Tapılan ümumi test sayı : 27

Altından xətt çəkilmiş sözlər hansı sırada omonimdir?
A) Uşağın dişi çıxır. Darağın dişi sındı
B) Uşağın boğazı ağrıyır. Qrafinin boğazı rənglidir.
C) Yüz ölç, bir biç.
D) Kağız torba davamsız olur. Bu qədər kağız nəyinə lazımdır?
E) Axşam  dolu yağdı. Ovçunun belindəki qatar patronla dolu idi.
C.Cabbarlıya aid edilmiş fikirlərdən biri səhvdir:
A) "Ana" şerinin müəllifidir.
B) Tarixi mövzulara həsr olunmuş əsərlər müəllifidir.
C) "Babayi-Əmir" jurnalında satirik şerləri çap olunmuşdur.
D) Yaradıcılığa "Bahar" adlı şerlə başlayıb.
E) Yalnız lirik və dramatik növdə əsərlər yazıb.
Bədii əsərdə təsvir edilən hadisələrin müəyyən xətt üzrə inkişaf etdirilməsi nə adlanır?
A) ekspozisiya
B) final
C) kompozisiya
D) kulminasiya nöqtəsi
E) süjet
Yaradıcılığının ilk dövründə "Hüseyni", "Seyyid Hüseyni", "Seyyid" təxəllüsü ilə yazıb-yaradan sənətkar:
A) Ş.İ.Xətai
B) F.Nəimi
C) Həbibi
D) İ.Nəsimi
E) İ.Həsənoğlu
Sən sənət eşqiylə vəcdə gələndə,
Bir Səməndər kimi odlara qalan.
Qoy bir el məsəli düzəldim mən də:
Dağ olmaq istəsən, dağa arxalan.
Bənddə hansı bədii təsvir vasitəsi işlənib?
A) bədii təzad
B) litota
C) epitet
D) təşbeh
E) metafora
N.Gəncəvini "Xosrov vəŞirin" poeması ilə bağlı fikirlərdən biri səhvdir:
A) Fərhad Çin hökümdarının oğlu kimi təqdim olunur.
B) Xosrov Şirinin təsiri ilə dəyişir və nəcib bir insana çevrilir.
C) "Xəmsə"yə daxil olan ikinci poemadır.
D) Məsnəvi şəklində yazılıb.
E) Saf məhəbbətin tərənnümünə həsr olunub.
S.Ə.Şirvaninin  bu təmsillərindən birində "Yaxşılıq itmir" ideyası təbliğ olunur:
A) "Qaz və Durna"
B) "Xoruz və Çaqqal"
C) "Siçan və Pişik"
D) "Ayı və Siçan"
E) "Aslan və iki öküz"
Əzizim, kətan sarı,
Ağ sarı, kətan sarı,
Çıxaydım Şah dağına,
Baxaydım Vətən sarı.
Şerin janrını və necə qafiyələndiyini göstərin.
A) Rübaidir, aaba şəklində qafiyələnmişdir.
B) Mərasim nəğməsidir, aaba şəklində qafiyələnmişdir.
C) Bayatıdır, aaba şəklində qafiyələnmişdir.
D) Holavardır, aaba şəklində qafiyələnmişdir.
E) Sayaçı sözüdür, aaba şəklində qafiyələnmişdir.
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsindən götürmüş aşağıdaki sözlər kimin dilindən deyilir?
"... həkimi çağır... Xudaya, şükür... Qəribə müsibətdir! Müsibəti-müsəlman! Vəhşilik, elmsizlik, nadanlıq! Bəli, nə eyləmək, qəza işidir..."
A) Gülbahar
B) Cahangir bəy
C) Rüstəm bəy
D) Fəxrəddin bəy
E) Səadət xanım
R.Rza şerlərinin birində "O kəs ki, torpağa, xalqa bağlıdır, kökü xalq mənəviyyatının dərinliklərindədir, onu əymək olmaz" qənaətinə gəlir:
A) "Pəncərəmə düşən işıq"
B) "Vətən"
C) "Rənglər"
D) "Çinar"
E) "Bu gün"
Aşağdakılardan biri romantizm ədəbi cərəyanın nümayəndəsi deyil:
A) H.Cavid
B) Məhəmməd Hadi
C) Abdulla Şaiq
D) Abbas Səhhət
E) Əliqulu Qəmküsar
Konkret isimləri göstərin:
A) ətək, ağac
B) dostluq, kədər
C) sevgi, həyat
D) xeyirxahlıq, istək
E) düşüncə, duyğu
Hansı cümlədə həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etmiş məsdərlər vardır?
1. Görüşməyimizdən bir həftə sonra getdi.
2. Atam tapşırdı ki, dərsə gecikməyim.
3. O, yaxşı oxumağımız üçün heç nəyi əsirgəmirdi.
4. Deməyindən belə çıxırdı ki, xəbəri yoxdur.
A) 2, 4
B) 1, 4
C) 3, 4
D) 1, 2
E) 1, 3
Felin aşağıdakı növlərindən birində iş görən qrammatik cəhətdən məlum olmur:
A) qarşılıq-birgəlik
B) məchul
C) məlum
D) icbar
E) qayıdış
Bədii üslubda müəllifin dilində (təhkiyədə) yol verilmir:
A) dialektizmlə, vulqar və loru sözlərlə, valvarizmlə
B) bədii təsvir və ifadə vasitələrinə
C) obrazlıq və emosionallıq yaradan ifadələrə
D) məcaziliyə, çoxmənanılığa
E) sinonim, omonim və antonimlərdən istifadəyə
Birinci növ təyini söz birləşmələrinin asılı tərəfi, əsasən, cümlənin hansı üzvü olur?
A) tamamlıq
B) təyin
C) mübtəda
D) xəbər
E) zərflik
"Ürəyindən keçir ki, böyüyəndə zabit olsun" tabeli mürəkkəb cümlənin növünü göstərin:
A) səbəb budaq cümləsi
B) tamamlıq budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) xəbər budaq cümləsi
E) məqsəd budaq cümləsi
"Seçki" sözünün fonetik təhlilindəki səhv hansı sıradadır?
A) Beş hərf, beş səsdən ibarətdir.
B) İki hecalıdır, vurğu sonuncu hecaya düşür.
C) [e]-incə, açıq, dodaqlanmayan saitdir.
D) [i]-incə, qapalı, dodaqlanmayan saitdir.
E) Samitlərin hər üçü kardır.
Elə,məhz,əsl, ədatlarının mənaca növünü göstərin:
A) Qüvvətləndirici
B) Dəqiqləşdirici
C) Sual
D) Məhdudlaşdırıcı
E) Əmr
Təyinin feli sifət tərkibi ilə ifadə olunduğu cümləni göstərin.
A) Keçilməz dağ kimi kəsdik yolunu.
B) Çox oxuyan adam məlumatlı olar.
C) Məmməd deyəcəyi mətləbi çox uzadırdı.
D) İşin düşər-düşməzi olar.
E) Bal tutan barmaq yalar.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top