Tapılan ümumi test sayı : 27

Bədii təsvir vasitəsini göstərin.
Bir yay kimi çatılmışdır Sarvanımın qaş-qabağı,
Bir-birinə qovuşdurur ayrı düşmüş iki dağı.
A) epitet
B) metonimiya
C) metafora
D) təşbeh
E) təzad
S.Ə.Şirvani yaradıcılığı haqqındakı fikirlərdən biri səhvdir:
A) Maarifçilik ideyalarının təbliğinə, ictimai bəlaların tənqidinə dair şerlər yazmışdır.
B) Həm lirik, həm də epik əsərlər yazmışdır.
C) "Rəbiül-ətfal" adlı dərsliyi vardır.
D) Həm klassik üslubda, həm də aşıq şeri tərzində şerlər yazmışdır.
E) Ədəbi irsinin böyük bir hissəsi lirik şerlərdən ibarətdir.
Ay həzarat, gəlin sizə söyləyim,
Bu dünyanın xəyanatı çıxıbdı.
İnsaflar azalıb, mürvət gödəlib,
Qazıların mazarratı çıxıbdı.
Bənd hansı sənətkarın əsərindəndir?
A) Abbas Tufarqanlı
B) Aşıq Ələsgər
C) Qasım bəy Zakir
D) Molla Vəli Vidadi
E) Molla Pənah Vaqif
M.Füzuli hansı əsərində Çaldıran müharibəsinə qarşı etiraz səsini qaldırır?
A) "Yeddi cam"
B) "Bəngü Badə"
C) "Səhhət və Mərəz"
D) "Şikayətnamə"
E) "Rindü Zahid"
Bunlardan biri M.Ə.Rəsulzadənin dramıdır:
A) "Ana"
B) "Qaranlıqda işıqlar"
C) "Keçmişdə qaçaqlar"
D) "Pəri cadu"
E) "Nadanlıq"
"Epik növün ən qədim janrlarından biridir. Həcmcə çox kiçik olur, lakin dərin məna ifadə edir. Tənqid, satira bu janrın ruhunu, canını təşkil edir. Sənətkar həyatda müşahidə etdiyi nöqsanları müəyyən  əşyalar, bitkilər və heyvanların simasında əks etdirir."
Bu, hansı janrdır?
A) nağıl
B) təmsil
C) lətifə
D) hekayə
E) novella
M.Ə.Sabirin ədəbi məktəbin Cənubi Azərbaycanda davamçısı:
A) Ə.Qəmküsar
B) M.S.Ordubadi
C) Ə.Nəzmi
D) M.Möcüz
E) M.Hadi
M.Hüseynin "Yeraltı çaylar dənizə axır" romanında Səmirə Aydının faciəsi nə vaxtdan başlayır?
A) partiya sıralarından kənarlaşdırıldığı vaxtdan
B) institutda işdən azad edildiyi gündən
C) cəbhədə əsir alınmış həyat yoldaşı Midhətin "vətən xaini" elan edildiyi gündən
D) xəstəxanada Kamranla rastlaşdığı gündən
E) Tacikistan çöllərinə sürgün edildiyi gündən
M.F.Axundzadənin şerlərində işlətdiyi təxəllüs:
A) "Vəkili-milləti-naməlum"
B) Qüdsi
C) Fani
D) Seyyid
E) Səbuhi
Hansı omonimlər müxtəlif nitq hissələrinə aiddir?
I göy      II bar       III dolu      IV kök      V əqrəb
A) I,II,III
B) I, IV, V
C) I,III,IV
D) III,IV
E) I,IV
Cüttərkibli geniş cümləni göstərin:
A) Mirzə Fətəli Axundzadə Azərbaycan dramaturgiyasının banisidir.
B) Burada xəstələrə yaxşı baxırlar.
C) Uzun qış günlərindən biri idi.
D) Bu günün işini sabaha qoymazlar.
E) Biz qəhrəmanları unutmayacağıq.
Şer parçasında işlənmiş əvəzliklərin məna növünü və sayını müəyyənləşdirin.
Deyirəm ki, uzaq yollarda susuzluq çəkən,
Bir insanın yollarında bulaq olaydım.
Bütün məslək dostlarımın  bu dünyada mən
Hər qəminə, nəşəsinə ortaq olaydım.
A) 2 təyini, 1 işarə, 1 şəxs
B) 1 təyini, 2 işarə, 1 şəxs
C) 1 qeyri-müəyyən, 1 işarə, 1 şəxs
D) 1 sual, 1 işarə, 1 şəxs
E) 1 təyini, 1 işarə, 1 şəxs
Mücərrəd mənalı düzəltmə ismi göstərin.
A) çöküntü
B) tikinti
C) gözlük
D) yaxşılıq
E) soyutma
"Bu sözü sizə deyirəm ha..." cümləsindəki "ha" sözü ədatın mənaca ha?
A) qüvvətləndirici
B) dəqiqləşdirici
C) arzu
D) məhdudlaşdırıcı
E) sual
"Bu tədbir ardıcıl olaraq davam etdiriləcək" nümunəsində cümlə üzvlərindən hansı işlənməmişdir?
A) tamamlıq
B) xəbər
C) zərflik
D) mübtəda
E) təyin
Aşağıdakı nümunələrin neçəsi frazeoloji birləşmədir?
təpəyə qalxmaq, çayın sahili, üzə vurmaq, başa salmaq, kitabın cildi, maraqlı kitab, qara yaxmaq, gözə gətirmək
A) 5
B) 2
C) 6
D) 4
E) 3
Hansı söz səhv yazılıb?
A) bünövrə
B) zambaq
C) xeyirxah
D) bitki
E) xoşbəxt
Nitqə aid edilən əlamətlərdən biri yanlışdır:
A) Nitq fəaliyyətinin məhsuludur.
B) Dil əsasında meydana çıxır.
C) Dəyişməzdir.
D) Törəmədir.
E) Ünsiyyət prosesidir.
"Sarayın darvazası açıldı, içəridə qaraltılar səyrişdi, cəsarətsiz, qırıq səslər eşidildi"
tabesiz mürəkkəb cümləsində tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) səbəb-nəticə
B) zaman
C) qarşılaşdırma
D) ardıcıllıq
E) aydınlaşdırma
Dilçilik elminin məhəlli dil xüsusiyyətlərini öyrənən sahəsi:
A) dialektologiya
B) leksikologiya
C) leksikoqrafiya
D) orfoepiya
E) terminologiya
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top