Tapılan ümumi test sayı : 27

Məsdər hansı nitq hissələrinin xüsusiyyətlərini daşıyır?
A) fel, sifət
B) fel, say
C) fel, əvəzlik
D) fel, zərf
E) fel, isim
Kar-cingiltili samit cütlüyündən hansı səhvdir?
A) x-q
B) ç-c
C) ş-j
D) k-g
E) p-b
"Nəzərə alın ki, uşağın boyu bapbalacadır" cümləsinin morfoloji təhlilində səhv haradadır?
A) bapbalacadır - sifətdir, azaltma dərəcəsindədir
B) ki - tabelilik bağlayıcısıdır, mənaca aydınlaşdırma növündədir
C) nəzərə alın - feldir, əmr şəklindədir
D) uşağın - isimdir, yiyəlik haldadır
E) boyu - isimdir, adlıq haldadır, III şəxsin mənsubiyyət şəkilçisi ilə işlənib
Feli birləşməni göstərin:
A) məşğul olmaq
B) vətəni qorumaq
C) qohum olmaq
D) kömək etmək
E) malik olmaq
Hansı cümlədə mürəkkəb zərfliyin əlavəsi işlənmişdir?
A) Daşdəmiri-Həsənin dostunu yarışa apardılar.
B) Uzaqda-Qoşqar dağının ətəyində alaçıqlar görünürdü.
C) Ağdaşda- bu səliqəli şəhərdə yaşıllıq çoxdur.
D) Ayseli, Aynurəni və Gülçöhrəni-bu əlaçı şagirdləri bütün müəllimlər tərifləyir.
E) Əmimgilin evi Xaqani küçəsində-teatrın yanında yerləşir.
Verilmiş xüsusiyyətlərdən biri məişət üslubu üçün xarakterik sayıla bilməz.
A) Məişət üslubunun yığcamlıq, sərbəstlik kimi mühüm əlamətləri ən tipik şəkildə dialoji nitq formasında üzə çıxır.
B) Monoqrafiyaların, dərsliklərin, elmin müxtəlif sahələrinə aid məqalələrin dili də məişət üslubuna aiddir.
C) Məişət üslubunda ləhcə xüsusiyyətləri daha çox özünü göstərir.
D) Məişət üslubunun konkret səciyyələndiricisi nitqin sərbəstliyidir.
E) Bu üslub üz-üzə ünsiyyət vasitəsi olduğundan intonasiya və jest-hərəkətlər mühüm əhəmiyyət kəsb edir.
Biri sadə sözdür:
A) əkin
B) açıq
C) səpin
D) sərin
E) biçin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top