Tapılan ümumi test sayı : 27

Bədii təsvir vasitəsini göstərin.
Bir yay kimi çatılmışdır Sarvanımın qaş-qabağı,
Bir-birinə qovuşdurur ayrı düşmüş iki dağı.
A) metonimiya
B) təzad
C) epitet
D) təşbeh
E) metafora
S.Ə.Şirvani yaradıcılığı haqqındakı fikirlərdən biri səhvdir:
A) Həm lirik, həm də epik əsərlər yazmışdır.
B) Maarifçilik ideyalarının təbliğinə, ictimai bəlaların tənqidinə dair şerlər yazmışdır.
C) "Rəbiül-ətfal" adlı dərsliyi vardır.
D) Həm klassik üslubda, həm də aşıq şeri tərzində şerlər yazmışdır.
E) Ədəbi irsinin böyük bir hissəsi lirik şerlərdən ibarətdir.
Ay həzarat, gəlin sizə söyləyim,
Bu dünyanın xəyanatı çıxıbdı.
İnsaflar azalıb, mürvət gödəlib,
Qazıların mazarratı çıxıbdı.
Bənd hansı sənətkarın əsərindəndir?
A) Qasım bəy Zakir
B) Abbas Tufarqanlı
C) Aşıq Ələsgər
D) Molla Vəli Vidadi
E) Molla Pənah Vaqif
M.Füzuli hansı əsərində Çaldıran müharibəsinə qarşı etiraz səsini qaldırır?
A) "Bəngü Badə"
B) "Şikayətnamə"
C) "Yeddi cam"
D) "Rindü Zahid"
E) "Səhhət və Mərəz"
Bunlardan biri M.Ə.Rəsulzadənin dramıdır:
A) "Nadanlıq"
B) "Keçmişdə qaçaqlar"
C) "Qaranlıqda işıqlar"
D) "Pəri cadu"
E) "Ana"
"Epik növün ən qədim janrlarından biridir. Həcmcə çox kiçik olur, lakin dərin məna ifadə edir. Tənqid, satira bu janrın ruhunu, canını təşkil edir. Sənətkar həyatda müşahidə etdiyi nöqsanları müəyyən  əşyalar, bitkilər və heyvanların simasında əks etdirir."
Bu, hansı janrdır?
A) nağıl
B) təmsil
C) hekayə
D) novella
E) lətifə
M.Ə.Sabirin ədəbi məktəbin Cənubi Azərbaycanda davamçısı:
A) Ə.Nəzmi
B) M.S.Ordubadi
C) M.Möcüz
D) Ə.Qəmküsar
E) M.Hadi
M.Hüseynin "Yeraltı çaylar dənizə axır" romanında Səmirə Aydının faciəsi nə vaxtdan başlayır?
A) xəstəxanada Kamranla rastlaşdığı gündən
B) cəbhədə əsir alınmış həyat yoldaşı Midhətin "vətən xaini" elan edildiyi gündən
C) institutda işdən azad edildiyi gündən
D) partiya sıralarından kənarlaşdırıldığı vaxtdan
E) Tacikistan çöllərinə sürgün edildiyi gündən
M.F.Axundzadənin şerlərində işlətdiyi təxəllüs:
A) Səbuhi
B) Qüdsi
C) "Vəkili-milləti-naməlum"
D) Fani
E) Seyyid
Hansı omonimlər müxtəlif nitq hissələrinə aiddir?
I göy      II bar       III dolu      IV kök      V əqrəb
A) I, IV, V
B) I,II,III
C) I,IV
D) I,III,IV
E) III,IV
Cüttərkibli geniş cümləni göstərin:
A) Bu günün işini sabaha qoymazlar.
B) Burada xəstələrə yaxşı baxırlar.
C) Uzun qış günlərindən biri idi.
D) Biz qəhrəmanları unutmayacağıq.
E) Mirzə Fətəli Axundzadə Azərbaycan dramaturgiyasının banisidir.
Şer parçasında işlənmiş əvəzliklərin məna növünü və sayını müəyyənləşdirin.
Deyirəm ki, uzaq yollarda susuzluq çəkən,
Bir insanın yollarında bulaq olaydım.
Bütün məslək dostlarımın  bu dünyada mən
Hər qəminə, nəşəsinə ortaq olaydım.
A) 1 təyini, 2 işarə, 1 şəxs
B) 2 təyini, 1 işarə, 1 şəxs
C) 1 təyini, 1 işarə, 1 şəxs
D) 1 sual, 1 işarə, 1 şəxs
E) 1 qeyri-müəyyən, 1 işarə, 1 şəxs
Mücərrəd mənalı düzəltmə ismi göstərin.
A) çöküntü
B) yaxşılıq
C) soyutma
D) tikinti
E) gözlük
"Bu sözü sizə deyirəm ha..." cümləsindəki "ha" sözü ədatın mənaca ha?
A) sual
B) qüvvətləndirici
C) məhdudlaşdırıcı
D) arzu
E) dəqiqləşdirici
"Bu tədbir ardıcıl olaraq davam etdiriləcək" nümunəsində cümlə üzvlərindən hansı işlənməmişdir?
A) mübtəda
B) xəbər
C) zərflik
D) tamamlıq
E) təyin
Aşağıdakı nümunələrin neçəsi frazeoloji birləşmədir?
təpəyə qalxmaq, çayın sahili, üzə vurmaq, başa salmaq, kitabın cildi, maraqlı kitab, qara yaxmaq, gözə gətirmək
A) 3
B) 4
C) 6
D) 5
E) 2
Hansı söz səhv yazılıb?
A) xoşbəxt
B) xeyirxah
C) bünövrə
D) bitki
E) zambaq
Nitqə aid edilən əlamətlərdən biri yanlışdır:
A) Nitq fəaliyyətinin məhsuludur.
B) Dəyişməzdir.
C) Törəmədir.
D) Ünsiyyət prosesidir.
E) Dil əsasında meydana çıxır.
"Sarayın darvazası açıldı, içəridə qaraltılar səyrişdi, cəsarətsiz, qırıq səslər eşidildi"
tabesiz mürəkkəb cümləsində tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) qarşılaşdırma
B) aydınlaşdırma
C) ardıcıllıq
D) zaman
E) səbəb-nəticə
Dilçilik elminin məhəlli dil xüsusiyyətlərini öyrənən sahəsi:
A) leksikoqrafiya
B) leksikologiya
C) dialektologiya
D) terminologiya
E) orfoepiya
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top