Tapılan ümumi test sayı : 28

"Vətənin azadlığı uğrunda həlak olanlar heç vaxt unudulmayacaq" cümləsində feli sifət tərkibi hansı cümlə üzvüdür?
A) təyin
B) tamamlıq
C) mübtəda
D) zərflik
E) xəbər
Fikrin mənbəyini, kimə aid olduğunu bildirən ara söz hansı cümlədə işlənmişdir?
A) Məncə, hər iş yoluna düşür.
B) Qəribədir, bu həftə üçüncü dəfədir ki, Kərim mədənə gedir.
C) Xülasə, nə deyim, görməsən, bilməzsən.
D) Deməli, siz həkim olmaq istəyirsiniz.
E) Deyəsən, gəmi gecikir.
Düzəltmə sözlərdən ibarət sıranı göstərin:
A) qardaşlıq, barışmaq, gözəl
B) dostluq, qaranlıq, gündüz
C) düzənlik, kəndlər, məktəbli
D) sahildəki, çalışqan, dəmirçi
E) çəmənlik, dağlarda, sahildə
Ön şəkilçi artırıla bilən alınma sözlərin cərgəsini göstərin:
A) nasir, şahid, tamam
B) kitab, insaf, kişi
C) xaric, qiymət, vahid
D) rahat, razı, çarə
E) dinc, hasar, baxış
Zaman əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Ata televizora baxır, ana şam yeməyi hazırlayır, uşaqlar dərslərini oxuyur.
B) Uşaq yuxuya getdi və medalyonu bərk-bərk sıxan əlləri açıla qaldı.
C) Qapı açıldı və qonaqlar içəri girdilər.
D) Kişi axır vaxtlar baş verən hadisəni xatırladı, nəhayət, maralın öldürülməsini yadına saldı.
E) Havalar getdikcə soyuyur, köçəri quşlar isti ölkələrə uçub gedir.
Mürəkkəb sözlərin səhv yazıldığı cərgəni göstərin:
A) qeyri müəyyən, kino teatr, yıryığış
B) gözücu, dikbaş, bər-bəzək
C) qab-qacaq, sözübütöv, suyuşirin
D) istiot, əlüzyuyan, dedi-qodu
E) günəbaxan, kağız-kuğuz, üzüyola
"Burada elə ağaclar var ki, əsrlərin şahididir" cümləsi tabeli mürəkkəb cümlənin hansı növündədir?
A) tamamlıq budaq cümləsi
B) təyin budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) tərzi-hərəkət budaq cümləsi
E) xəbər budaq cümləsi
Hansı cümlə üzvünün əlavəsi vardır?
"Bu qüssəli düşüncələrdən ayrılmaq üçün irəliyə - üfüqlə dənizin qovuşduğu səmtə baxdım."
A) xəbər
B) təyin
C) zərflik
D) mübtəda
E) tamamlıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top