya ədəbiyyatında ən çox şöhrət qazandıran nədir?
A) "Xəmsə"si
B) qəzəlləri
C) "İsgəndərnamə" poeması
D) qəsidələri
E) rübailəri
M.Hadinin müharibə əleyhinə yazılmış əsəri:
A) "Nəyimiz var"
B) "El fəryadı"
C) "Dad istibdaddan"
D) "Qürbət ellərdə yadi-vətən"
E) "Əlvahi-intibah"
H.Cavidin yaradıcılığının ilk mərhələsinə aid əsəri göstərin:
A) "Xəyyam"
B) "İblisin intiqamı"
C) "Şeyx Sənan"
D) "Topal Teymur"
E) "Səyavuş"
N.Vəzirovun hansı dram əsərində burjua mühitinin eybəcərlikləri, neft yeri alveri ilə məşğul olan fırıldaqçı burjua işbazı tənqid olunur?
A) "Yağışdan çıxdıq, yağmura düşdük"
B) "Ev tərbiyəsinin bir şəkli"
C) "Müsibəti-Fəxrəddin"
D) "Adı var, özü yox"
E) "Pəhləvanani-zəmanə"
Azərbaycan ədəbiyyatına tuyuğ janrını kim gətirmişdir?
A) Şah İsmayıl Xətai
B) Qazi Bürhanəddin
C) İmadəddin Nəsimi
D) Əssar Təbrizi
E) Marağalı Əvhədi
Bu şairlərdən birinin yaradıcılığı ilə Azərbaycan poeziyasına dərdli ana obrazı daxil olmuşdur:
A) Aşıq Pəri
B) Fatma xanım Kəminə
C) X.B.Natəvan
D) Heyran xanım
E) Məhsəti Gəncəvi
Yazılışı ilə tələffüzü fərqlənməyən sözü göstərin:
A) külək
B) ətir
C) üstlərinə
D) dəstə
E) müəyyən
"Bir neçə adamlar o vaxt buna etiraz edirdilər" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) orfoepik
B) həm qrammatik, həm də orfoqrafik
C) orfoqrafik
D) qrammatik
E) leksik-semantik
Cümlələrin birində qoşma işlənmişdir:
A) Səlimlə yaşar qohumdurlar.
B) Başqa sözə fikir verməsən yaxşıdır.
C) İclasa Əlidən başqa, hamı gəlmişdi.
D) Doğru sözə, düz ilqara aşiqəm.
E) Sən kimi deyirdin?
Hansı cümlənin xəbəri şühudi keçmiş zamanda olan fellə ifadə olunmuşdur?
A) Öz əlinlə qalamışdın bu ocağı,
İndi ona çovğun, külək gərək deyil.
B) Elmin qapıları hamının üzünə açıqdır.
C) Çırpınırdı Qara dəniz
Baxıb türkün bayrağına.
D) Novruz bayramına ciddi hazırlıq görülürdü.
E) Koroğlu düşmənləri vətən torpağına ayaq basmağa qoymadı.
Omonimlərin cərgəsini göstərin:
A) sakit, yavaş, həzin
B) şam, bal, kök
C) həyat, bəşər, tale
D) insan, adam, şəxs
E) baş, göz, əl
"Qarı dedi:
-Dövlətindən hər şeyim var. Bax, evim var, həyətim var, inəyim var, danam var, toyuğum var..."
nümunəsində mənsubiyyət şəkilçili neçə söz var?
A) 3
B) 4
C) 6
D) 7
E) 5
Hansı cümlədə qayıdış əvəzliyi işlənib?
A) Özüm bu işə qarışmasam, düzəlməyəcək.
B) Biri mahnı oxuyurdu, o biri rəqs edirdi.
C) Hamı torpağı müdafiə etmək üçün ayağa qalxdı.
D) O, işsiz qalanda darıxırdı.
E) Ata öz uşaqlarının təhsil uğurlarından razı qaldı.
"Usta" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdir?
A) [s] və [t] kar samitlərdir.
B) [u] qalın, qapalı, dodaqlanan, [a] qalın, açıq, dodaqlanmayan saitdir.
C) Ahəng qanununa tabe olur.
D) sözdə 4 səs, 4 hərf vardır.
E) iki hecalıdır, vurğu ikinci hecaya düşmüşdür.
Hansı cümlədə modal söz işlənmişdir?
A) Deyəsən, onlar toya hazırlaşırlar.
B) Məndən demək, səndən eşitmək.
C) O, evə sarı getdi.
D) Bütün fikirlərimi bir sözlə ifadə etdim.
E) Eşitdiklərimizin hamısı doğrudur.
Azərbaycan dili morfoloji quruluşuna görə hansı dil tipinə daxildir?
A) flektiv
B) həm iqtisadi, həm flektiv
C) kök dillər
D) həm flektiv, həm də kök dillər
E) iltisaqi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top