Tapılan ümumi test sayı : 27

Məsdər hansı nitq hissələrinin xüsusiyyətlərini daşıyır?
A) fel, say
B) fel, sifət
C) fel, zərf
D) fel, isim
E) fel, əvəzlik
Kar-cingiltili samit cütlüyündən hansı səhvdir?
A) ç-c
B) p-b
C) ş-j
D) k-g
E) x-q
"Nəzərə alın ki, uşağın boyu bapbalacadır" cümləsinin morfoloji təhlilində səhv haradadır?
A) boyu - isimdir, adlıq haldadır, III şəxsin mənsubiyyət şəkilçisi ilə işlənib
B) bapbalacadır - sifətdir, azaltma dərəcəsindədir
C) ki - tabelilik bağlayıcısıdır, mənaca aydınlaşdırma növündədir
D) nəzərə alın - feldir, əmr şəklindədir
E) uşağın - isimdir, yiyəlik haldadır
Feli birləşməni göstərin:
A) məşğul olmaq
B) kömək etmək
C) malik olmaq
D) vətəni qorumaq
E) qohum olmaq
Hansı cümlədə mürəkkəb zərfliyin əlavəsi işlənmişdir?
A) Daşdəmiri-Həsənin dostunu yarışa apardılar.
B) Ayseli, Aynurəni və Gülçöhrəni-bu əlaçı şagirdləri bütün müəllimlər tərifləyir.
C) Uzaqda-Qoşqar dağının ətəyində alaçıqlar görünürdü.
D) Əmimgilin evi Xaqani küçəsində-teatrın yanında yerləşir.
E) Ağdaşda- bu səliqəli şəhərdə yaşıllıq çoxdur.
Verilmiş xüsusiyyətlərdən biri məişət üslubu üçün xarakterik sayıla bilməz.
A) Məişət üslubunun yığcamlıq, sərbəstlik kimi mühüm əlamətləri ən tipik şəkildə dialoji nitq formasında üzə çıxır.
B) Məişət üslubunda ləhcə xüsusiyyətləri daha çox özünü göstərir.
C) Monoqrafiyaların, dərsliklərin, elmin müxtəlif sahələrinə aid məqalələrin dili də məişət üslubuna aiddir.
D) Bu üslub üz-üzə ünsiyyət vasitəsi olduğundan intonasiya və jest-hərəkətlər mühüm əhəmiyyət kəsb edir.
E) Məişət üslubunun konkret səciyyələndiricisi nitqin sərbəstliyidir.
Biri sadə sözdür:
A) əkin
B) səpin
C) sərin
D) biçin
E) açıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top