Tapılan ümumi test sayı : 28

Neçə cümlədə məsdər tərkibi mübtəda vəzifəsində işlənmişdir?
1. Çox irəli getmək təhlükəli idi.
2. Böyük bir nemətdir, məncə yaşamaq.
3. Bundan sonra, bu mahalda yaşamaq ona çətin gəlirdi.
4. Günün altında dayanmaq mümkün deyildi.
5. Sancmaq əqrəbin adətidir.
A) 3
B) 1
C) 4
D) 2
E) 5
Hansı cümlədə xitab III növ təyini söz birləşməsi ilə ifadə olunub?
A) "Neftçi" komandasının oyunçuları! Biz sizə uğurlar arzulayırıq.
B) Odlar yurdu, sən şer, sənət ocağısan!
C) Bəylər və xanımlar! Bu gün tarixi gündür.
D) Ay uşaq, qapını açın.
E) Möhtərəm qonaqlar! Xoş gəlmişsiniz.
Düzəltmə sözü göstərin:
A) kömək
B) ürək
C) bilək
D) çörək
E) sınaq
Terminlər ən çox hansı üslubda işlənir?
A) danışıq üslubunda
B) publisistik üslubda
C) bədii üslubda
D) elmi üslubda
E) rəsmi üslubda
Zaman əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Məruzəçi həvəslə danışsa da, iclasa dəvət olunanların bəzisi narahatlıqla saata baxırdı.
B) Otağın pəncərəsini açdım, təmiz hava içəri doldu.
C) Onun işi şətin idi: yazdığı əsəri qısa müddətdə başa çatdırmalı idi.
D) Güclü qar yağır, adamlar işə tələsir, maşınlar yavaş-yavaş ötüb keçir.
E) Duman çəkilir, hər tərəf aydın görünürdü.
Hansı sözlərdə apastrof işarəsi düzgün qoyulmamışdır?
1. Mə`na          2. Sü`rət            3. Də`vət
4. Ə`la              5. Ən`ənə          6. Mə`sul
A) 2, 5
B) 5, 6
C) 3, 4
D) 1, 4
E) 2, 6
"Elə söz de ki, heç kəsin ürəyinə toxunmasın" cümləsi tabeli mürəkkəb cümlənin hansı növündədir?
A) tamamlıq budaq cümləsi
B) tərzi-hərəkət budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) zaman budaq cümləsi
E) təyin budaq cümləsi
Hansı cümlənin mübtədası əvəzliklə ifadə olunmuşdur?
A) Bu günlərdə Bibiheybət məscidinin tikintisinə başlandı.
B) Kimsə bilməz Tanrıdağın yaşını.
C) Bu yerlərin yazı da gözəldir, qışıda.
D) Bizcə, elmin incəliklərini diqqətlə öyrənmək lazımdır.
E) Bəzi adamlar toyda yaman canfəşanlıq edirdilər.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top